Страницы

23.10.2011

Vətəndaş ittifaqı

УНИЧТОЖАЙ РЕПТИЛОЙДОВ! : ОЧИЩАЙ ПЛАНЕТУ ОТ МРАЗИ

Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Feysbuk cinsi azlıqlar üçün status yaradıb və bunu demokratiya kimi bizə soxuşdurmaq istəyir

 Dünən bir maraqlı, əslində maraqsız xəbər oxuyandan sonra bu gün yazmaq istəmirdim. Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanda KİV-in sayı 4300-ü keçib. Dedim daha niyə yazıram ki, oxucu 4299 mənbəni qoyub elə bizim qəzeti oxuyacaq? Məni bağışlayın, buna millətin mətbuata marağı yox, mətbuatın özünü xalqa sırımağı, görməmişliyi deyirlər. Deməli, bu mətbu orqanı adlandırılan şeylər nəsə başqa orqandır, başqa məqsədlərə xidmət eləyir. Vallah, mən belə demokratiyanın tərəfdarı deyiləm. O gün bir taksi sürücüsü cibindən qəzet vəsiqəsi çıxarır ki, şəhərdə "taksi" lampası, rayonlara gedəndə isə bu vəsiqə bizi "QAİ"dən qoruyur- 50 manata almışam. Çox yazılıb, çox deyilib, amma susmaq da olmur. Bu biabırçılığın qabağına bir sipər çəkən olacaq, yoxsa qorxursunuz ki, Avropa Şurası bizi antidemokrat adlandırar?

 Deyəsən bu Qeyri Hökumət Təşkilatları nədirsə, orada da havayı pul qazanmaq olur. Mətbuatda olduğu kimi, burada da ən çoxu 50 həqiqətən işləyən, nəyəsə kömək eləyən təşkilat ola, ya olmaya. Amma elə nazirliyin həmin məlumatında deyilir ki, ölkədə QHT-lərin sayı 3500-dən çoxdur. Nə xəbər var, iməcilikdi? Belə getsə heç hökumət təşkilatlarına, hökumətin özünə də ehtiyac olmayacaq ki. Adını da qoyun ki, demokratik cəmiyyətik. Demokratiya yox, görməmişlikdi. Stalin düz deyirdi.
 Son vaxtlar "vətəndaş nikahı" ifadəsi dilimizdə deyəsən tamhüquqlu ifadəyə çevrilib. Mən bilmirəm başqalarında bunun adı, məğzi nədir, mənim anlamımda bu sadəcə olaraq nikahsız, toysuz ər-arvad kimi yaşamaq və hansının kefi nə vaxt istəsə şələ-küləsini götürüb çıxıb getməkdir. Yəni bir çox kişilərin və qadınların elədiyi adi bazlıq. Daha ora niyə nikah sözünü qoşublar- başım çıxmır. Amma bizim bir məşhur kulturoloqun gecə-gündüz təriflədiyi, hamının ona üzv olmasını istədiyi və dilimizdə "feysbuk" kimi işlətdiyimiz Facebook sosial şəbəkəsi demokratiyanınmı, görməmişliyinmi lap zirvəsinə çatıb, anketdə ailə vəziyyətini göstərmək üçün yeni status yaradıb. Məlumatda deyilir ki, yeni status eyni cinsdən olan şəxslərin "ittifaqı"nı göstərmək üçündür. Bundan sonra istifadəçinin ailə vəziyyətini göstərmək üçün "vətəndaş ittifaqı" statusunu da seçmək olacaq. ABŞ-ın eynicinsli insanların nikahının qanunsuz olduğu ştatlarında belə birliklər məhz "vətəndaş ittifaqı" kimi göstərilir.
 Yeni statusun ilk olaraq ABŞ, Kanada, Fransa, Böyük Britaniya və Avstraliya istifadəçiləri üçün peyda olacağı bildirilir.
 "İstifadəçilərimiz bunu çoxdan tələb edirdi", - deyə Facebook şirkətinin meneceri bildirib. Hamınız söhbətin nədən getdiyini başa düşdünüz. Əgər düşməyən varsa qoy deyim ki, feysbuk cinsi azlıqlar üçün, yəni üzdəniraqlar üçün status yaradıb və bunu demokratiya kimi bizə soxuşdurmaq istəyir. Görməmişlik eləyib girişən olsa, buyurun, demokratiyadır axı.   

Комментариев нет:

Отправить комментарий