Страницы

09.12.2011

Vəhhabiliyin tarixi -4


Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir

Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır

 Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır. Elə əvvəldən Məhəmməd İbni Əbd-ül-Vəhhab, Məhəmməd İbni Səudla vəhhabiliyi yaymaq üçün əhd-peyman bağlayıb ətraf məntəqələrə hücum edərək müsəlmanları qırğın etməyə başladılar. Onlardan sonra oğlanları bu yolu davam etdirdilər .
Məhəmməd İbni Əbd-ül-Vəhabın uşaqları vəhhabiliyi təbliğ edib, Məhəmməd İbni Səudun uşaqları vəhhabi alimlərinin fitvalarına əsasən insanları qırğın, əraziləri işğal edərək vəhhabiliyi geniş şəkildə yaydılar. Bu istiqamətdə Məhəmməd İbni Səudun oğlu Əbdüləzizin gözə çarpacaq rolu olmuşdur.

O geniş və kütləvi qırğınlar, qorxu atmosferi yaradaraq vəhhabiliyə çoxlu xidmətlər etmişdir. Əbdüləziz oğlu Səudla bərabər müqəddəs şəhərlərdə qətliam törədib məzhəbi simvolları olan müqəddəs abidələri yerlə yeksan etdilər. Onlar müqəddəs Kərbəla şəhərini viran edib İmam Hüseynin məzarına hücum etməkdən sonra İslamın ən əhəmiyyətli bazası olan Məkkə şəhərini işğal etməyə çalışdılar.
 Müsəlman mütəfəkkirlərin çoxu bu qənaətdədirlər ki, Əbdüləziz və oğlu Səudun sərt zorakılıqları olmasa idi, nəinki Ali Səudun hakimiyyəti davam etməzdi, həm də vəhhabiliyə rəvac verilməzdi. Onların sərəncamı ilə şiə və ya sünni olduğundan asılı olmayaraq, hər bir qeyri-vəhhabi müsəlmanın qanının tökülməsi, malı və namusu vəhhabilərə halal sayılır.
 Neftin kəşf edilməsi zamanına qədər Ali Səudun ordu xərcləri büdcəsi müsəlmanları qarət etməklə təmin olunurdu. Ərəbistanda Əbdüləziz və oğlu Səuda şöhrət qazandıran hadisə onların Məkkə, Mədinə və Taifi işğal etmələri olmuşdur. Onlar bu şəhərlərə hücum edərək Əhli-Beytin məzarlarını dağıdıb vəhhabiliyin dar-düşüncəli qanunlarını icra etdilər.
Vəhhabilər müqəddəs Kərbəla şəhərlərinə hücumdan sonra 1802-ci milad ili Hicazın Taif şəhərinə hücum etdilər. Əbd-ül-Əzizin hakimiyyəti vaxtı oğlu Səudun başçılığı ilə həyata keçirilən bu hücum vəhhabilərin ən kobud və zorakı hücumlarından sayılır .
 Məşhur İraqlı şair və mütəfəkkir Cəmil Sedqi Zəhavi bu hadisə barəsində yazıb: Vəhhabilərin ən çirkin işlərindən biri taif əhalisini qətliam etmələridir. Onlar hətta anasının qucağında olan südəmər uşağın başını kəsdilər. Onlar Quran Kərim və sünnilərin Səhih Boxari kimi dəyərli kitablarını ayaq altında tapdaladılar. .
 Vəhhabilər Taif əhalisini qətliam edəndən sonra Məkkə üləmalarına məktub göndərib onları vəhhabiliyə dəvət etdilər. Şah Fəzl Rəsul Qadiri Seyf-ül-Cəbbar kitabında yazıb: Məkkə üləması toplaşıb bu məktubu cavablandırmaq istədi. Bu halda Taifin məzlum əhalisindən bir neçəsi Məscid əl-Hərama daxil olub başlarına gələn hadisədən danışdılar. Məkkə əhalisi arasında söz düşdü ki, vəhhabilər yaxın gələcəkdə Məkkəyə hücum edəcəklər. Bu da əhalini qorxuya saldı. Digər tərəfdən həcc üçü Məkkəyə gələn sünnilərin hər 4 firqəsindən olan üləmalar vəhhabiləri kafir tanıyıb və onlarla cihad etməyə fitva verdilər. Onlar Məkkə hakimiyyətindən istədilər ki, vəhhabilərə qarşı mübarizə aparsın. Bununla belə Məkkə əhalisi vəhhabilərlə döyüşə hazır olmadılar, digər tərəfdən vəhhabilər ordusunun başçısı Əbdül-Əzizin oğlu Səud Məkkəyə məktub göndərib zəvvarların 3 gün müddətində bu şəhəri tərk etmələrini tələb etdi. Məkkə hökmdarı və şəhərin bir neçə alim və tanınmış şəxsiyyətləri Səudun yanına gedib Məkkə əhalisinə aman verməsini istədilər. Səud da bunu qəbul etdi. Səud 1803-cü ildə döyüşmədən Məkkəyə daxil oldu. O Kəbəni ziyarət edəndən sonra əhalini vəhhabiliyə dəvət edib. Əhdi-Peyman almaq üçün bir yerə topladı. O Allah, Peyğəmbər və İslam barəsində öz düşüncəsini açıqladı və əhalidən istədi ki, onun döyüşçülərilə bərabər şəhərin bütün dəyərli məzhəbi, tarixi əsərləri və abidələrini məhv etsinlər. Vəhhabilər Peyğəmbərin anadan olan məkanın günbəzi, Əlinin, Xədicə və Əbubəkrin anadan olan məkanın günbəzini dağıtdılar. Kəbə həndəvəri və Zəmzəm quyusunun üstündəki abidələri viran etdilər. Onlar müqəddəs məkanları məhv etdikləri zaman təbil çalıb, mahnı oxuyub və rəqs edirdilər.
 Küveytin məşhur sünni şəxsiyyətlərdənolan doktor Refai vəhhabi alimlərinə xitabən yazıb: Siz Peyğəmbərin ilk həyat yoldaşı Üm-ül-Möminin Xədicey-i Kübranın evinin dağılmasına izn verdiz. Hal bu ki, onda vəhyin nazil olan məkanı idi. Nə üçün Allahdan qorxmayıb Peyğəmbərdən utanırsız? Peyğəmbərin anadan olduğu məkanı dağıdıb heyvanların alış-veriş mərkəzinə çevirdilər. Və yanlız sonralar salih şəxslərin təşəbbüsü ilə bu məkan vəhhabilərin əlindən çıxarılıb kitabxanaya çevrildi.
 Vəhhabilərin ən ziyanlı işlərindən biri Məkkənin əl-Məktəb əl-Ərəbiyyə adlı möhtəşəm kitabxanasını odlamaları olmuşdur. Bu kitabxanada 60 min kitab, o cümlədən 40 min əlyazma saxlanılırdı. Bu kitablar arasında cahillik dövrünə aid yəhudi və Qüreyş
kafirlərinin əlyazmaları habelə Əli, Əbubəkr ,Ömər , Xalid İbni Vəlid , Tariq İbni Ziyad kimilərin əlyazmalarına işarə etmək olar. Bu kitabxanada həmçinin Peyğəmbərin silahları və cəhalət dövrünün Lat, Ozzi, Mənat və Həbəl bütləri saxlanılırdı. Bəzi tarixçilər bildiriblər ki, vəhhabilər bu kitabxananı küframiz əsərlər saxladığı bəhanəsilə yandırmışlar. Əslaf tarixini və mədəniyyətini qorumaq hansısa cəmiyyətin sivilizasiyasının nişanəsi hesab olunur. Çünki bu əsərlərdən çoxlu ibrət dərsi almaq olar. Buna görə də hökumətlər onları qorumaq üçün idarələr təşkil edib tədbirlər görürlər, məharətli ekspertlər tərbiyə edib kiçik bir saxsı qabın məhv olmasının belə qarşısını alırlar. Əsərlərin məhv edilməsi cahillik və dar-düşüncəli olmadan savayı heç nəyi təmsil etmir . Tarixi kitablar və səfərnamələr İslam ölkələri və ruhi yolunda bir çox möhtəşəm məzarlıqların mövcud olduğunu göstərir ki, vəhhabilər küfr kimi əsassız bəhanələrlə onları tam şəkildə məhv etmişlər.

(Ardı var)         http://profliqa.blogspot.com/

Комментариев нет:

Отправить комментарий