Страницы

30.11.2011

Facebookdakı saxta profilləri neçə tanımalı?


Трансвестит Вася стоял уже третий час
“Ayka”lar kişi çıxır 

“Salam canım... Necəsən? Zəhmət olmasa bu səhifəni like elə. Sonra danışaq. Öpdüm” – facebookda sizə tanımadığınız bir qızdan qəflətən belə mesaj gələ bilər.

Özünüzü itirməyin. Çoxumuz bilirik bu, bu real qız deyil. Saxta profildir. Sadəlövh adamları aldatmaqla səhifələrini reklam etmək istəyirlər. 


Facebookda ən geniş yayılmış anlayışlardan biri “Fake profil”, yəni “saxta profil” ifadəsidir.

Sosial şəbəkədə çoxumuzun yüzlərlə dostu var. Onların bəzilərini yaxından tanıyırıq, bəzilərini uzaqdan. Elələri olur ki, elə sosial şəbəkədə tanış oluruq.

Amma dostlarımızın içində saxta hesablar da mövcuddur...

Nədir saxta profil? 

Saxta profillər çox vaxt qız adları ilə olur. Saxta hesablar müxtəlif məqsədlər naminə açılır.

Hansısa səhifəni, saytı daha çox paylaşmaq üçün, kimləsə zarafatlaşmaq üçün, kimisə gizlicə izləmək üçün, hətta kiminsə facebook hesabını ələ keçirmək üçün saxta hesablar açıla bilir.

Bəs saxta facebook hesablarını necə müəyyənləşdirmək lazımdır? Bunun müxtəlif yolları var.

İstənilən saxta hesabı gec-tez ifşa etmək mümkün olur.

Kulis.az saxta hesabları ifşa etməyin yollarını təqdim edir.

“Ayka Əliyeva”

Saxta hesablar arasında ümumi cəhətlər mövcuddur.

Bunlardan biri ad və soyad seçimi ilə bağlıdır. Özünə saxta hesab açan adamın ad üzərində çox düşünməyə, ağlını işlətməyə vaxtları olmur. Çoxlarının buna nəinki vaxtı, eləcə də sadəcə fantaziyası çatmır.

Ona görə də çox yayılmış adlardan və soyadlardan istifadə etməyə meylli olurlar. Məsələn, Aysel, Sevinc, Ayka, Aynur, Nigar, Sabishka və s. bu kimi adlar. Həm də bu adlar çox cəlb edicidir. İlk baxışda diqqəti özünə cəlb edir.

Müşahidələr göstərir ki, özünə saxta hesab açana adamların böyük bir hissəsi Əliyeva (özü də “Aliyeva” yox, “Eliyeva” yazırar), Məmmədova, Hüseynova, Həsənova kimi məşhur soyadları seçirlər.

Şəkillər yalan söyləməz

Saxta hesabların növbəti yanlışlığı şəkillərlə bağlı olur. O, dərhal çalışır ki, real bir qız fotosu taparaq digər istifadəçiləri aldada bilsin. Amma unudur ki, real qız şəkli hələ real istifadəçi demək deyil. Real istifadəçilərin şəkillərinin altında gedən dialoqlar olur. Məsələn, onun bir tanışı, qohumu, qrup yoldaşı girib şəklin altından şərh yazır. Şəklin sahibi də ona cavab yazır. Belə olanda dərhal başa düşürsən ki, bu saxta hesab deyil.

Həmçinin real adamlar öz dost-tanışı ilə fotosunu qoyub onu işarələyir (tag). Saxta hesabların isə belə imkanları olmur.

Saxta hesabların fotolarının altında, adətən, çoxlu şərhlər olur. Oğlanlar girib fotoların altında xoş sözlər yazırlar. Amma onlara bir təşəkkür edən tapılmır. Çünki bu saxta hesab yiyəsinin cavab yazmağı vaxtı yoxdur. Axı o öz hesabı ilə də məşğul olmalıdır. Ona görə də saxta hesablarda çox vaxt yazılan şərhlərə, divar göndərişlərinə cavab vermirlər.

Bir “qız” və yüzlərlə kişi

Saxta facebook hesablarının dost siyahısında yüzlərlə oğlan olur. Nəzər salsanız görəcəksiniz ki, orda qızların sayı çox az olur.

Nəzərə alın ki, xanımlar heç vaxt tanımadıqları kişilərə dostluq göndərmirlər. Əgər siz elə də populyar adam deyilsinizsə və tanımadığınız bir qızdan dostluq təklifi alırsınızsa, onun saxta hesab olub-olmadığını mütləq yoxlayın.

Statuslar yenilənmir

Yuxarıda da qeyd etdiyimiz, kimi saxta hesabları açan adamlar müəyyən məqsədi olur. Məsələn, hansısa bir saytı reklam etmək. Həmin şəxs bu hesabı ilə daxil olub saytı yaydıqdan sonra çıxır.

Saxta hesablar, adətən, statuslarını yeniləmirlər. Dostlarına da rəy yazmırlar. Diqqət etsəniz görəcəksiniz ki, saxta hesabların statusları ya ümumiyyətlə yenilənmir, ya da çox gec yenilənir. Gec-gec yazılan statusları isə bəyənənlər, şərh yazanlar çox az olur.

“In a relationship with…”

Facebookda münasibətləri olan hesablar adətən real olur. Məsələn, hansısa bir oğlanla münasibəti olan qız görsəniz, böyük ehtimalla o saxta hesab deyil. Ən azı münasibətdə olduğunuz adamın real, yoxsa saxta olduğunu yoxlamaqla ümumi bir nəticəyə gəlmək olar.

Həmçinin real hesablar çox vaxt facebookda yaxın qohumlarını da göstərirlər. Saxta hesablarda isə, əlbəttə, belə şey olmur.

Bəyənilmiş səhifələr

Real hesablar, adətən, onlarla səhifəni bəyənir. Məsələn, sevdiyi aktyorlar, kitablar, yeməklər, TV proqramları, yazıçılar, qəzetlər, saytlar və s... Ancaq saxta hesabların bəyəndiyi səhifələrin sayı çox az olur.

Elmin HƏSƏNLİ                  kulis.az

Комментариев нет:

Отправить комментарий