Страницы

30.11.2011

İşğal Olunmuş 11-ci Rayon – SUMQAYITDILI

Hər kəs bilir ki, 10 işğal olunmuş rayonumuz var, təəssüfki. Amma mən deyərdim ki, 10 yox, işğal olunmuş 11-ci  rayon da var. Zarafatyana hər dəfə deyirəm ki, Qubadlının işğalından 9 saat  sora Sumqayıt da işğal olunub :)   Bəlkəm bu yazım bir çoxları tərəfindən  yaxşı qarşılanmayacaq, əsasəndə Qubadlılar tərəfindən. Amma bu reallıqdır  ki, hər binanın hər padezində rast gəlmək mümkündür. Əslində olara bir  sözüm yoxdur. Maaşallah nələri varsa sağlıqlarına qismət. Aralarında  yaxşıları çoxdur. Sadəcə məni bir məqam maraqlandırır. Prezidentimizin  hər zaman dediyi kimi ” Lazım Gəlsə Torpaqlarımızı da Geri Qaytaracağıq “.  Bu sözə əsaslanaraq belə qənaətə gəlirəm ki, torpaqlar lazımı gəldiyi məqamda  geri qaytarılanda evlərindən didərgin düşmüş məcburi köçkünlərimiz öz  evlərinə qayıtmalıdırlar. Amma oların indiki vəziyyətinə baxanda  düşünürəmki onlar geri qaytarılanda öz evlərindən didərgin düşmüş  olacaqlar. Kim burdakı şəraiti qoyub qayıdarki? Ondansa Sumqayıtın adını  dəyişsək daha məqsədə uyğun olar – SUMQAYITDILI. İşğal tarixini isə belə  qoyaq o zaman:  1993-cü il 31 avqust+9 saat


http://xebercioqlan.wordpress.com/

Комментариев нет:

Отправить комментарий