Страницы

30.11.2011

Qaz iyinə gələnlər

İlkin Ağalı



Yenə gəlhagəl başlayıb. Torbasını qoltuğuna vuran avropalılar sıra ilə Azərbaycanı ziyarət edir. Doğrudur, burada ölkənin şərəfinə də əməlli başlı təmtəraqlı sözlər söyləyib, Azərbaycanın haqsızlığa məruz qaldığına işarə edib cani-dildən əllərini dizlərinə də vururlar. Bütün bu canıyananlıqlar və gəlişi gözəl sözlər Azərbaycana yaxşı tanışdır.

Təxminən 20 il əvvəlki gəlhagəldən tanışdır. O vaxt bir qədər təcrübəsiz olan Azərbaycan onların hər sözündə səmimiyyət, haqqa dayaq axtarırdılar. Ancaq nə fayda... Gələn hər kəs Azərbaycanın sərvətindən mümkün qədər çox pay almaqdan qeyri məqsəd güdmək istəmədiyindən sərvətini onlara paylayan Azərbaycan yenə də öz dərdləri ilə baş-baş qaldı.

Təxminən 20 il əvvəl neft iyinə bu ölkəyə gələnlərin ayağı və təmtəraqlı sözləri o zaman kəsildi ki, onlar Azərbaycan neftinin bölünüb qurtardığını yəqin etdilər. Hətta onlara o da məlum oldu ki, son iki ildə istehsalı azalmaqda olan Azərbaycan nefti deyəsən zirvəni aşmışolduğundan artıq bununla bağlı təmtəraqlı ziyafət və söhbətlərə ehtiyac qalmır.
Elə bu dəmdə qazdan ayıq Avropalılar Azərbaycandan gələn yeni iyi-qaz iyini həssaslıqla hiss edib, bütün canyananlıqlarını yenidən sərgiləməyə başladılar.Məlum oldu ki, maraq görünən yerdə Avropalılar heç bir təmtəraqlı sözləri xərcləməkdən çəkinmirlər. Qaz iyinə gələnlərin vurğuladıqları əsas mövzulara diqqət yetirəndə adama elə gəlirdi ki, ya Qarabağ problemi yenicə baş verib, ya da bu keçən müddətdə mötəbər Avropalılar bundan sadəcə xəbər tutmayıblar.
Artıq kifayət qədər təcrübəsi olan Azərbaycan üçün hər şey aydındır: Qaz iyinə gələnlərdən kimsə öz ölkəsinə boş torba ilə qayıtmaq istəmir. Onların hər birinin ayrılıqda Azərbaycana simpatiyası olmasa da, bu ölkəyə məxsus sərvətdən yan keçmək istəmədiklərindən elə sərvətə olan simpatiyalarını bu jestlərlə çatdırırlar.
Azərbaycan müstəqillikdə yaşadığı 20 il müddəti az olmayan bir tarix kimi dostunu-düşmənini tanıya bildi. Onsuz da öz qazını bazara çıxarmağa ehtiyac hiss eləyən Azərbaycanıbu dəfə hər hansı bir siyasi sərvətlər əsasında yox, məhz iqtisadi maraqlar əsasında öz sərvətinə müştəri müəyyənləşdirməyə daha israrlıdır. Hər halda bununla belə baş verənlərin fonunda riyakarlıq dolu bir münasibətə mövqe bildirməkdən yan keçmək olmur. Düşünəndə ki, ədalətsiz mövqeyini kiminsə təkzib edə bilmədiyi və öz yaşamı üçün dünyaya yük olan Ermənistan, ədalətli mövqeyi ilə kimsədə şübhə doğurmayan və dünyanın mühüm enerji bazalarından biri kimi möhkəmlənən Azərbaycanla müqayisədə Qərb üçün daha yaxındır, onda hər şeyi açıb ortaya tökmək üçün İskəndərin monoloquna bənzər bir çıxışa ehtiyac yaranır.
Cənab Avropalılar! İqtisadi ehtiyacınız sizi qovub Azərbaycana gətirəndə hər biriniz Azərbaycanın problemlərindən yanğı ilə danışırsınız. Yaxşı bu halda sizin hər biriniz bir məkan olaraq Azərbaycan xaricində, daha hansı mötəbər tribunadan Azərbaycanın problemlərini söyləmisiniz. İşdi əgər belə olmuş olsaydı bu vaxta qədər Qarabağ problemi öz həllini tapa bilməzdimi? Hər biriniz ayrılıqda Avropa birliyindən və beynəlxalq qurumlardan Azərbaycana haqsız mövqe tutmalarını gəlişi xoş sözlər kimi çatdırırsınız. Bəs Dünya Birliyi, Avropa İttifaqı kimdir? Elə sizlərin toplumu. Niyə tək-tək Azərbaycanın problemini söyləyə bilirsinizsə, bir yerdə olanda buna cəsarətinız çatmır? Axı bu özü də riyakarlığın təntənəsidir. Həm də belə mövqedə duran kimsə özünü ədalətli hesab edə bilməz. Çünki bu hərəkət riyakarlıq xaricində qəbul olunmur. Söhbət ayrıca olaraq Azərbaycandan deyil, haqsızlığa məruz qalan hər hansı bir toplumdan gedirsə, yenə münasibətiniz sabit qalacaq? Əgər sabit qalacaqsa bu yeni bir riyakarlıq, dəyişərsə isə başqa bir riyakarlıq kimi görünəcək.

Комментариев нет:

Отправить комментарий