Страницы

21.10.2011

Heminquey fotolarda

Dünya ədəbiyyatından az-çox xəbəri olanlar onu mütləq tanıyır.

Amerika yazıçısı Ernest Miller Heminquey dünya ədəbiyyatının ən ciddi və tanınmış imzalarından biridir.

1899-cu ildə anadan olub.

Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir.

Heminqueyə görə, hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə "Iceberg") üslubu adlandırırdılar.

Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır.

Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerka və Britaniya ədəbiyyatına ciddi təsir göstərib.

Heminquey bir müddət Parisdə yaşayıb. Burada yaradıcılıqla məşğul olub.

"Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması". Heminqueyin bu sözləri onun təkcə gənclik həyatının deyil, bütün ömrünün və yaradıcı bioqrafiyasının əsas devizi sayıla bilər.

1954-cü ildə Heminquey “Qoca və dəniz” povesintdəki təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi.

Heminqueyin dünya ədəbiyyatına bəxş etdiyi əsas əsərlər bunlardır:

“Əcəl zəngi”
“Və Günəş doğur”
“Əlvida, silah”
“Günortadan sonra ölüm”
“Qoca və dəniz”
“Çayın o tayında, ağacların kölgəsində”

kulis.az

 







Комментариев нет:

Отправить комментарий