Страницы

02.11.2011

Ədəbiyyat – qaysaq bağlamış yara

Könül Səid


Müasir dövrdə ədəbiyyat bir qayadan zəncirlənmiş , can verən kimsəsiz bir insana bənzəyir. Yaraları o qədər dərin və ağırdır ki , qaysaqlarından belə qan damcılarını görmək olar. Hər yoldan ötən də öz qarmağını atıb onun qaysağlanmış yaralarına toxunur . Güclə də olsa özünə yer eləməyə çalışır. Bununla da bu yaraların ağrısını daha da ağırlaşdırır.
Düşünməyin ki , hansısa yazını yazdın və hər şey də bununla bitdi. Heç də elə deyil. İnsan ona və ətrafına təsir edən bəzi nüansları görüb yazırsa , demək hələ tam bitməyib bu yazı . Sonuncu nöqtəsi qoyulmayıb. Sadəcə hər şeyin bitməz və davamlı olduğunu göstərən üç nöqtəni qoyub. Bu üç nöqtənin də hələ nə qədər yazıları gətirəcəyi də məlum deyil.



Mən bu yazını ürəyimin ta ən dərin toxumalarının belə hiss etdiyi ağrı ilə yazıram. Müasir dövrdə ədəbiyyatımızı körpüsü sınıq bir çaya bənzədirəm . Deyəcəksiz ki , axı bu ədəbiyyatı gah çaya , gah da ki , kimsəsiz insana niyə bənzədirsən ? Mən də deyəcəyəm ki , sizlər əziz və hər şeyin tam yerini bilən oxucular , buyurun siz daha düzgün olanını yazın. Axı sizə yaxşı və pis kimi təqdim olunan hər şeyi daha yaxşı analiz edə bililirsiz ,amma göz yumursuz. Əl-qərəz.
Demək indiki ədəbi proseslərə bir nəzər salsan elə bilərsən ki , elə hər şey bineyi-qədimdən elə belə imiş , bizim gördüklərimiz də sadəcə bir yumu imiş , İndiki proseslər isə gerçək və real. Sadəcə biz yatdığımız yuxudan çox gec oyandıq . Bəlkə də yüz il geriyə atdıq yaşamadığımız ömrümüzdən. Bahar nəfəsli ədəbiyyatımız birdən –birə çovğunlu qışa bənzədi. Bu şaxta və soyuq öz yerini o qədər bərkitməyə çalışır ki , bu yerlərin doğma və əsl sakini olan bahar belə öz yurdunu tanımasın. Baharın önünə ağır daşlar yığıblar ki , irəli gedə bilməsin. Bax ədəbiyyatımız bu halları və bu dönəmi yaşayır. Əsl istedad sahibi olan baharımızın önünü bu çovğunlu qışın kəsməsinə şərait yaradırıq. Haqqımız olanı tələb etmirik . Sakitcə susub ötürük. Yaxşı insafla danışaq ki , bü gün ədəbiyyatımızda olan yazarların 50 % istedadlıdır və ədəbiyyatımız üçün bir tapıntıdırlar. Amma digər 50 % faizi isə sadəcə yamaq olmağa çalışır. Özünü istedadlı və nadir bir tapıntı kimi cəmiyyətimizə və ədəbiyyatımıza sırımaga çalışır. Əslində günah da elə özümüzdədir . Axı niyə bunların önə çıxmasına susuruq?
Bəlkə də bu “ istedadlar “ kimlərinsə əli ilə önə çıxır və öz plagiat ideyalarını ədəbiyyata yamaq etməyə başlayır. Hə demək vəziyyət belədir , kiminsə və ya kimlərinsə dəstəyi olmasa sənin əsl istedadın pas atıb qalacaq. Bəlkə də sən yazılarını çox uzun illər yazacaqsan , qalaq-qalaq romanların da olacaq , amma di gəl ki , onlar sənin yazı masanın siyirmələrində toz tutacaq. Ömrünün 50 illini ötürəndən sonra , uzun çətinlikləri aşandan sonra , qəlb qırılmalarından sonra sənin kitabın işıq üzü görəcək. Əslində bu illəri o istedadlıların ömründən bir oğru kimi oğurlayırlar. Bir işğalçı kimi talan edirlər. Ədəbiyyata və incəsənətə xeyirli ola biləcək nümunələr də çox təəssüf ki , elə siyirmələr də qalacaq. Saralacaq və məhv olacaq . Bayaq dediyim 50 % istedadsız və yamaq olmağa çalışan yazarlarımızın romanları və digər yöndə olan kitabları tez çap olunur , amma məna və ideya tutumu o siyirmələrdə toz atan romanların ilk səhifələrinin ilk sətirllərinə belə çatmaz . Bəlkə də bizim günahımız var . Yazılarımızı özümüz üzə çıxartmırıq . Razılaşmaq lazımdı ki , gən yazarların bəzilərinin rəmanları ideya , bədii-mövzu cəhətdən maraqlı və ozxunaqlıdır . Həm də dəyərli məsləhətərlə boldur . Amma bəzi istisnalar da var ki , adalarınl belə çəkməyə ehtiyac yoxdur . Qiyməti üstündə olan kitayın saxta oyuncaqlarına bənzıyirlər . Tez xarab olub sıradan çıxırlar .
Ürəyimdə yığılıb qalan sözlərin bəlkə də 1% deyə bildim . Amma zaman kecdikcə o 99 % özü öz sözünü deyəcək. Zamana və saxta istedadlara bu adı verənlərə əsl üzünü və sərtliyini də göstərəcək. Ümüdümüzü üzməyək və bu 99% gücə sahib olan dalğanın gəlməsini gözləyək.



http://yazarklub.org/

Комментариев нет:

Отправить комментарий