Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
Страницы
▼
02.11.2011
Afaq Məsud: "Mən düşünürəm ki, qurultay olmayacaq"
"Siz düşünürsünüz ki, qurultay ümumiyyətlə, olacaq?.. Mən düşünürəm ki, olmayacaq".
Bunu "Kaspi" qəzetinə müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsud deyib. Müsahibədən bir parçanı təqdim edirik:
- Sizin «Xəzər» jurnalınız AYB-nin ən yaxşı jurnalıdır. Bu, hamıya bəlli aydın bir həqiqətdir. Bu gün isə o, maliyyə problemləri ucbatından nəşr oluna bilmir. Qurultay öncəsi bu məsələnin həlli ilə bağlı nə isə bir addım atmağı düşünürsünüzmü?
- Siz düşünürsünüz ki, qurultay ümumiyyətlə, olacaq?.. Mən düşünürəm ki, olmayacaq. Bizim son qurultay 2004-cü ilin mayında oldu. Köhnə zamanların qanuna görə qurultay hər beş ildən bir çağırılmalı idi, Azərbaycan Respublikasının «Qeyri-hökümət təşkilatları (ictimayi birliklər və fondlar) haqqında» 2000-ci ildə qəbul edilmiş dövlət qanununa əsasən isə hər il çağırılmalıdır. Bax, burda Markes yada düşür...
Belə getsə, bir azdan Birliyin binası da Markesin Patriarxının xarabalıqlar və ölü inəklərlə dou əvsanəvi sarayına çevriləcək… O ki, qaldı bizim «Xəzər»ə, Yazıçılar Birliyi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdanda, yəni 1993-cü ildə ona, AYB-nin orqanlarının vəziyyəti ilə bağlı məktub ünvanladı. Bilirsiz ki, o dövrlər ölkənin bir çox yaradıcı qurumları kimi, AYB də dövlət büdcəsindən çıxarılmışdı… Həmin o məktubda Birliyin adı çəkilən orqanları sırasında hansı səbəbdənsə, bizim Tərcümə Mərkəzinin adı yox idi… Elə həmin il dövlət başçısı Birliyə və onun orqanlarına büdcədən maliyyə ayrılması barədə sərəncam imzaladı… Bədii Tərcümə və ədəbi əlaqələr Mərkəzi isə kənarda qaldı… Amma bu gün Mərkəz öz müstəqilliyi barədə məsələ qaldıranda, Birlik rəhbərləri: «Mərkəz Birliyin ayrılmaz hissəsidir!..» - deyib dururlar və mən hələ də anlamıram onlar niyə belə eləyirlər... Mərkəzə nə müstəqillik verilir, nə müvafiq büdcə ayrılır ki, o, öz fəaliyyətini bərpa edə bilsin… və beləcə illər ötür… biz dəyərli tərcüməçilərimizi, bədii tərcümə üzrə böyük işlər görə bilən yazarlarımızı, şairlərimizi itirə-itirə gedirik… Dünya ölkələri öz zəif ədəbiyyatlarıyla qürur duymağa davam edir… bizsə, uzun illərin qar-yağışından sökülən damımızın dəlmə-deşiyini tutmaqla məşğuluq… Bütün o illəri, o çətin keçid dövrlərini Mərkəz hansı fədakarlıqların və partizanlığın hesabına özünü qorudu, bunu bir Allah bilir... Yalnız 2004-cü ildə dövlət başçısı İlham Əliyevin sərəncamıyla nəhayət ki, Mərkəzə büdcə açıldı… lakin bu, Birliyin müraciətinə əsasən olduğundan, çox cüzi bir vəsait idi… və nəticə göz qabağındadı... Bu gün Mərkəz nəinki, bədii tərcümə və kitab nəşri ilə məşğul ola bilmir, nəşrini 2004-cü ildə bərpa etdiyi və özünə geniş oxucu auditoriyası qazandığı «Xəzər» dünya ədəbiyyatının çapını da dayandırıb. Bu gün biz həm «Xəzər»i, həm digər tərcümə ədəbiyyatlarımızı müxtəlif üsullarla kütləviləşdirməyə məcburuq… internet, elektropoçt və sair vasitələrin köməyi ilə… Binamız uçub tökülür... Bir neçə otağı icarəyə verib oradan aldığımız pulla damımızın bir hissəsini və bir neçə otağımızı təmir etdirdik… Lap elə bil müharibə dövrünün vəziyyətini yaşaırıq… Amma axı niyə bu, belə olmalıdı?.. Niyə «Respublika Bədii tərcümə və Ədəbi əlaqılər Mərkəzi» adı altında yaradılmış bu ölkə əhəmiyyətli qurum dünyanın belə bir dönəmində - ölkəmiz hər sahədə dünyayla ilişgilər qurduğu bir məqamda bu sayaq şikəst halda bir küncə qısılıb qalmalıdı?.. Bizim ki, dünyanı heyrətə sala biləcək zəngin ədəbiyyatımız var?!.. Ümidimiz qurultayadır... o da əgər keçirilsə... Bu gün Birlik rəhbərləri – milli ədəbiyyatımızda xidmətləri olan tanınmış qocaman yazıçılardır. Onların əsərlərinə də, şəxsiyyətlərinə də bu gün də hamı dərin hörmətlə yanaşır. Amma hər şeyin də bir əndazəsi var... Birliyin fəaliyyəti, onların özlərinin dediyi kimi, önəmlidirsə, niyə növbəti qurultayın çağırışı bu qədər uzadılır?..
Комментариев нет:
Отправить комментарий