Страницы

27.12.2011

Mahatma Qandinin aforizmləri


Dediklərinizə diqqət edin- taleyinizə çevrilər


• Heç kimə kirli ayaqları ilə beynimdə gəzmə imkanı vermərəm. 
• Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur.
• Əvvəl veclərinə almazlar, sonra lağa qoyarlar, sonra qısqanarlar və ən sonda məğlub olarlar.
• Zorakılıq etməmək inancımın birinci maddəsidir. Eyni zamanda o, etiqadımın da son maddəsidir.
• Qadın kişinin əsiri deyil; can yoldaşı, dəstəyi, talelərinin və sevinclərinin tam mənada ortağıdır.
• Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır.

• Bizi yox edə biləcəklər bunlardır: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; çabalamadan gələn var-dövlət; intellektual, ancaq xaraktersiz insanlar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı.
• Dediklərinizə diqqət edin, – fikrə çevrilər. Fikirlərinizə diqqət edin, - hisslərə çevrilər. Hisslərinizə diqqət edin, – davranışlarınıza çevrilər. Davranışınıza diqqət edin, – vərdişə çevrilər. Vərdişlərinizə diqqət edin, – dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin, – xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, – taleyinizə çevrilər. 
• Həqiqətən yatmış adamı oyatmaq olar. Vay o gündən ki, insan özünü yatmış kimi göstərə. Lap iki dünya bir ola, xeyri yoxdur.
• İnsan həyatının bir sahəsində haqsızlıq edib, digər sahəsində haqlı ola bilməz. Həyat bölünməz bir bütündür.
• Ədalətsiz rejimi ədalətlə yıxın. Alqışlar qarşısına qansız əllə çıxın. Sıxılmış yumruqlara əl uzatmayın. 
• Zəif insanlar bağışlamazlar. Bağışlamaq güclülərə xasdır.
• Siz öz əlinizlə təslim etməyincə, heç kim şəxsiyyətinizə olan hörməti əlinizdən ala bilməz.
• Sevgi hər zaman iztirab çəkər. Heç vaxt inciməz və intiqam almaz.
• Zorakılıq qarşı birləşən güc, əmin olun ki, insanın istehsal etdiyi bütün silahlardan daha üstündür. 
• Bizim ən böyük xəstəliyimiz axmaqlığımızdır.
• İnsan - əməllərinin cəmidir.
• Dünyada görmək istədiyiniz dəyişikliyi özünüz edin.
• Həqiqət bir daş qədər sərt, bir qönçə qədər də yumşaqdır.
• Sadə yaşa ki başqaları da var ola bilsinlər.
• Tanrı dualarımızı bizim düşüncəmizlə deyil, öz yolu ilə qiymətləndirir.
• Torpağı qazıb onu becərməyi unutmaq özümüzü unutmaq deməkdir.
• Axmaqlığın gözü pərdəlidir.
• Sevginin olduğu hər yerdə həyat var.
• İnsanlıqdan daha qüsursuz hansı kitab var ki?!
• Düzgün, təmiz və şərəfli olmaq üçün pula ehtiyacımız yoxdur. 
• Əgər həqiqətən də eşidən qulaqlara sahibiksə, Tanrı bizə öz dilimizlə səslənəcək.
• Gözə-göz, dişə-diş, düşüncəsi bütün dünyanı kor edəcək.
• Güc fiziki böyüklükdən deyil, boyun əyməyən iradədən gəlir. 
• Azadlıq heç vaxt “hər istədiyini etmə icazəsi” anlamını daşımayıb. 
• Hər səhər oyananda özümə belə bir söz verirəm: Dünyada vicdanımdan başqa heç kimdən qorxmayacam. Heç kimin haqsızlığına boyun əyməyəcəm. Ədalətsizliyi ədalətlə yıxacam və bütün mövcudiyyətimlə onun müqavimətinə cavab verəcəm. 
• Düşüncəyə qıfıl vurmaq, beynə qıfıl vurmaq kimidir. Bu isə küləyin qarşısını kəsməkdən də çətindir.
• Bu dünyada o qədər ac yaşayan insan var ki, Tanrı onlara bir parça çörək simasında görünür.
• Dinlər eyni nöqtədə birləşən fərqli yollardır. Eyni məqsədə doğru gediriksə, yolları ayırmağın nə əhəmiyyəti var ki?!

Günel ƏSGƏRZADƏ        kulis.az

Комментариев нет:

Отправить комментарий