Страницы

29.10.2011

Sorosun batmış milyonları


Elçin Bayramlı         

Post-sovet məkanında işlədilən məşhur ifadə var- ingilis barmağı- həmin o barmağın müdaxilə etdiyi yerdi heç bir xeyir iş ola bilməz

İsa Qəmbər narkobaronun villasında Sorosla görüşmüşdü

MÜXALİFƏT.
Bütün dünyada, eləcə də, post-sovet məkanında son illərdə baş vermiş bir çox hakimiyyət dəyişikliyində Soros Fondu ilə Açıq Cəmiyyət İnstitutu önəmli rol oynadığı hər kəsə məlumdur. Corc Sorosun rəhbərlik etdiyi qurumlar Ukrayna, Qırğızıstan və Gürcüstandakı hakimiyət dəyişikliyi prosesinin təşkili və maliyyələşdirilməsində birbaşa iştirak ediblər. Sorosun Azərbaycanda da belə planı var idi, amma bu, alınmadı...


MİSTER FİKS: “U MENYA YEST PLAN”. Sorosun nəzarətində olan fondlar və digər qurumlar bir çox ölkələrdə hakimiyyət dəyişikliyi ilə üçün həmin ölkələrdəki radikal müxalifət partiyalarını və ictimai qurumları maliyyələşdirməklə məşğul olur. 
Soros Fondunun maliyyələşdirdiyi NED (National Endowment for Democracy- Demokratiya üçün Milli İanə Fondu) və OSI (Open Society Institute -Açıq Cəmiyyət İnstitutu) IMET proqramının da maliyyələşdirilməsində fəal rol oynayır. IMET, NATO-ya daxil olan ölkələrin zabitlərinin təlimiylə məşğul olan bir qurumdur. OSI-nin bir çox ölkələrdə baş vermiş siyasi-ictimai hərəkatları maliyyələşdirdiyi artıq çoxlarına məlumdur. Bunlardan biri də 2005-ci ildə Özbəkistanda baş verən hadisələrdir. 
OSI Özbəkistanda Fətullah Gülənin bu ölkədəki təhsil müəssisələriylə sıx işbirliyi içərisində fəaliyyət göstərirdi. Məlum Özbəkistan hadisələrindən sonra fətullahçı təhsil qurumlarının bu ölkədəki fəaliyyətinə son qoyulmasının arxasında da bu fakt durur.  
Ukraynada, Gürcüstanda, Qırğızıstanda və digər ölkələrdə Sorosun fitvası ilə baş verən iğtişaşların və çevrilişlərin bu ölkələrin xalqlarına necə baha başa gəldiyi ortadadır. Post-sovet məkanında işlədilən məşhur ifadə var- ingilis barmağı. Bax, həmin o barmağın müdaxilə etdiyi yerdi heç bir xeyir iş ola bilməz. Olsa-olsa, o ölkələri Qərbin imperialist dairələrinin təsiri altına almaq, həmin ölkələrin sərvətlərini mümkün qədər sürətlə sümürmək, onların xalqlarını istismar etməkdir.
1999-cu ildə Türkiyədə Bülənt Ecevit hökuməti dövründəki iqtisadi böhranı, sonra da “xilaskar” kimi ölkəyə dəvət edilən Kamal Dərviş C.Sorosun yaxın dostalarındandır. Türkiyədə Soros Fondu ilə sıx işbirliyi içində çalışan təşkilatlardan ikisi ARI hərəkatı və TESEV-dir. Bu iki QHT Kamal Dərvişin “islahatlarını” canfəşanlıqla dəstəkləyən əsas təşkilatlardandır. 
Bu islahatların Türkiyə dövlətinə və xalqına necə baha başa gəldiyi məlumdur. Bu iki təşkilatın Azərbaycandakı bəzi siyasi partiyalarla da müəyyən əlaqəsi var. 
KƏRİMOV VƏ QƏMBƏROVUN SOROS SEVGİSİ. Azərbaycan radikal müxalifətinin liderləri hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazır olduqlarını hər zaman nümayiş etdiriblər. Bu mənada, onların C.Sorosla əlaqələri anlaşılandır. Dəfələrlə Sorosun müxtəlif təşkilatları ilə gizli işbirliyində bulunan İsa Qəmbərov və Əli Kərimov məqsədinə çatmayıblar.
Hələ 2005-ci ilin iyul ayında AXCP (i) sədri Əli Kərimov Türkiyədə səfərdə olarkən bir sıra siyasi, ictimai və iqtisadi fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləriylə görüşmüşdü. Bunların arasında ARI, TESEV, TÜSİAD, Rotary klubu da var idi.
2005-ci ildə Türkiyə mətbuatı İsa Qəmbərovun İstanbulda Corc Sorosla görüşdüyü barərədə xəbərlərə öz səhifələrində yer vermişdi. 2005-ci ilin iyun ayının 13-də İstanbula gələn İsa Qəmbərov İstanbulun Nəqqaştəpə səmtində yerləşən və milliyyətcə kürd olan, Türkiyə mediasında adı narkobaron olaraq hallanan Hüseyn Baybaşinə məxsus villada Corc Sorosla görüşmüşdü. 
Bu görüşdə Türkiyənin Mustafa Koç (Koç holdunqin sahibi Rahmi Koçun oğlu), Aydın Doğan (media patronu, “Doğan Holdinq”in sahibi), Tuncay Özilhan kimi bir neçə məşhur simaları da iştirak edirdilər. Türkiyə mediasında yazılanlara görə, bu görüş nəticəsində Corc Soros Azərbaycandakı 2005-ci il parlament seçkilərində müxalifətin fəaliyyətini maliyyələşdirmək üçün 30 milyon dollar pul ödəmişdi. Lakin 2005-ci il seçkilərinin müxalifət rüsvayçı şəkildə başa çatdığı artıq məlumdur. 
Bəs bu qədər xarici dəstəyin, güclü maliyyənin qarşılığında radikal müxalifət nədən heç nəyə nail ola bilmədi? Bunun cavabı çox sadədir. Azərbaycan xalqı bunların iç üzünü 90-ların başlanğıcında görüb və hakimiyyətdə olarkən nə oyunlardan çıxdığının şahidi olub. İndi yenidən bu fırıdaqçılara nədən dəstək versin ki? 
Əslində, Azərbaycanda hər hansı bir prosesin getməsində maraqlı olan mərkəzlər o qüvvələrlə işləyə bilərlər ki, onlar həqiqətən, siyasi proseslərə təsir imkanlarına malik olsun və yaxud bura qədərki fəaliyyətləri şəffaf olsun. Sözügedən qüvvələri isə, bu sıraya aid etmək olmaz.
Lakin ölkədə başqa satqınları, həm də bir qədər məşhur olan satqınları hardan tapsınlar? Ona görə də, “hər şeyin təzəsi, dostun köhnəsi” deyibən, paraları ötürürlər bunlara. Son günlər yayılan məlumatlara görə, müxalifətin yaratdığı “İctimai Palata”ya Soros Fondu tərəfindən ölkədə iğtişaş və qarşıdurma törətmək üçün 10 milyon dollar vəsait ayrılıb. 
Azərbaycan kimi güclü maliyyə imkanları olan ölkə üçün bu məbləğ “semiçka pulu” belə deyil. Amma acgöz, müftəxor, satqın biriləri üçün 10 milyon dollar böyük puldur. Lakin bu pulu da batmış hesab etmək olar, Soros üçün batmış yəni, radikal liderlər üçün batıb-eləməyib, bəzi gənclər meydanlarda artistlik etdirilərək həzm-rabedən keçirilib.
SƏNİ LƏNƏTƏ GƏLƏSƏN, SOROS! Beləliklə, bir sıra ölkələrdə reallaşdırılan planlar Azərbaycanda baş tutmadı. Çünki bizim xalqımız “gözü çıxan qardaşdan” dərs almağı çoxdan öyrənib. Necə deyərlər, “başına gələn başmaqçı olar”. 
Bir zamanlar dünyada güc balansı var idi, SSRİ dünyanın ən qüdrətli dövləti olaraq ABŞ-ın Avropanın dünya xalqlarının başına açdığı oyunlara biganə qalmır, bir çox yerlərdə ingilis barmağını sındırırdı. Məhz bu üzdən Qərb bütün gücünü Sovet İttifaqını dağıtmağa qoydu və sonda buna nail oldu.
Sənin dərdin ədalət, insan hüququ, demokratiya deyil, ser! Belə olsaydı, İranda öldürülən minlərlə azərbaycanlını görərdin, Ermənistanın soyqırımını və işğalını görərdin. Sənin dərdin başqadır, amma dərmanı Yaxın Şərqdə, ya da Qafqazda deyil!
Bəsdir, Şərq ölkələrini terrorçu axtarmaq adı ilə xaraba qoydunuz! Bəlkə əsil terrorçuları Vaşintqtonda axtarasınız? Con əmi, sənin şərəfsizliyin, istismarçı siyasətin, “parçala, hökm sür” taktikan dünya xalqlarına, dinc insanlara çox başa gəlir! 
Lütfən bizdən əlini çək! Barmağını hara gəldi soxma, bir gün dünya xalqları boğaza yığılıb o barmağı birdəfəlik qırıb atacaqlar tarixin arxivinə! Amerika kinolarında ən çox işlənən ifadə artıq bütün insanların dilində tez-tez təkrarlanır- “Səni lənətə gələsən, Con!”. Fərqində deyilmisiniz??!

Комментариев нет:

Отправить комментарий