Страницы

02.12.2011

Vəhhabiliyin tarixi -3


Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir

Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır

 Məhəmməd-İbn-Əbdül-Vəhhab vəhhabiliyin bünövrəsini qoyaraq müsəlmanları küfrdə inttihamlandırıb onlara qarşı müharibə elan etdi. Onun təhriki ilə Nəcdin səhra sakinləri İbn Səuda yardım göstərib ordu təşkil etdilər və sonra müsəlman sakinli şəhərlərə hücum edib qətliamlar törədərək müsəlmanların əmlakını qənimət adı ilə mənimsədilər.

 Məhəmməd-İbn-Əbdül-Vəhhab nəinki şiə müsəlmanları, həm də bəzi sünni alimlərini kafir adlandırdı. Misal üçün, özünü Hənbəli məzhəbinin tərəfdarı saydığı halda bu firqənin banisi Əhməd-İbn-Hənbəlini kafir adlandırdı. Əhməd-İbn-Hənbəl İmam Hüseynin ziyarəti barəsində kitabında yazmışdı, halbuki Əbdül-Vəhhabın nəzərində mütəbər məkanlar və məsumların ziyarətinə getmək küfr sayılır və zəvvarları qətliam edib mallarını qarət etmək caizdir. Məhəmməd-İbn-Əbdül-Vəhab kor təəssübkeşliyə malik olan bir firqəni Məhəmməd-İbn-Səudun əməkdaşlığı ilə təşkil etdi. Hədə-qorxu və qətliam yolları ilə vəhhabilik əqidələrini rəvac verməyə cəhd göstərdi.
 Əlbəttə onun əqidəsi elə əvvəldən İslam üləması üçün qəbul olunası deyil idi. Hicazın məşhur alimlərindən Seyid Əhməd-İbn-Zeyni Dəhlan, Xilasətül-Kəlam kitabında yazır: 1165-ci hicri qəməri ili Məhəmməd-İbn-Əbdül-Vəhhabin dövründə bəzi vəhhabi alimləri Nəcddən Məkkəyə gedib Məkkə alimləri ilə mübahisə etdilər. Vəhhabi alimlərinin əqidələri heç bir vəchlə Məkkə üləması tərəfindən qəbul olunası deyil idi, çünki Peyğəmbərin sözləri və Quran ayələri ilə ziddiyyət daşıyırdı. Məkkə alimləri vəhhabilərin əqidələrini əsassız saydılar və Məkkə hökmdarları vəhhabi üləmanın həbs edilməsinə əmr verdi.
 Bu hadisə 1195 hicri qəməri ili, yəni 1781 milad ilində başqa cür baş verdi. Ali-Səud və vəhhabilik firqəsinin bazası olan Deriyə şəhərinin vəhhabi alimləri Məkkəyə gedib yeni tövhidləri barəsində danışdılar: Nəhayət, Məkkə alimləri vəhhabi alimlərin kafir və dinsizliyinə qərar çıxarıb onların Allah evini ziyarət etmələrinə qadağa qoydular.
 Amma nə üçün vəhhabilər əqidələrini ortaya qoymaq üçün Məkkəyə gedirdilər? Məkkə şəhəri ən əhəmiyyətli müqəddəs islami məkandır. Vəhhabilər də bunu düşünüb Məkkəni işğal edərək əqidələrini təbliğ etmək istəyirdilər.
 Bu arada Məhəmməd-İbn-Səud Məhəmməd İbn Əbdül-Vəhhabla tanış olmazdan qabaq kiçik Onəyzə qəbiləsinin şeyx idi. O Əbdül-Vəhhaba qoşulandan sonra get-gedə gücləndi və Nəcd məntəqəsinin şəhərlərinə hücum edib qarətə başladı. Məhəmməd-İbn-Səud 30 il Nəcdə hakimiyyət etdikdən sonra öldü və onun oğlu Əbdüləziz yerini tutdu. Əbdüləziz vaxtı ilə atası ilə birgə Məhəmməd İbn Əbdüll-Vəhhabla əhd-peyman bağlamışdı. O Məhəmməd-İbn-Əbdül-Vəhhabin himayəsi ilə Ərəbistan ərazisinin böyük bir hissəsini nəzarətinə aldı. Məhəmməd-İbn-Əbdül-Vəhhab 1793-cü milad ilində 96 yaşında öldü və ondan sonra oğlanları, nəvələri vəhhabilik əqidəsinə rəvac verdilər.
 Vəhhabilik əqidələrini qeydə alan Əbdül-lətif onun övladlarındandır. Əbdül-Vəhhabın övladları öz yazılarında onun azğın və pozğun əqidələrini nəşr etdilər.
 Vəhhabilərin törətdikləri ən ağır faciələrdən biri 1801-ci milad ilində baş verib. Bu zaman Məhəmməd İbn Səud vəhhabinin övladlarından olan Səud-İbn Əbdüləziz Nəcd əhalisindən 20 min döyüşçünü səfərbər edib Kərbəlaya hücum etdi. Kərbəla şəhəri o vaxtlar çox məşhur möhtəşəm şəhər idi və iranlı, türk və ərəb zəvvarlar İmam Hüseyn ziyarəti üçün bu müqəddəs şəhərə səfər edirdilər. Səud Kərbəla sakinləri, müdafiəçiləri və zəvvarlarını kafir adlandırıb faciəvi şəkildə onları qətliam etdi. Çox az sayda insan faciədən canını qurtara bildi. Tarixi mənbələr göstərir ki, vəhhabilər ən azı 5 min nəfəri ağır vəziyyətlə qətlə yetirmişlər. Səudun yayınmış və kobud hərbçiləri hətta İmam Hüseyn məzarını da dağıtdılar, zərihi qoparıb bütün qızıl və gümüşləri qarət etdilər. Kərbəla faciəsi islam dünyasında geniş əks-səda doğurdu və vəhhabilərə qarşı çoxlu etirazlar olub şairlər bu barədə şeirlər dedilər.
 Vəhhabilər 12 il müddətində vaxtaşırı Kərbəla və Nəcəf şəhərlərinə hücum edib onları qarət edirdilər.
İraq sakini məşhur dini alimlərdən olan Əllamə Seyid Cavad Amoli o zaman yaşıyırmış. O vəhhabilərin Kərbəlaya hücumu barəsində yazır: Səud 1216-cı hicri qəməri (1801 milad ili) il Hüseyn(ə)-ın hərəminə hücum etdi. O bir çox kişi və uşağı öldürdü, mallarını qarət etdi, hərəmdə bacardığı qədər fəsad və vandallıq törətdi.
 Vəhhabilərin Kərbəla cinayəti nifrət dalğalarını ucaltdı belə ki, bir nəfər şiə 1218 hicri qəməri ilində Səudun 83 yaşlı atasını öldürdü. Səud döyüşçüləri 1805-ci milad ilində müqəddəs Nəcəf şəhərinə hücum etdilər, amma İmam Əlinin məzarını özündə yerləşdirən bu şəhər əhalisinin misilsiz müdafiəsi nəticəsində geri çəkilmək məcburiyyətində qaldılar. Yazılanlara görə əhali və dini elmlər tələbələri, habelə Əllamə Kaşif -ül-Ğəta gecə-gündüz şəhəri müdafiə etdilər. Bu mücahid aləmin evi silah anbarına çevrildi. Səud qüvvələrinin bu hücumda sayı 15 min nəfər idi.
 Nəcdli tarixçi İbn Boşr yazıb: 1220-ci hicri qəməri ilində Səud güclü bir qoşunla müqəddəs Nəcəf şəhərinə tərəf yollandı. Qoşun Nəcəf şəhərinə çatanda dərin bir xəndəklə üzləşdilər. Onlar bu xəndəkdən keçə bilmədilər. Vəhhabilərin bəzisi də atılan oxlara tuş gəlib öldülər və qalanları geri çəkilib ətrafdakı kəndləri qarət etdilər.
 Vəhhabi firqəsinin rəhbərləri və müridləri zahirdə əsil islama qayıdış şüarını səsləndirərək bir çox günahsız müsəlmanı qətliam.

  (Ardı var)                  http://profliqa.blogspot.com/

1 комментарий:

  1. Этот комментарий был удален администратором блога.

    ОтветитьУдалить