Страницы

02.11.2011

SİONİST İŞĞAL REJİMİNİN MÜXTƏSƏR TARİXÇƏSİ


Qəzzada törədilən soyqırım artıq bütün dünyanı sionizm pobleminin kökləri haqqında düşünməyə vadar edib. Əslində indiyədək sionizm tərəfindən Fələstin ərazilərində Qəzza kimi dəhşətli və çox sayda qətliamlar törədilib. Budur, addım-addım 19-cu əsrdən etibarən günümüzə qədər Fələstin torpaqlarında yaşanan hadisələr...

Yaxın Şərqdə sionist İsrail işğalının xronologiyası


15-ci əsrdən 19-cu əsrədək - Fələstin Osmanlı hakimiyyəti altında olmuşdur.

1876 - İlk Osmanlı parlamentinə Qüdsdən seçilən fələstinli deputatlar da girir.

1881 - Osmanlı imperiyası xarici dövlətlərdən yəhudilərin Fələstindən kənar Osmanlı torpaqlarına yerləşməsinə icazə verir.

1882 - Fələstinə ilk sionist köçü dalğası; Osmanlının Həcc ziyarəti və iş üçün məskunlaşmamaları şərtiylə yəhudilərə icazə verməsi.

1888 - Sionistlərin məskunlaşmaları üçün Avropa dövlətlərinin Osmanlıya təzyiqlər etmələri.

1891 - Fələstində sionist qüvvələrin əməllərinə qarşı ilk etiraz.

1892 - Osmanlı imperiyasının Osmanlı vətəndaşı olmayan sionistlərə torpaq satışını qadağan etməsi.

1896 - Avstriyalı sionizmin banisi Teodor Herzlin "Der Judenstaat"ı ("Yəhudi Dövləti") nəşr etdirməsi; Osmanlı imperatoru Sultan II Əbdulhəmidin Herzlin Fələstində bir sionist rejimi qurulması fikrini rədd edir.

1897 - İsveçrənin Bazel şəhərində I sionist konqresinin keçirilməsi və Dünya Sionist Təşkilatının yaradılması.

1900 - "Kerin Keyemes"in (Yəhudi Milli Fondu) Dünya Sionist Təşkilatının Fələstində torpaq əldə etmə orqanı olaraq yaradılması.

1905 - 7-ci sionist konqresinin Şərqi Afrikadakı Uqandada bir sionist dövləti qurulması fikrini rədd etməsi.

1908 - Osmanlıda Jön-Türk İnqilabı (II Hökumət)

1909 - Sultan II Əbdulhəmidin taxtdan uzaqlaşdırılması; İlk sionist şəhəri Təl-Əvivin yaradılması.

1911 - Ərəblərin Osmanlıdan müstəqillik elan etməsi məqsədiylə Əl-Fatat məxfi təşkilatının yaradılması.

1913 - Parisdə I Ərəb Milli Konqresinin toplanması.

1914 - I Dünya Müharibəsinin başlanması.

1916 - Məkkə əmiri Şərif Hüseynin Osmanlıya üsyana qalxması.

1917 - Fələstində İstrail rejiminin yaradılması üçün İngiltərənin dəstəyini ifadə edən Balfor bəyannaməsinin imzalanması; Qüdsdəki Osmanlı ordusunun İngilislərəyə təslim olması.

1918 - I Dünya Müharibəsinin sonu.

1919 - Versal sülh müzakirələri; I Fələstin Milli Konqresinin Balfor bəyannaməsini rədd etməsi və müstəqillik istəyinin elanı.

1920 - Fələstində ingilis hakimiyyətinin yaradılması.

1922 - "Cəmiyyəti-Akvam"ın Fələstində ingilis mandatını təsdiqləməsi; İlk siyahıya almaya görə yəhudi əhalisinin nisbəti 11%, ərəb əhalisi isə 89%-dir.

1922 - ABŞ Nümayəndələr Palatasının Balfor bəyannaməsini dəstəkləməsi.

1929 - Qüdslü fələstinlilərin sionistlərin təzyiqlərinə qarşı üsyanı.

1931 - Növbəti siyahıya almaya əsasən sionist əhalisi 16,9%-ə çatdırılır.

1933 - Sionist köçü qarşısında ilk ümumi tətil.

1936 - Fələstinin şəhər və kəndlərində milli komitələrin yaradılması; Böyük Üsyanın başlaması. 

1937 - Fələstini ərəb hakimiyyəti və sionist rejimi arasında bölən Peel Komissiyası Təklifi.

1938 - Peel Komissiyasının təklifini rədd edən və yeni bir təklif təqdim edən Woodhead Komissiyası.

1939 - İngilis MacDonald hökumətinin sionistlərin Fələstində torpaq satın almasına, sionist köçünə və Fələstində İsrail rejiminin yaradılmasına qarşı qərarı; II Dünya Müharibəsinin başlanması.

1942- Baltimor konfransında Fələstində bir Sionist Millətlər İttifaqının və sionist ordu yaradılması qərarının verilməsi.

1945 - II Dünya Müharibəsinin sonu; BMT-nin yaradılması.

1946 - İrqun və Stern Ganq sionist təşkilatlarının Qüdsdəki Kral Davud otelini bombalamaları.

1947- Fələstin mövzusunda BMT Xüsusi Komitəsinin yaradılması; 181 saylı qətnaməyə əsasən Fələstin ərazisinin Fələstin və İsrail rejimi arasında iki yerə bölünməsinin təklif edilməsi.

1948 - İsrail rejiminin elan edilməsi; I ərəb-israil müharibəsi.

1949 - Rodos atəşkəs müqaviləsinin imzalanması.

1950 - Sionist İsrailin didərgin edilmiş fələstinlilərin torpaqlarına sahib çıxması; Qərbi Şəriyənin İordaniyaya, Qəzzanın Misirə birləşdirlməsi.

1951 - Kral Abdullahın Məscidül-Əqsada öldürülməsi.

1955 - İsrail rejminin Qəzzaya hücum etməsi və soyqırım törətməsi.

1956 - Nasirin Süveyş kanalını milliləşdirməsindən sonra İsrail rejimi, Fransa və İngiltərənin Misirə müharibə elan etməsi; Sina yarımadasının sionist İsrail rejimi tərəfindən işğal edilməsi;

1956 - İsrail rejiminin Qalqiliya, Kafr Qasım və Xan Yunisə hücumları və soyqırım törətməsi.

1957 - İsrail rejiminin Sina yarımadası və Qəzzanı Misirə geri qaytarması.

1959 - Yasir Ərəfat və tərəfdarları tərəfindən FƏTHin yaradılması.

1964 - Fələstin Azadlıq Təşkilatının (FAT) yaradılması.

1965 - FƏTHin Qərbi Şəriyədə ilk hərbi əməliyyatı.

1967 - 6 Günlük müharibədə İsrail rejiminin Qəzza və Qərbi Şəriyəni işğal etməsi.

1969 - Yəsir Ərafatın FAT liderliyinə gəlməsi.

1973 - Misir və Suriyanın 1967-ci ildə işğal edilən torpaqları geri almaq məqsədiylə İsrail rejiminə müharibə elan etmələri, Yom Kippur Müharibəsi; Yaxın Şərq üzrə Cenevrə Konfransının keçirilməsi.

1974 - BMT və Ərəb Liqasının FAT-ı fələstinlilərin yeganə qanuni nümayəndəsi olaraq tanıması; Yəsir Ərafatın BMT-də çıxışı.

1975 - FAT-ın BMT Təhlükəsizlik Şurasına daxil olmasına icazə verilməsi; Sionizmi irqçiliyin bir növü olaraq təyin edən 3379 saylı BMT qətnaməsi.

1978 - İsrail rejiminin cənubi Livanı işğal etməsi; Kemp-Devid müzakirələri.

1979 - İsrail rejimi ilə Misir arasında atəşkəsin imzalanması; BMT Təhlükəsizlik Şurasının sionist məskunlaşmalarını qeyri-qanuni olaraq qiymətləndirməsi.

1980 - Avropa İqtisadi Birliyinin fələstinlilərin öz müqəddəratını təyin etmə haqqını tanıması və İsrail rejiminin işğal etdiyi torpaqlardan çəkilməsi çağırışını səsləndirməsi; İsrail rejiminin Qüds Təməl Qanunu ilə Şərqi Qüdsü rəsmi olaraq işğal etməsi.

1981 - İsrail rejiminin İraqdakı nüvə obyektlərini və Beyrutu bombalaması; Ənvər Sədatın öldürülməsi; Suriyanın Holan Təpələrinin sionist rejimi tərəfindən işğal edilməsi.

1982 - Sionist rejiminin Səbrə və Şatilla qətliamları; Sionist İsrailin Livanı işğal etməsi.

1986 - Yəhudi alimi Mordexay Vanunun İsrail rejiminin nüvə silahına malik olmasına dair məşhur açıqlaması.

1987 - I İntifadanın başlaması.

1988 - HƏMAS-ın yaradılması; müstəqil Fələstin dövlətinin elan edilməsi.

1991 - I Körfəz müharibəsi; Madrid Sülh konfransının keçirilməsi.

1993 - I Oslo müqaviləsinin imzalanması.

1994 - Hebronda Xəlil İbrahim məscidi qətliamı; Fələstin administrasiyasının qurulması;

1995- II Oslo müqaviləsinin imzalanması; İshaq Rabinin sui-qəsd nəticəsində öldürülməsi.

1996 - Fələstində ilk dəfə seçkilərin keçirilməsi; Yasir Ərafatın dövlət başçısı seçilməsi; İsrail rejimində Netanyahunun baş nazir olması.

1997 - Hebron razılaşması; Şeyx Əhməd Yasinin sərbəst buraxılması.

1998 - Wye River memorandumunun elan olunması.

2000 - Ariel Şaronun Məscidül-Əqsaya soxulmaqla bu müqəddəs məkanı təhqir etməsi; II İntifadanın və ya Əl-Əqsa İntifadasının başlanması; II Kemp Devid zirvəsi.

2001 - Ariel Şaronun İsrail rejiminin baş naziri olması və Fələstinlə keçirilən sülh müzakirələrinin sona çatdırması; ABŞ-da 11 sentyabr hadisələri.

2002 - İsrail rejiminin Qərb Şəriyənin yenidən işğal etməsi; Səudiyyə Ərəbistanının sülh cəhdi; ABŞ-ın sülh müzakirələri üçün "Yol Xəritəsi" mülahizəsi.

2003 - Yol Xəritəsininin hər iki tərəf tərəfindən qəbulu; Fələstin idarəetməsində dəyişiklik edilərək Baş nazirlik mövqeyinin yaradılması; Mahmud Abbas və Əhməd Kureyin baş nazirliyi.

2004 - Həmas lideri Şeyx Əhməd Yasin və Əbdüləziz Rantisinin İsrail rejiminin mərmiləriylə qətlə yetirilməsi; Yasir Ərafatın şübhəli ölümü; Mahmud Abbasın Fələstin muxtariyyatının prezidenti seçilməsi.

2005 - Fəthin seçkiləri qazanması.

2006 - HƏMAS-ın seçkilərdə qalib gəlməsi; Dünyanın HƏMAS-a qarşı embarqosu; sionist İsrail - Livan müharibəsi, Hizbullahın 33 günlük müharibədə sionist İsrail rejimi üzərində qələbəsi.

2007 - İsrailin Qəzzanı mühasirəyə alması və embarqo tətbiqinə başlaması; Fəth ilə HƏMAS arasında qarşıdurmaların başlanması və HƏMAS-ın Qəzzada idarəetməni ələ alması.

2008 - İşğalçı İsrail rejimi ilə HƏMAS arasında 6 aylıq atəşkəsin elan olunması; atəşkəsin sonunda işğalçı İsrailin rejiminin Qəzzaya hücumu. 
http://deyerler.org/

Комментариев нет:

Отправить комментарий