Страницы

29.10.2011

Tütək


Əfsanə Laçın. Hekayə

Yay fəsli idi. Günəş saçaqlarını yerə sərmişdi.Uşaqlar həyətdə futbol oynayırdılar.Birdən uzaqdan tütək səsi gəldi.Getdikcə tütəyin səsi gurlaşırdı.Bir tütəkçi oğlan tütək çala-çala məhəlləyə yaxınlaşırdı.O,şoban havası çalırdı.Məhəlləni elə bir sehr bürümüşdü ki,sanki buralar dağdı,quzular otlaqda otlayır,çobanda tütək çalır.

Hamıdan çox sehrə Toğrul düşmüşdü.Çoban havası onun könlünü yaman oxşamışdı.Cəld topu yerə atıb eyvanlarına sarı qaçdı.Anasını səslədi:
-Ana,bax tütək.Məndə istəyirəm!
-A bala,tütəyi neynirsən?Sən ki,çala bilmirsən.
-Yox,çalacam!Özüdə bu havadan!

Anası eyvandan Toğrula qəpik atdı ki,tütək alsın.Toğrul sevinirdi.Deyirdi:
Ay uşaqlar,gəlin e,gəlin.Məndə tütək alıram.O havanı çalacam.
Tütək satan cavan oğlan ağacın altındakı sığallı daşın üstündə oturub taxtadan tütək  düzldirdi.Toğrul ona yaxınlaşıb dedi:
-Ondan bir dənə də mənə ver.
Məhəllənin uşaqları da həvəslənib hərəsi bir tütək aldı.
Tütək satan oğlan yenə həmin havanı çala-çala gözdən itdi.
Tütəkçi gedəndən sonra uşaqlar tütəyi çalmağa başladılar.Amma,nə qədər çalışsalar da həmin musiqini çala bilmirdilər.O musiqi bir yana qalsın tütəkdən əcaib-əcaib səslər çıxırdı.Toğrul tütəyi bir neçə dəfə yoxlasa da çala bilmirdi ki,bilmirdi.Artıq əsəbləşmişdi.
Tütəyi qəzəblə yerə atdı.Eyvana sarı qaçdı.
-Ana,ay ana!
Anası eyvandan görünər görünməz Toğrul şikayət etməyə başladı:
-Ana,bax tütək işləmir.Oxumur e ,gəl gedək təzəsini alaq.
-Anası:Bir çal məndə qulaq asım.
Toğrol tütəyi yerdən götürüb anası üçün çalmağa başladı.Yenədə tütəkdən qəribə səslər çıxmağa başladı.
-Toğrul:Görürsən ana,işləmir.
-Ana:İşləyir,işləyir.Bir bax,çalırsan axı.Bəs o səslər nədi?
-Toğrul:Ey ana,tütəkçinin tütəyi daha yaxşı işləyirdi.Qəşəng mahnı oxuyurdu.Mən o tütəyi istəyirəm!
Anası nə qədər desə də,o,başa düşmək istəmirdi ki,tütəyi çalmağı öyrənmək lazımdı.Elə hey deyirdi ki,bu tütək işləmir.
Məhəllənin uşaqları da tütəkləri yerə atdılar.Axı,onlarda işləmirdi.
Süpürgəçi Xədicə nənə də sübh tezdən məhəlləni süpürəndə tütəkləri yığıb nəvəsinə aparmışdı.Bir az təəccüblənmişdi də:Görən bunları bura kim atıb?Heyifdi axı,tütəkçi bunları düzəldəndə xeyli zəhmət,əmək sərf edib.
O gündən tütəkçidən kim tütək almaq istəsə Toğrul deyirdi:Onu düzəldiyi tütəklər yaxşı işləmir.Qəşəng hava oxumur.Almayın a,almayın!Onsuzda peşiman olacaqsınız.

Комментариев нет:

Отправить комментарий