Страницы

01.11.2011

Düşmənlər arasında

Nitsşe


Bizi incidir və əzab verirlər – adamlar necə də sevinir.

Ah, türmənın sığalladığı bizlər dəstə-dəstə ölürük !..

Odur – eşafot… xalq… alçaldıcı baxışlar,

Mən də başımla vidalaşmalı oluram.

Ah, sözsüz, mənasız sürü!

Sənin bir arzun var, öldürmək – o adamı ki,

Özü, öz xoşu ilə bu cəhənnəm həyatdan imtina edib.

Suda boğulmaz, odda yanmaz həmin cəsur insan.

Var-dövlətimi sizlərdən gizlətmirəm,

Və paxıllıq sizi boğur – eybəcərlər və xəstələr,

Mənə çətindi… Mən əzab çəkirəm… Mən zülm içindəyəm.

Sizin həyatınız və ölümünüz – mənasız bir andı,

Mən isə öz eşafotumu qanımla yuyacam,

Lakin mənim ruhum ölməyəcək. Və mənim edamım tüstü kimi,

Murdar sevgiləri ilə qəlbi kirlənmiş zəlilləri boğacaq.

Комментариев нет:

Отправить комментарий