Страницы

23.10.2011

Xəyanətə şahid gül

Картинка 8 из 77732Vüqar Haqverdiyev. Hekayə

Aysellə Tural nişanlandıqdan sonra tez-tez görüşərdilər. Tural hər görüşdə Ayselə ətirli qızılgül hədiyə edərdi. Qızılgül Ayselin ən çox xoşladığı gül idi.
Gənc qız sevgilisinin ona bağışladığı gülü doyunca iyləyər, sonra da nazlana-nazlana üzünü Turalın dodaqlarına yaxınlaşdırıb deyərdi:

– Əzizim niyə bədxərclik edirsən...qızılgül çox bahadır axı?!
Tural də nişanlısının üzündən öpüb deyərdi:
– Aysel, toyumuz olsun mən səni gül-çiçək içində saxlayacağam!
Aysel özünü göyün yeddinci qatında hiss edərdi. Gündən-günə Turla  qarşı məhəbbəti daha da artardı...
Bir gün bədbəxtlik baş verdi. Görüşə gələrkən Ayseli maşın vurdu...
Dörd saat reanimasiyada qaldıqdan sonra həkimlər müalicənin xeyri olmadığını dedilər.
Əlində qızılgül xəstəxananın koridorunda gözləyən Tural bu xəbərdən şoka düşdü. Həkimlərə yalvarıb onu Ayselin yanına buraxmaqlarını xahiş etdi. Ona bir neçə dəqiqəliyə icazə verdilər.
Tural xəstə çarpayısında halsız uzanmış Ayselə yaxınlaşdı.
– Aysel məni eşidirsən?
Aysel göz qapaqlarını zorla aralayıb Turala baxdı. Üzünə təbəssüm gəldi.
– Tural, nə yaxşı gəlmisən...çox darıxırdım...Aaa...ən çox sevdiyim gülü də gətirmisən, – deyə zəif titrəyən əli ilə Turalın əlindəki gülü aldı.
– Əzizim darıxma, hər şey yaxşı olacaq!...
– Tural, yaxşı ki, toyumuz olmayıb, yoxsa sən də bədbəxt olardın...
– Elə danışma, Aysel! Mən sənin yoxluğuna dözə bilmərəm, – Turalın gözləri doldu.
– Tural, mən gedirəm...sənin həyatın hələ qabaqdadır...
– Yox, Aysel məni tərk etmə...yalvarıram sənə!
– Tural, bir xahişim var...söz ver ki, yerə salmayacaqsan!
Картинка 3 из 78331Tural söz verdi.
– Tural, mən öləndən sonra hərdən bu güllərdən gətirib mənim qəbrim üstə qoy!...onda ruhum şad olar...
– Sən nə danışırsan, Aysel?!...
– Hə, Tural, mən deyən kimi et!...çox xahiş edirəm! –  Ayselin üzündə bir yazıqlıq ifadəsi yarandı. Biçarə qız başını qaldırıb əlindəki gülü iyləmək istədi, lakin bacarmadı...qəfildən bədənini əsməcə tutdu, əli boşaldı, gül əlindən üstünə düşdü, bədəni donub qaldı...gözləri yumuldu.
Tural qışqırıb həkimləri köməyə çağırdı. Lakin artıq gec idi...
Aysel torpağa tapşırıldı...
Bu hadisədən bir iki ay keçmişdi. Tural əlində qızılgül addımlayırdı. Çox həyəcanlı idi. Ancaq o, qəbiristanlığa yox, təzə tanış olduğu qızla görüşə tələsirdi...

Комментариев нет:

Отправить комментарий