Страницы

20.11.2011

Gop eləmirəm


Tofiq Abdin “Yazıçı laboratoriyası”nda 
- Günün hansı vaxtı yazırsınız? 

- Bir il öncəyə kimi yazmaq üçün hər səhər Danüzü qalxıb mətbəxdəki yazı stolunun arxasın keçirdim.Keçən ilki xəstəlikdən sonra artıq ən çox gündüzlər işləyirəm, o da qəzetlər üçün yazılar olur.

- Ardıcıl neçə saat yaza bilirsiniz? 

- Əsəblərim dözənə qədər.Kompüterin arxasından qalxıb gəzişirəm.

- Yazı ilə bağlı xüsusi bir vərdişiniz varmı? Misal üçün, bəzi yazıçılar kofe içə-içə yazır, bəziləri isə hay-küydə. 

- Yazı işlərkən xüsusi heç bir adətkarım yox.Yəni siqaret çəkən deyiləm,içib yazmaq da vallah bir cəfəng söhbətdi mənim üçün.

- Əllə yazırsınız, yoxsa bilgisayarla? 

- 1993-cü ildən bəri bilgisayarla işləyirəm.Bu da mənə Türkiyədən bir yadigardı. Şair Etimad Başkeçid demişkən, əllə yazmaq mənə multfilm kimi gəlir.

- Yazmamışdan qabaq qeydlər edirsinizmi? 

- Heç bir qeyd-meyd eləmirəm və bir çox yazım özü gəlib yaxamdan tutub və sonra onu yazmağa başlamışam.Son illərə qədər şeirlərimi və hətda poemalarımı da yorğan-döşəkdə uzanıb əllə yazardım.Yəni sovet dövründə yazdığım şeirlər hamısı bu adətlə yazılıb.

- Özünüzlə bloknot gəzdirirsinizmi? 

- Bloknot, mənim baş ucumdadır.Ora bəzi misralar yazılır, sonra şeirə çevrilir..

- Sevmədiyiniz sözlər varmı? 

- İki samitlə yazılan sözlər və bir də dırnaq açmaq və bağalamaq məni qıcıqlandıdır.Neçə vaxtı iki qəzetə yazılar yazıram .525-ə və ƏDALƏT qəzetinə .Yazılarmıda iki samitli sözlərin çoxunu bir samitlə yazıram, ama qəzetin korektorları həmişə onları iki samit eləyirlər. Məsələn, mən ƏDƏBİYAT yazıram, onlar ƏDƏBİYYAT eləyir.Mən AMA yazıram,onlar AMMA eləiyr.Şükürlür olsun, indi eşitdyiimə görə Milli Məclisdə bu işə baxılacaq.

- İmtina etdiyiniz yazılar varmı? 

- İmtina etdiym yazı yoxdur, ama yazılarımın içində özümə xəyanət etdiyim məqamlar var.

- Yazının süjeti haqda əvvəlcədən fikirləşirsiz, yoxsa süjet yazı prosesində yaranır? 

- Vaalah mən bədii yazını heç zaman necə başlayıb necə qurtarmağı bilmirəm və hər şey yazı prosesində davam edir.PROZA adlı bir kitabım çıxıb, oradakı əsərlər mənim gənclik illərimdə yazdığım prozalardır.İnanın ki, mən onları da şeir kimi bir nəfəsə yazmışam desəm, gop eləyirəm deməyin.

- Obrazları şəxsən tanıyırsınızmı, ya da onlara rast gəlmisinizmi? 


- Mənim böyük yazar ola bilməməyimin səbəbi uydurma yolunu bilməməyimdir.Bədii yazılarımdakı bütün insanlar son dərəcə tandığım adamlardır.Uydurma ədəbiyatdan xoşum gəlmir.Onlar mənimlə iç-içə insanlar olublar.İndi onlardan bəzilərəni ƏDALƏT qəzetindəki ÖMRÜMDƏKİ İNSANLAR proyektimdə ad və familya ilə verirəm.

- Birinci və sonuncu cümlə sindromunuz varmı? 

-Yenə Etimad yada düşdü. Birinci cümlə sindromum olmur, çünki onu artıq kompyüter araxasına keçən qədər tapıram.Sonuncu cümlə çox vaxt tavandan düşür.

- Yazı prosesində ilişəndə neynirsiniz? 

- Hələ bu vaxtə qədər sözlər mənə badalaq vurmayıb.


kulis.az

Комментариев нет:

Отправить комментарий