Страницы

31.12.2011

Türk və talış


Bakıda "erməni qəbiristanlığı"nı uçurulub dağıdılanda (2006-ci il) hökumətinin bu vəhşiliyinə "faşizm" adı verənlər az olmadı. Açığı hökumətin etdiklərinin qarşılığında ona yapışan ittiham idi.

Ancaq çox keçmədi 2007-ci ildə hökumət məşhur "Bibiheybət” qəbiristanlığının bir hissəsini yerlə bir etdi, ordan keçənlər yollara səpilən müsəlman övladlarının kəllə, qol, qıç sümüklərinə günlərlə şahid oldular.

17 dekabr 2011. Azərbaycan hakimiyyəti türmədə ölümünə bais olduğu talış xalqının öndəgedən alimi Novruzəli Məmmədovun ruhuna savaş açır; onun  əmlakı müsadirə olunur. İnternetdə bu kardlar yayılır, talış dostlarım xüsusən övkələnir. Bilirəm ki, çox vaxt dilə gətirməsələr də onların bəzisində milli kimliklərinə görə zülmə tuş gəldikləri barədə düşüncə var.

Cəmi bir gün ötür: Azərbaycan hakimiyyəti günahsız yerə məhbəsə atdığı türk millətçisi Tural Abbaslının evini vandalcasına uçurur, onun əzizlərinə fiziki zorakılıq göstərir...

Mənə belə gəlir ki, sadaladığım 4 fakt bizə öz müsibətimlərimizi anlamağa aydın dəlillərdir. Azərbaycan hökuməti balans siyasətini nədə də imitasiya etsə də, zülm məsələsində ona tam riyyət edir.
 
Bu ölkənin talışı qədər türkü, türkü qədər ləzgisi, tatı, kürdü, saxuru Əliyev adlı bəlanın qurbanlarıdır. Xülasə, mənə görə bizdə Azərbaycanın entik çoxluğu türklərin "ölkəni kürdlər edir, ona görə bu gündəyik”, etnik azlıqların "ölkədə türk hegemonluğu var ona görə bu haldayıq” düşüncəsi bizi demokratiya, firavanlıq, qardaşlıq uğurunda apardığımız mübarizənin önünə tullanılan böyük kötükdür. 

Kötük özü bilər, heç olmaya biz kötük olmayaq.

Natiq  Ədilov,
http://natig-adilov.blogspot.com

Комментариев нет:

Отправить комментарий