Страницы

25.11.2011

Türk tarixi -2

II hissə: Mənim elim çinli paltarı geyinməz və Çin adətlərini qəbul etməz

 441-ci ildə Atilla bizansların Konstansa bağlaşmasına riayət etməmələri səbəbindən Trakiyaya tərəf ilk səfərinə başladı, lakin Rum dövlətinin vasitəçiliyi ilə bu səfəri dayandırdı. Bizans tarixçisi Priskosun yazdığına görə, savaş tanrısı Arəşin itmiş olan qılıncı bir hun çobanı tərəfindən tapılıbmış və Atillaya verilibmiş. Onun üçün, heç bir qüvvət Atillanın qarşısında dayana bilməzdi. Bu müəllif göstərir ki, həmin vaxtlar bütün jermenlər də Atillaya tabe olub, Şimal dənizi və Manş sahilinə qədər bütün yerlər Hun hakimiyyətinə girmişdi.  



  448-ci ildə Bizans imperatoru hundan qaçanları himayə etdiyinə və vergiləri vermədiyinə görə, Atilla ikinci səfərinə başladı və az müddətdə Bizans paytaxtını mühasirəyə aldı. Elə bu zamanda Bizans imperatoru tərəfindən keşiş Anatoliyus Atillaya barış xəbəri aparıb, barış bağlamağa müvafiq oldu. Bu barışın şərtlərinə görə, vergi üç bərabərə çıxıb, Dunay çayının güneyindəki Bizans torpaqlarının mühüm bir qismi hunlara verilir və ayrıca altı min librə (funt) qızıl savaş xəsarəti ödəniləcəkdi. Bizans imperatoru Teodozyus üçün veriləcək illik vergi (2100 librə qızıl) mümkün deyildi, ona görə Atillanı aradan aparmaq üçün plan qurmağa başladı. Bigilan bu işə məmur edilərək, tarixçi Priskosun daxil olduğu bir heyətdə Atillanın yanına göndərildi. Atilla heyətlə gələn Edekonun vasitəsilə sui-qəsddən xəbərdar oldu və qurduğu açıq məhkəmədə Bigilanı etirafa məcbur etdi.
 Atilla gələn nümayəndələrin heç birini cəzalandırmadı. O, Bzans imperatoruna həqarətaməz bir məktub yazdı. Məktubda belə yazdı: «Teodozyus Atilla kimi əsl bir atanın oğludur. Atilla atası Muncuqdan aldığı əsaləti mühafizə etmiş, lakin Teodozyus Atillanın vergi ödəyəni olmaqla, qul vəziyyətinə düşmüşdür. Teodozyus qulluq şərəfİni də qoruya bilməmişdir. Çünki ağası olan Atillanın canına qıymaq istəmişdir».
 İmperator təşvişə düşdü, üzr istəmək üçün tezliklə yeni bir heyət göndərdi. Bu heyət Macarıstanın mərkəzində Atillanın paytaxtına gəldi. Heyət Atillanı gözlədiklərindən daha sakit gördü, çünki bu zamanda onun siyasəti dəyişmiş və Ruma hücumun vaxtı çatmışdı.
 425-ci ildə Rum imperatorunun bacısı Honorya Atillaya nişan üzüyünü göndərdi. Atilla bu təklifin qəbulu ilə evlənmək cehizi olaraq imperatorluğun yarısını, yaxud ölkənin idarəsində şirkət və qarışmaq haqqını istədi. Rum impreratoru Valentin və baş komandan Aeitus bu təklifi rədd etdikləri üçün, Atilla iki yüz min nəfərlik ordusu ilə Rum dövlətinin müttəfiqi və hamisi olan Qalliyaya yürüş elədi. Atilla ordusunun yarısını hunlar, qalan yarısını isə tabe olan qövmlər təşkil edirdi. Atillanın ordusu Reyn çayını keçib, Qalliyaya girdi və Paris yaxınlığındakı Orlean şəhərinə gəldi. Bu zaman 200 min nəfərlik Rum ordusu da Aetiusun komandası ilə Atilla ordusunun qarşısına çıxıb, savaşa başladı. 24 saat çəkən bu savaşda hər iki tərəf ağır itki verdi (165 min nəfər) və sonra geri çəkildilər.
 Ertəsi il (452) Atilla yüz min atlı ilə Ruma tərəf hücum etdi və o günlər Rumun paytaxtı olan Ravenna şəhərini təhdid etdi. Rum imperatoru və senat vəhşətə düşdülər, hər nə bahasına olursa-olsun barış istədilər. Bunun üçün məşhur papa Leo ilə bir heyət göndərildi. Bu heyət Minsyo çayının Po çayına qovuşduğu yerdə ordugah qurmuş Atillanın yanına gəldi və ondan Rumu himayəsi altına almağını istədi. Atilla heyətin təklifini qəbul edib, ordusu ilə geri çəkildi və Sasanilərə hücum etməyi düşünərək dünya imperatoru olmaq arzusuna düşdü. Elə bu ərəfədə bir gecə (ehtimala görə toy gecəsi) burun və ağzından qan açılmasından öldü (453).
 Atillanın öümündən sonra xatunu Arıkkadan olan üç oğlu İlək, Dəniz və İrnək atalarının yerini tuta bilmədlər. İlək Ətrişdə yağı olan jermenlərlə savaşda öldü. Dəniz imperatorluğun birliyi üçün mübarizə edərkən bir bizanslı tərəfindən öldürüldü. İrnək isə ordusu ilə Qara dənizin qərb sahillərinə geri çəkildi.
 Bundan sonra hunlar qərbi və şərqi olaraq iki dəstəyə ayrıldılar: Azov dənizinin şimal-qərbində yaşayan kotriqurlar və daha şərqdə, Don çayının Qara dənizə tökülən hissəsində oturan otriqurlar. Bunlar Bizanslıların təhriki ilə bir-birlərilə mübarizə edib savaşmağa başladılar və nəhayət, VI əsrin ikinci yarısında avarların hücumu qarşısında məğlubiyyətə uğrayıb, onlara tabe oldular. Bundan sonra güney Rusiya çöllərinə avarlar hakim oldular.
 Atilla siyasəti Avropada dövlət quran indiki macarlar və bolqarların təşəkkülündə böyük rol oynamışdır.
*****
 GÖKTÜRKLƏR. Tarixdə ilk dəfə türk adı ilə dövlət quran türk elləri göktürklərdir. Göktürk elləri müstəqil dövlət qurmazdan əvvəl cuan-cuanlara bağlı idilər- 552-ci ildə göktürklərin Aşina ailəsindən olan başbuğu Bumın cuan-cuanları yenərək, istiqlalını elan etdi və Göktürk xaqanlığını qurdu. Göktürklər xaqanlıq qurmazdan əvvəl, yəni VI əsrin ilk yarısında Altay dağının şərqində və həmsərhəd yerlərdə (Yarkənd, Kaşar, Kovçə və b.) yaşayırdılar, əsasən dəmirçiliklə məşğul olub, cuan-cuanlara silah yayırdılar. Bumın xaqan olandan sonra qədim dövlət mərkəzi olan Otugeni paytaxt seçdi.
 Dövləti iki cinaha (şərq-qərb) bölmək qədim türk üsulundan gələn bir haldır. Ta qədimdən xalqımız qərblilər və şərqlilər adlı iki cinaha ayrılıb…
*****
 Bumın xaqan Qərb cinahının başına, istiqlal mübarizəsində onunla birlikdə çarpışmış kiçik qardaşı İstemi xanı seçib, həmin il də vəfat etdi. Şərqi Göktürk xaqanlığına isə Bumının oğlu Kolo seçildi, lakin tez öldüyü üçün burda qardaşı Mu xan rəhbər oldu (553).
 Mu xanın zamanında dövlət çox qüdrətləndi. Şərqdə xətənlər və quzeydə qırğızlar mərkəzi dövlətə tabe oldular. Mu xanın qızı Aşina Çin imperatoru Vuqi ilə evləndi (568).
 Bu zaman İstemi xan Sasanilər sülaləsindən olan İran şahı Ənuşirəvanla birləşərək eftaliləri aradan apardılar və onların hakimiyyət məntəqəsini öz aralarında bölüşdülər. Ceyhun çayının (Amu-Dərya) quzey qismi türklərə verildi və yenə ipək yolu türklərin əlinə düşdü. İstemi xanın qızı Ənuşirəvanla evlənərək İran məlikəsi oldu.
 572-ci ildə Mu xan öldü və qardaşı Tapo xaqan oldu (572-581). Bu zamanlar Çinin şimalı türklərə tabe idi və xaqan Çin impertorlarına «Oğlum» deyərək xitab edirdi. Tapo Tsi şahzadəsi ilə evləndi və Budda məzhəbinə keçdi. Bu məsələ türklər arasında ixtilafa səbəb oldu, türk qayda və ənənələrinin süstləşməsinə gətirib çıxardı. İmperatorluq zəyifləyib çökməyə başladı.
 Bizans tarixçilərinin yazdığına görə, Mu xan zamanında Göktürk imperatorluğu Mancuriyadan Qara dənzə qədər genişlənmişdi.
 İstemi xan öləndən sonra oğlu Tardu Qərbi Göktürk dövlətinin rəisi (yabğusu) oldu və bu zaman iki Göktürk dövlətinin cinahlarında ixtilaf və ayrılıq artdı.
 Tapo öləndən sonra isə Bumının nəvəsi İşbara şərq xaqanı oldu. Lakin Tardu onun hakimiyyətini tanımadı və bu tarixdən sonra iki cinah müstəqil oldu (582).
 İşbara bədbin olduğu üçün ətrafdakıları özündən uzaqlaşdırdı və o qədər zəif oldu ki, Çindən kömək diləyib bu dövlətin himayəsi altına girdi. Çin dövləti bu məsələdən faydalanıb, türklərdən Çin paltarı geymələrini və Çin dilində danışmalarını, Çin qayda-qanunlarının qəbulunu istədi. Türk xaqanı Çin imperatoruna yazdığı məktubda belə deyir: «Sizə bağlı qalacayıq, xərac verəcəyik və qiymətli atlar hədiyyə edəcəyik, amma dilimizi dəyişdirə bilmərik, dalğalanan saçlarımızı sizinki kimi kəsə bilmərik. Mənim elim çinli paltarı geyinməz və Çin adətlərini qəbul etməz. Mümkün deyil, çünki millət bu xüsusda çox həssasdır və döyünən tək bir ürək kimidir. İmperator Sui dünyanın həqiqi hakimidir. Göydə iki günəş olmadığına görə yerdə də iki şah ola bilməz».
 Xaqanın Çinə təslim olması ilə üsyan və qarışıqlar çoxaldı. Bu zamanda İşbara öldü (587), canişinləri Çulo və Tulan da vəziyyəti islah edə bilmədilər. Çünki Çin səfiri və türk xaqanlarının çinli arvadları daxildə qəsd və intriqa törədirdilər. Nəhayət, 630-cu ildə çinlilər tərəfindən məğlub edildilər və Çin imperatoru özünü rəsmən göktürklərin xaqanı elan etdi.
 582-ci ildə Tardu Qərbi hissənin istiqlalını bildirib, Şərqi hissəni də özünə tabe etmək istədi. Bunun üçün o, Çinə hücum etdi. Çinlilər onun qoşununun keçdiyi yolların sularına zəhər qatıb, Tardunun əsgərlərini zəhərləyib qırdılar. Bu səbəbdən Tardu geri çəkildi (600). O, Şərqi Göktürkün bir çox məntəqələrinədək irəliləyib, bir müddət imperatorluğu demək olar ki tamamilə ələ aldı və Bilge xaqan ləqəbini götürdü (Bilge- ağıl və fərasət sahibi mənasındadır).
 Tardu çox sərt və qaba olduğu üçün el arasında iğtişaşlara səbəb oldu və monqollarla savaşda itib getdi (603).
 Tardudan sonra üsyanlar artdı. 618-ci ildə Tardunun nəvəsi Tunk Yabğu xaqan olub, bir müddət vəziyyətə hakimlik etdi. Lakin bir müddət sonra Nuşiyi və Qarluq elləri üsyan elədlər. Bu üsyanlarda Şərqi Göktürk xaqanı Kiye-Linin əli vardı. Tunk Yabğu xaqanlığın qərb qanadı Tolular iligi (kiçik xaqanı və ya yabğusu) olan əmisi Baqaturla mücadilədə öldü (629). Ondan sonra Qərbi xaqanlıq parçalandı və Çin himayəsini qəbul etdi, nəhayət, 658-ci ildə Çin tərəfindən darmadağın edildi.

(Ardı var)                        http://profliqa.blogspot.com/

Комментариев нет:

Отправить комментарий