Aylar keçir,il dolanır,yeni nağıllar yaranır.Bu nağılların içindən ən gözəlin seçmişəm,sizə nağıl biçmişəm.
Böyük Qafqazın ən uca zirvəsində,daşdan yonulmuş balaca evdə bir nənə və nəvə yaşayırdı.Nənənin Sırsıra,nəvənin adı Sasaq idi.
Sasaq dağda yaşasa da soyuğa heç dözmür,tez-tez xəstələnirdi.Sırsıra nənə nəvəsinin dərdinə əlac tapmağa çalışırdı.Çox düşündü-daşındı və Sasağa isti gödəkcə toxumağı qərara aldı.Amma gödəkcəni elə sapla toxumalıydı ki,Sasaq heç vaxt nə üşüməsin,nə də ki,xəstələnməsin.
Nənənin belə sapı yox idi.Ona görə də dağdan enməli oldu.Uca-uca dağları,əyri-müyrüm daşları, şır-şır suları,sıra-sıra ağacları arxada qoyub, gəlib çıxdı bir kəndə.
Sırsıra nənə çox yorulmuşdu.Bir az dincəlmək üçün çömbəlib çayın kənarında oturdu.Günəşin şüaları nənəni rahat burağmırdı.Nənə ha tərəfdə otursa,günəş başının üstündə dayanırdı.Günəşə nə qədər bağmaq istəsədə baxa bilmirdi.Şüalar gözünü qamaşdırırdı.Sırsıra nənə həmdə çox istiləmişdir.Axı,günəşin sacaqları kəndin hər tərəfinə səpələnmişdir.
Birdən nənə gülümsədi.Sanki,axtardığını tapdı.O,ən hündür ağacın başına çığdı.Bir budaq qopardı.Günəşin yerə çatan ən uzun sacağından tutub budağa sarıdı.Günəşin sacağını sökdü,sonra dağa qayıtdı.Nəvəsinə sarı rəngli,göz qamaşdıran isti gödəkcə toxudu.
Günəş daha görünmürdü.Hava soyumuş,dağlardakı buz və qar örtüyü qalınlaşmışdı.
Sasaq artıq üşümürdü,amma harda otursa,hara dirsəklənib uzansa orada buzlar əriyib suya dönürdü.Bu nənəni çox narahat edirdi.O,bilirdi ki,az keçməyəcək yaxınlıqdakı kəndin çayı daşacaq.Camaat nənənin bəlasına düşəcək.
Sırsıra nənə Jaketidə Sasağıda götürüb dağdan kəndə endi.Yenə həmin hündür ağaca çıxıb sacaqları günəşə toxudu.O gündən nənə və nəvə dağın ətəyində məskən saldılar.Sırsıra nənə Sasağa yun sapdan gödəkcə toxudu.O,daha heç vaxt xəstələnmirdi.Bu nağılı oxumuram ki,mışıl-mışıl yatasan,oxuyuram ki,fikirləşib ağıllı yol tapasan.
Комментариев нет:
Отправить комментарий