Страницы

25.11.2011

Moskva birdən qurulmayıb


kapitalizmÜlvi Məmmədli      
Professional Oxucu Liqası

Pul yoxdursa, günün necə xoş keçəcək ki,- kapitalizmdir!

 Onu deyirdim axı. Bu yaxınlarda saytlardan biri dəyərli bir sorğu keçirmişdi. Sorğu çox maraqlı sual qoyulmuşdu. Belə idi: Bu il hansı arzunuzun reallaşmasını istərdiniz?
 Hə, cavablar içərisində say hesabına görə üçüncü yerdə Çoxlu pulum olsun variantı durur- 12,3 faiz, 546 nəfər. Başa düşülən istəkdir. Pul bütün qıfılların açarı olmasa da, pulsuzluq butun qapıların bağlanması deməkdir. Həm də bazar iqtisadiyyatında yaşayırıq axı. Bazarda da hələlik alqı-satqı, mübadilə üçün puldan üstün hələ nə isə icad eləməyiblər.

O gün bir politoloq deyir ki, ermənilər Qarabağın qiymətini desinlər, pulumuz var, gedək alaq. Deməli, torpaqların azad olunması, canın sağ olması üçün pulun əhəmiyyəti böyükdürsə, çoxlu pulu olmasını niyə də arzulamasınlar?!
 Sevgilimlə (ailəmlə) günlərim xoş keçsin: 430 (9.7%). Bu variant dördüncü yerdədir. Amma bir iş var ki, bu arzunun yerinə yetməsi üçün yuxarıdakı punktun həyata keçməsi zəruridir. Pul yoxdursa, günün necə xoş keçəcək ki? O vaxt deyirdilər ki, sevgilinlə daxma da saraydır. İndi belə variant keçmir. Kapitalizmdir.

 Səs verənlərdən 371 nəfər (8,4 %) arzu edir ki, Ailə qursun. Bəs niyə belə az? Elə təkcə "Toy olsun"a gələnlərin sayı bundan çoxdur ki. Görürsünüz, pul variantı ilə bağlı nə qədər problemlər var? Amma Moskva da birdən qurulmayıb ki, inşallah, bu il səs verən-verməyən, yaşı çatan bütün sevib-sevilənlər ailə qurarlar. Şadlıq evləri istənilən qədər, şou ulduzları göydəki ulduzlardan da çox. Yazıq toya dəvətlilər. Əcəb qarğış fikirləşiblər: Görüm sənə həftənin yeddi günü toy dəvətnaməsi gəlsin. Bu vurçatlasında 371 nəfər nədir ki?..
 Səs verənlərin 6,7 faizinin ev və maşına ehtiyacı var. 298 nəfər adam Ev və maşın alım variantına səs verib. Kifayət qədər maraqlı göstəricidir. Ya bundan əvvəlki variantlara ehtiyaclar daha çoxdur, onlar yerinə yetəndən sonra bunları istəyirlər, ya da qiymətlərlə maaşlar tərs mütənasib olduğu üçün xam xəyala düşənlərin sayı azdır. Yəni deyirsiniz evlənmək istəyən 371 nəfərdən 73 nəfərinin evi və maşını var ki, indi evlənmək arzusuna da düşüb? Mənə elə gəlir ki, ev və maşına ehtiyacı olanların sadəcə olaraq sorğuda iştirak eləməyə imkanları və ya vaxtları yoxdur. Arzunun çin olması üçün çalışmaq gərəkdir axı.
kapitalizm

Комментариев нет:

Отправить комментарий