Страницы

02.01.2012

Bir gün itimiz


Bir gün itimiz
qonşu kənddən qancıq sevdi.
Görüm, o qancığı ölsün,
İtimizin başına zəncir keçirtdi.
Zəncir onun sevgisiydi, başının bəlasıydı.
Sevəndən bəri burnunun üstündə ağac yeri var,
Hər axşam burnunun qanını yalar.
Deyirəm, nə olaydı,
Barı heç olmasa, o qancıq
itimizin boynundakı zənciri bir görəydi.
İtimiz də o günü
Bircə görüb öləydi. 

Qəşəm Nəcəfzadə

Комментариев нет:

Отправить комментарий