Страницы

31.12.2011

Naxçıvan siyasətçilərinin növbəti tarix formalaşdırmaq cəhdləri

Azərbaycanda ADP adlı partiya var, onun barmaqla sayılan üzvləri və möhtəşəm qərərgahı da var. Sədri, sədr aparatı bəlkə elə bütün üzvləri də naxçıvanlılardan ibarətdir. Azərbaycanda BXCP, BQP- da var. Onların da məhdud sayda üzvləri, nöhtəşəm qərərgahları var. Sədrləri də əvvəlkilər kimi naxşıvanlılardır və onlar hətta saxta seçkilərdən şərəflə çıxaraq mill məclisdə əyləşiblər. DSK və seçki məntəqələrdəki nümayəndələri də YAP tərəfindən təyin olunan kimsələrdir. Azərbaycanda siyasi hakimiyyət də var, 40 ildən artıqdır ki, bu ölkəni çapıb talayırlar, milləti regionlara, rayonlulara, etniklərə , etnoslara bölüb bir birlərinə qırdırırlar. Bu hakimiyyətin də 90-95%-i nəxçıvanlılardan ibarətdir. Ancaq Azərbaycanda AXCP, "Müsavat” adında partiyalar da var ki, on minlərlə üzvləri var, sədrləri naxçıvanlı deyil, qərərgahları yoxdur, nəinki MSK və DSK -lara heç məntəqələrə də buraxılmırlar. Qalırsan mat-məətəl.


Bu sözləri deyənə "ölkəni parçalayanlar” adını qoyub elə gözüm-çıxdıya salırlar ki, kimliyin də yadından çıxır. İndi bu naxçıvanlı qardaşlarımızın həm hakimiyyətdə olanları, həm də müxalifətdə olanları yeni tarix yazmağa başlayıblar, yaxud da bu sahəyə yaman girişmişlər. Prezidentimiz ölkənin anoloqu olmayan inkişaf sürəti ilə getdiyi, dünya iqtisadi böhranına Berlin divarı çəkdiyi ilə tarix yazır, müxalifət isə İran Azərbaycanını özünə birləşdirməyin ikinci mərhələsinə başlamağıyla. 

25 dekabr 2011-ci ildə ADP-nin qərərgahında "SƏRHƏD HƏRƏKATINDAN MİLLİ BİRLİYƏ DOĞRU” adlı tədbir keçidilib. Tədbirdə müxalifət partiyalarının funksionerləri, QHT rəhbərləri və media nümayəndələrinin iştirak etdikləri bildirilir. İçtimai Palatanın üzvü İbrahim İbrahimlinin sədrliyi və təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər "Sərhəd hərəkatı”nın mahiyyəti haqqında çıxışlar ediblər. İbrahim İbrahimli hərəkatın şər imperiyasının çökməsində böyük rol oynadığını vurğulayıb. O qeyd edib ki, "Sərhəd hərəkatı” müstəqilliyə qovuşmaq üçün stimul olub. Daha sonra tədbirdə çıxış edənlər Naxçıvandakı vəziyyətlə bağlı geniş danışıblar. 

Gəlin görək bu "Sərhəd hərəkatı” deyilən qəhrəmanlıq nə olan şeydir ki, hətta milli birlik belə yarada bilib: Əvvəla, ondan başlayaq ki, ermənilərin Qarabağı Ermənistana birləşdirmək cəhdləri gücləndikcə və Moskva hakimiyyətinin buna aşıq dəstəyi göründükcə, Azərbaycan hakimiyyətinin geri çəkilməsi xalqda təəssübkeşlik və yerli hakimiyyətlərə nifrət hisslərini gücləndirirdi. Ardıcıl olaraq bütün ölkədə nizamsız etiraz tədbirləri keçirilməkdəydi. Müqavimət hərəkatını nizamlayan qüvvələr isə bir birlərini qırmaqla məşğul idilər. AXC İdarə Heyətində hər bir üzv özünü lider kimi təqdim edir, rayon şöbələrinə bu heyət adından əmr, göstəriş və təlimatlar verirdi. 15 nəfərlik AXC İdarə Heyəti 15 sədr kimi çıxış edirdi. Bu elə bir nifaq idi ki, barışın iyi belə gəlmirdi. Nifaqın əsas baiskarları da elə naxçıvanlı cəbhəçilər idi. Bəlkə birlik yaranar deyə Yusif Səmədoğlu Elçibəyin xeyrinə namizədliyini geri götürdü. Lakin, birlik AXC dağıdılana qədər (1996-97-cı illərə qədər) baş tutmadı ki, tutmadı. Erəməni və Ermənistan iddialarına qarşı konturlar hər rayonda, hər regionda yerli cəbhəçilərin qərarları ilə və ya AXC İH-nin hansısa bir üzvünin əmri ilə həyata keçirilirdi. 

Lənkəranda yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin xüsusi tələblərlə dondurulması və könüllü hərbi dəstələrinin yaradılmasına başlanması, Naxçıvanda İranla sərhəd dirəklərinin sökülməsi, Cəlilabadda və Şəkidə birinci katiblərin qovulması, Tərtərdə, Gəncədə, Neftçalada və s. rayonlarda fərqli aksiyaların keçirilməsi belə hadisələrdən idi. Lakin bütün bu aksiyalardan mahiyyəti, mənası, xeyri və şəri anlaşılmayan, məğzində səbatsızlıqdan başqa heç nə durmayanı İranla sərhəd dirəklərinin sökülməsi idi. Düşmən silahlanıb, kəndləri, qəsəbələrı dağıda-dağıda, əhalinin qanını tökə-tökə gəlir, müqavimət göstərməli olan tərəfdə ov tüfəngləri belə yox. Naxçıvandasa 100-150 nəfər bir yerə toplaşıb İranla sərhəd dirəklərini sökürlər. Adını da qoyublar milli azadlıq hərəkatı və ya milli birliyə gedən yol. Afərin sizlərin kəramətinə.

AXC İH-də gedən destruktiv çəkişmələr Lənkəran cəbhəçilərini də müstəqil qərarlarla hərəkət etmək məcburiyyətində qoyurdu. Lakin, burada bütün qərarlar İdarə Heyətində qəbul olunmadan həyata keçirilə bilməzdi. Naxşıvanda sərhədlərin sökülməsinə dəstək olsun deyə AXC idarə heyətinin fəal bir üzvü tərəfindən bizə də göstəriş gəlmişdi ki, Astarada İranla sərhədlərin sökülməsinə təşəbbüs göstərək. Təcili, İdarə Heyətinin yığıncağı çağırıldı və müzakirələrdən sonra qərar qəbul edildi ki, mövcud vəziyyətdə - Qarabağdakı erməni saqqallılarını dayandırmaq üçün oradakı Azərbaycan kəndlərini silahla təmin edək və kəndlərə silahli könüllülər göndərmək daha məqsədəuyğundur. Sərhəd dirəklərinin sökülməsi müstəqillik uğrunda mübarizəyə zərbədir, milli xəyanətdir və bu Moskva hakimiyyətini erməniləri daha çox müdafiə etməyə sövq edə bilər. Bir qədər sonra isə biz İran azərbaycanlıları ilə sərhəddin hər iki tərəfində eyni vaxtda həmrəylik mitinqləri keçirdik. Bu tədbirdə Hatəmi Təntəkin də partiyadaşları ilə iştirak edib. 

İndi üstündən 20 il keçəndən sonra Naxçıvan sərhədlərində həyata keçirilmiş təxribatları, milli azadlıq, milli oyanış və s. adlarla millətə qəhrəmanlıq dastanı kimi sırımaq istəyirlər. Bütün bunlar azmış kimi İbrahim İbrahimli çıxışında bildirir ki, sərhəd dirəklərinin sökülməsinə Cəlilabad və Lənkəranda da başlamışdılar. İbrahim bəy, bu boyda yalan olmaz axı. Bu lap Prezidentimizin anoloqu olmayan iqtisadi inkişafına bənzədi. İnciməsəydiniz bir həqiqəti də əlavə edərdim: Naxçıxanlılar bütün ölkəni də belə YALAN siyasəti ilə idarə etdiklərindən bu gündəyik. 

İndi gəlin bəzi detallara varaq: Görəsən müstəqil dövlət qurmaq iddiasında olanlar ölkənin Qarabağla tamam əks istiqamətində yerləşən Naxşıvanda sərhədləri niyə dağıdırdılar? Silaha sarınıb Qarabağa getmək əvəzinə İranla sərhədləri niyə sökürdülər? Oradan ki, təhlükə yox, dəstək var idi. Bəlkə iranlı soydaşlarımızdan silah alıb gətirmək istəyirdilər. Dəqiqdir ki, heç quş tüfəngi də gətirmədilər. Bəs onda nədən sökürdünüz bu dirəkləri ermənilər millətinizi muş kimi qırdıqları günlərdə? 

Millət sizə dəstək verdimi, bu hərəkətlərinizə görə hansısa qarabağlıdan, bakılıdan, şəkilidən, lənkəranlıdan, gəncəlidən dəstək aldınızmı? Özünüzdən özünüzə dəstək olanlardan xəbərim olmasa da, dəqiq deyə bilərəm ki, millətdən dəstək almadınız. Hamı sislərin bu hərəkətlərinizi "təxribat” adlandırırdı. 

"O zaman Azərbaycanda böyük bir xalq hərəkatı baş verdi. Milli-azadlıq hərəkatı, sovet imperiyasına qarşı mübarizədə ön sırada olan fədakar insanları bir araya gətirdi. İki imperiya arasında qurulmuş sərhədlər söküldü”. –deyir- İbrahim İbrahimli. İşğalçı ilə üz-üzə qalan, ordusu, silahı, silahlı birləşmələri olmayan millətə imperiyadan əvvəl işğalşıdan xilas olmaq lazım deyildimi İbrahim bəy? İndi, o hadisələrin üstündən 20 il keçib. Yeni bir tarix yazırsınız. Bəlkə də daha 20 il ötəndən sonra həqiqətə oxşar görünəcək bu dedikləriniz. Ancaq mənim kimi bir çoxları var ki, o hadisələrin iştirakçıları olublar. Heç olmasa, onları güldürmə. Bu, "milli birlikdən” danışan sizlərin özbaşınalıqlarının, öz aranızda belə konkret nəticələrə gələ bilməməyinizin nəticələri idi. Nemət kimi Allaha bəndəliyi belə özünə layiq bilməyən, sağına-soluna, arxasına-qarşısına meydan oxuyan avanturistin özbaşınalıqlarının nəticəsi idi, sizlərin silaha sarılmaq əvəzinə sərhəd dirəklərini sökməyiniz. Nəyə nail oldunuz, İran "imperiyası”nın yanından yel olub keçə bilmədiniz, sökdüyünüz sərdəd dirəkləri də elə özlərinizə yenidən basdırıldı, Sovet imperiyası rahatca öz canını verdi (bu cür təxribatların təsiri olmadan), torpaqlarımız da 20%-ə qədər işğal olundu, demokratiyadan da əsər-əlamət yox. İndi də xalqa müraciət edib mübarizənin ikinci mərhələsinin davam etdiyini elan edəcəksiniz. Əgər bu müraciətiniz də "sərhəd hərəkatına” bənzəyəcəksə deməli, itirilmiş torpaqlar rəsmiləşdiriləcək və millət ikinci Heydərin gəlişini gözləyəcək. Yəqin ki, oxumusan: ”Mən prezident gəlini olmuşam, prezident xanımıyam, prezident anası da olacağam” deyib birinci xanımımız. 

Naxçıvanlıların milli bayrağı ilk olaraq qaldırması iddiaları da gündəmdədir. Guya ki, bu bayraq ilk dəfə 89-da Naxçıvanda qaldırılıb. Heç olmasa bir dəfə böyük torpağa nəzər salsanız bunun belə olmadığını görərsiniz. Lakin nəzər salmırsınız, bəlkə də səhv edirəm artıq bilirsiniz ki, Azərbaycanın milli bayrağı 1988-ci illərdə ilk dəfə hansı şəhərdə dalğalanıb. Bu yerliçilik hissləri içinizə o qədər diffuziya edib ki, demək istəmirsiniz. Hər halda eybi yox, Naxçıvan da bizimdir. Nə qədər istəyirsiniz bildiklərinizi yerliçilik süzgəcindən keçirib ifadələndirin. Bizə fərq etməz.

Hüseynqulu Məmmədli, Lənkəran şəhəri, 26.12.11

Комментариев нет:

Отправить комментарий