Страницы

31.12.2011

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?

Bir müddət əvvəl Azərbaycan Respublikası prezidenti administrasiyasının başçısıRamiz Mehdiyev yerli KİV-dən birinə müsahibə verərək son vaxtlar geniş müzakirə predmeti olan bir sıra məsələlərə toxunmuşdur. Onlardan biri də ölkənin köklü xalqlarıla bağlı məsələdir ki, Ramiz Mehdiyev onları artıq tarixin arxivinə göndərdiyini iddia edir.  Ölkə prezidenti administrasiyası başçısının belə münasibəti təəccüb döğurucudur. Bunula əlaqədar olaraq ТалышИнфо İnformasiya Agentliyi Talış Diasporu təşkilatının prezidenti İsmail Şabanova muraciət etmişdir. Məsələ ilə əlaqədar İsmail Şabanov bildirmişdir: 

Ramiz  Ənvər oğlu Mehdiyev "Bakinskiy raboçiy”  qəzetində dərc etdirdiyi müsahibəsində millətlərarası münasibətlərdə yenilməz qüvvə sahibi olan arbitır rolunu üzərinə götürərək, məmləkətin köklü xalqlarını artıq tarixin arxivinə verməsini və yeni bir "azərbaycanlı” adlanan millətin formalaşmasını qələmə verən "həqiqət”i icad etmək istəmişdir. Maraqlı orasıdır ki, Mehdiyev burdaca turk etnosunun Azərbaycanın digər etnosları üzərindəki böyük bir üstünlüynu xüsusi qeyd edir. Deməli Mehdiyev məntiqinə görə, türk çoxluğundan başqa Azərbaycanda yaşayan bütün xalqlar azərbaycanlıdırlar, amma milli dirçəlişə hüquq isə yalnız türklərə məxsusdur. R.Ə.Mehdiyevin elə bu bəyənatı özü-özlüyündə Azərbaycanda qeyri-türk xalqların mövcüdlüğünun tanınmasını göstərir.

Bildiyimiz kimi Azərbaycanın panturkist mətbuatı daim və ardıcıl olaraq Azərbaycana heç bir aidiyyəti olmayan uyqur, qaqauz, irak turkmənləri və digər türkdilli xalqlara kömək edilməsinin zəruriliyindən yazaraq, dövləti həmin xalqlara, onların vahid türk dünyasına mənsubluğuna görə, maddi və mənəvi dəstək verməyə çağırır. Çoxdan tarixin arxivinə  göndərilmiş Osmanlı imperiyası özülə bərabər bütün türkdilli xalqları birləşdirilməsini nəzərdə tutan, yəni panturkizm ideyasını da aparmışdır. Maraqlı orasıdır ki, prezident administrasiyasının başçısı R.Ə.Mehdiyev həmən o xalqları heç də dəfn etmək istəmir, bununla bərabər  Cənubi Qafqazın köklü xalqlarından, o cümlədən talışlardan, ləzgilərdən ciddi cəhdlə qurtulmağa hazırlaşır. Əgər bu gün Stalin sağ olsaydı, çox həsədlə R.Mehdiyevi qisqanardı. Ona görə ki, hətta qüdrətli "xalqlar atası”na belə yeni sosialist milləti düzəltmək xoşbəxtliyi nəsib olmadı və onun bu istiqamətdəki planları kağız evləri kimi dərhal dağıldı. 

Nə qədər qabaqcıl hüquqi dövlət kimi göstərilməyə cəhd edilsə də, və bundan ötrü saysız-hesabsız vəsaitlər xərclənsə də, Azərbaycan bütün beynəlxalq hesabat və məlumatlarda xüsusən insan hüquqları və xalqlar hüququ sahəsində dünyanın ən totalitar və antidemokratik ölkələr siyahısında liderdir.  Belə təəssurat yaranır ki, Azərbaycan siyasiləri ciddi-cəhdlə ölkədə türk çoxluğu olmadan hamını türk göstərmək görüntüsünü yaratmaq istəyir. Əks təqdirdə aldadılmasını çox gözəl dərk edən ölkə vətəndaşlarının bu şəkildə sıxışdırılması başa düşülən deyil.  Onlar kimə inanmalı, öz gözlərinə, yoxsa, keçmiş Sovet Azərbaycanın və indiki müstəqil Azəbaycanın baş ideoloquna?

Başa düşülən deyil ki, Ramiz Mehdiyev kimi təcrübəli siyasətçi həqiqətən də bir qələm çəkməklə minillik tarixə malik olan etnosların dəfn edilməsinə inanır.  Onun özü-özünü aldatmasını belə müşahidə etmək çox qəribə görünür. Məgər sözügedən material milli məsələdə əsil voluntarizimdən, projektorçuluqdan və avantürizdən xəbər vermir? Müasir dünyada heç kimin kütlələrin şuruna təsir etmək və onların beyninə yeridilmək üçün mənasız ideyaları yaymaq üzərində monopolyası yoxdur və  bunların hamısı geriyə yolu olmadan tarixdə qalmışdır. Heç bir başdan yuxarı tullanmaq kimi cəhdlər avtoritar-totalitar üsul idarəni saxlamaq üçün ugurlu ola bilməz, bütün planeti əhatə edən proseslə mubarizə aparmaq və ona müqavimət göstərmək qeyri-mümkündür. Mən Azərbaycan hökümətini və o cümlədən Ramiz Mehdiyevi Azərbaycanda, MDB məkanında və bütün dünyada gedən proseslərə real qiymət verməyə və adekbat addımlar atmağa, cəmiyyətə, ölkə vətəndaşlarına, hakimiyyətə dəyərli olmayan və həyatə keçirilməsi qeyri-mümkün olan layihələri bir tərəfə atmağa  çağırıram.

Dövrü mətbuatdan çapedilmiş çoxsaylı məqalələrimdə, radio və televiziya çıxışlarımda mən dəfələrlə diqqəti xalqların qorunub saxlanılmasının vacibliyinə və dialoq mədəniyyətinin dəstəklənməsinə yönəltmişəm. İnsan svilizasiyasının inkişaf imkanı yalnız belə konstruktiv əsaslar üzərində mümkündür. Belə ki, hər bir xalq dünya mədəniyyəti irsinə özünün təkrarolunmaz mənəvi təcrübəsini ötürür ki, bu da dünyanı zənginləşdirərək, ona mədəni müxtəliflik verir.   

Комментариев нет:

Отправить комментарий