Страницы

06.10.2011

Millət vəkili Türk dünyası sosioloqlarının IV konqresində çıxış elədi


Gülər Əhmədova: “Azərbaycanda uşaqlarla bağlı siyasət prioritet sahələrdən biridir”

Oktyabrın 4-də Başqırdıstanın paytaxtı Ufa şəhərində Başqırdıstan prezidenti və Hökumətinin dəstəyi ilə Başqırdıstan Respublikası Sosioloqlar Assosiasiyası, Başqırdıstan Respublikası Elmlər Akademiyası, Başkir Dövlət Universiteti və Ufa Dövlət Aviasiya Texniki Universiteti tərəfindən təşkil olunmuş “Avrasiya məkanı: türkdilli ölkələrin və Rusiya regionlarının XXI əsrdə potensialı” adlı Türk dünyası sosioloqlarının IV Konqresi öz işinə başlayıb. Konqresdə dünyanın müxtəlif ölkələrindən – Rusiya, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Avropadan gəlmiş sosioloqlar iştirak edirlər.
Konqresin ikinci günündə çıxış edən Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova ilk növbədə Türk dünyası sosioloqlarının IV beynəlxalq konqresinin iştirakçılarını salamlamış və bucür tədbirlərin əhəmiyyətini xüsusilə vurğulamışdır. Azərbaycanda bütün dinlərə məxsus insanların bir-biri ilə qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulayan millət vəkili Gülər Əhmədova gənclər siyasətindən danışmış və gələcəyin məhz gənclərin əlində olduğunu qeyd etmişdir. Bu yaxınlarda Bakıda Azərbaycan-Rusiya Gənclər Forumunun keçirildiyini konqres iştirakçılarının diqqətinə çatdıran millət vəkili sosioloqların əslində cəmiyyətin güzgüsü olduğunu və cəmiyyətdəki problemlərin, insanlar arasında münasibətlərdəki çətinliklərin məhz sosiolqlar tərəfindən araşdırıldığını bildirmişdir. G.Əhmədovanın sözlərinə görə, cəmiyyətimizdə baş verən prosesləri, xüsusən də gənclərlə bağlı problemləri həll etmək üçün sosioloqların fəaliyyətindən, bu sahədə çalışan alimlərin dəyərli məsləhətlərindən maksimum şəkildə yararlanmaq lazımdır.
Çıxışında Azərbaycan-Rusiya dostluq və mehriban qonşuluq siyasətindən danışan millət vəkili hazırda Rusiyada 3 milyona yaxın azərbaycanlının yaşadığını və onların əksəriyyətinin də gənclərdən ibarət olduğunu vurğulamışdır. Ufa şəhərində də Azərbaycan diasporunun fəaliyyət göstərdiyini qeyd edən millət vəkili Azərbaycan dövlətinin və İlham Əliyev cənablarının diaspora xüsusi önəm verdiyini söyləmişdir. G.Əhmədovanın sözlərinə görə, azərbaycanlı gənclərin bir hissəsi Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alır. Azərbaycanda rus dilində kütləvi informasiya vasitələri fəaliyyət göstərir, Cənubi Qafqazda rus dilini öyrənən və tədris edən ən böyük ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetində rus dili yüksək səviyyədə tədris olunur. Rus dilinin Azərbaycandakı statusu barədə danışan millət vəkili iki ölkə arasında mədəni münasibətlərdən başqa, iqtisadi əlaqələrin də yüksək həddə çatdığını, ticarət dövriyyəsinin ildən- ilə artdığını bildirmişdir.
Rusiyadakı gənclərin təşkilatlanmasında və Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində xeyli işlər görən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın xidmətlərini xüsusilə vurğulayan Gülər Əhmədova Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında Leyla Əliyevanın rəhbəri olduğu AMOR təşkilatının ardıcıl layihələr həyata keçirdiyini qeyd etmişdir.

Səbuhi Abbasov

Комментариев нет:

Отправить комментарий