Professional Oxucu Liqası
Qəribəsi burasındadır ki, Azərbaycanda heç də bütün təşkilatlar İsrail cinayətinə mövqelərini bildirmədilər
«Xeyirlə şər daim yan-yana addımlayır» söyləyənlərlə razılaşmaq çətindir. Çünki xeyirlə şər dünya yaranandan bəri daim üz-üzə gəlir və toqquşur. «İn» və «Yan», «işıq» və «zülmət», «gündüz» və «gecə», «isti» və «soyuq», «ağ» və «qara» əbədi mübarizədədirlər.
Min illər əvvəl də belə olub, indi də belədir. Və əgər minilliklər öncə baş verən toqquşmalar haqqında yalnız tarix kitablarında oxuyurqsa, günümüzdə bu toqquşmaların canlı şahidlərinə çevrilirik. Bu gün də dünya iki düşərgəyə bölünərək, qismətində olan mübarizəni davam etdirir.
Əslində, İsrail ordusu onilliklərdən bəri adət etdiyi bir addımı atdı. Müdafiəsiz, əli yalın adamları qətlə yetirdi. Amma bu dəfə durum başqaydı. Çünki bu dəfə sionist canilər Türkiyəyə əlcək atmışdılar, bu dəfə Türkiyə vətəndaşlarını qanına qəltan etmişdilər. İsraildən fərqli olaraq dərin tarixi köklərə malik və böyük qeyrət sahibi olan Türk xalqı da baş verənlərə təbii reaksiyasını verdi. İstər iqtidar, istər müxalifət, istərsə də ölkənin sıravi vətəndaşları həmrəylik nümayiş etdirərək bəşəriyyətə və insanlıq adına bir utanc olan İsraili qınadılar. Türkiyənin prezidenti Abdulla Gül, baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu sionist qurumunu dəniz quldurluğunda ittiham etdilər. Dünya da susmadı, bu dəfə canini elə öz adı ilə çağırdı. Əlbəttə ki, ABŞ istisna olmaqla! Pakistanda, Əfqanıstanda, İraqda, Somalidə və dünyanın digər bölgələrində minlərlə günahsız insanı qanına qəltan edən Amerika digər qatilin əməllərini pisləyərdimi? Yox, bu heç vaxt olmayıb və olmayacaq da.
Elə İsrail də əməllərindən peşman deyil. Canavarın quzunu parçaldıqdan sonra üzrxahlıq etməsi nə dərəcədə absurddusa, sionistlərin də günahsız insanların qətlinə üzülmələri bir o qədər gülünc görünür. Əksinə, canavar bu dəfə yenə quzunu ittiham etdi. Mülki vətəndaşların vəhşiləşmiş İsrail əsgərlərindən müdafiə olunmaq üçün dəmir və ağac parçalarından istifadə etməsini az qala başdan-ayağa silahlanmış bir mütəşəkkil ordu ilə toqquşma kimi qələmə verdi. Həqiqətən, sionist həyasızlığının hüdudu yoxdur.
Türkiyə ilə İsrail arasında yaranmış gərginlik get-gedə artdığı bir dövrdə bəzi qüvvələr qonşularımızın sionistlərə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini də dilə gətirdilər. Amma bu hələ ki baş verməyib. Və ümumiyyətlə baş verəcəyi real görünmür. Əlbəttə ki sionistlərin və havadarlarının süni surətdə yaratdıqları bu qurum gec-tez məhv olmalıdı- Türkiyə, yaxud digər qüvvənin vasitəsiylə - fərq etməz. Amma bu gün Türkiyənin İsrailə hücum etməsi qardaşlarımız üçün əsl fəlakətə çevrilə bilər. Əlbəttə ki hərbi toqquşma baş verəcəyi təqdirdə ABŞ iki müttəfiqi arasında seçim etməli olacaq və seçim də məhz sionistlərin xeyrinə olacaq. Amerika artıq bir dəfə müsəlman ölkəsinə güvənərək səhv edib. Və artıq 30 ildən artıqdır ki, əvvəlki müttəfiqi İranla düşmən mövqedədir. İndi də Türkiyəni islami dəyərlərə qaytarmağa cəhd edən AKP-yə bel bağlamayacaq. Bunu Ərdoğan-Gül komandası da gözəl anlayır. ABŞ-ın İncirlikdəki hərbi bazası isə bunu anlamağı bir qədər də asanlaşdırır. Digər tərəfdən isə, bu gün Türk ordusunda İslama və AKP-yə qarşı düşmən mövqeyində olan kifayət qədər zabit heyəti mövcuddur. Belə bir orduyla isə İsrail-ABŞ cütlüyünə qarşı qalxmaq qeyri-mümkündür.
Sionistlərin cinayəti və ardından yaranan İsrail-Türkiyə qarşıdurması bütün dünyada olduğu kimi Azərbaycanda da əks-səda doğurdu. İstər Türkiyə səfirliyi, istərsə də İsrail səfirliyi qarşısında aksiyalar təşkil olundu. Bir çox təşkilatlar quldurluğu birmənalı şəkildə sərt qınadılar. Bu təbiidir və insan xislətindən irəli gəlir- canini qınamaq, məzluma dəstək vermək. Amma qəribəsi burasındadır ki, Azərbaycanda heç də bütün təşkilatlar İsrail cinayətinə mövqelərini bildirmədilər. Söhbət bunu etməyə borcu olanlardan gedir. Maraqlıdır ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinə etiraz əlaməti olaraq Rusiya səfirliyi qarşısında piket təşkil edənlər bu dəfə türk və müsəlman qardaşlarımızla həmrəy olmaq istəmədilər. Görəsən niyə? Bəlkə maliyyə mənbələri yol vermir? O vaxt ABŞ-ın strateji rəqibi olan Rusiyaya nifrət nümayiş etdirənlər bu gün ABŞ-ın strateji müttəfiqi İsrailə qarşı çıxmadılar. Hətta İsrail qardaş Türkiyəni hədəfə aldısa belə. Necə deyərlər, «kor kor, gör gör».

«İn» və «Yan», «işıq» və «zülmət», «gündüz» və «gecə», «isti» və «soyuq», «ağ» və «qara»nın əbədi mübarizəsi davam edir. Biz kimin tərəfindəyik? Biz hansı səngərdəyik? Biz İsrail, ABŞ, qatillər dəstəsindəyik, yoxsa qardaş və müsəlman Türkiyə, Fələstin dəstəsində? Seçim hamı üçündür.
Комментариев нет:
Отправить комментарий