Страницы

02.01.2012

Amerikanın gizli tarixi -6


Anglo-Sakson irqçilərinin şüarı: “Bizlər də yəhudiyik; Yer üzü bizim olmalı!”

 Açıqca görüldüyü kimi, Anglo-Sakson irqçiliyi, Təhrif olunmuş Tövratdakı yəhudi təlimində iştirak edən "seçilmiş irq" boş sözünün, Amerikalı və İngilislərə uyğunlaşdırılması ilə özünə dayaq tapırdı. Digər bir deyişlə İngiliscə danışan xalqların irqçilik axını, açıq bir "Yəhudiləşmə" idi. (Qırmızıdərili qırğınındakı Yəhudi təsirini danılmazdır). 1805 ilində Tomas Jeffersonun "Tanrı, İsrailoğullarına tarix boyunca necə rəhbərlik etdisə, Amerikanın qurucularına da elə rəhbərlik etmişdir" demişdi. ("İsrailoğulları"na bu cür düşkün olan Jefferson, araşdırdığımız kimi bir gül-Xaç və mason idi).

Gossett, bu üstün irq inancının 19-cu əsrin irqçi havasıyla daha da gücləndiyini izah edir və "1840-larla birlikdə, seçilmiş irq düşüncəsi, 'Anglo-Sakson irqinin üstün xüsusiyyətlərinin təyin olunmasıyla daha da gücləndi" deyir. Belə ki 1846-da, Senator Tomas Hart Benkon, bu "üstün irq"in Pasifik sahillərinə qədər bütün Amerikanı ələ keçərəcəyini, daha sonra da Asiyanı koloniyalaşdırmağa başlayacağını müjdələmişdi. Gossettin izah etdiyinə görə, 19-cu əsr boyunca Amerikalı və İngilis Protestant din adamları, İctimai Darvinizmlə, Köhnə Əhdin (Təhrif olunmuş Tövrat) irqçi təlimlərini bir-biriylə qaynaşdırıb, Anglo-Sakson üstünlüyünü sübut etməyə çalışdılar. Anglo-Sakson İrqçilərinin Şüarı: 'Bizlər də yəhudiyik; Yer üzü bizim olmalı'!
 Amerikalı sosioloq Tomas Gossett, irqçiliyin mənşələrini araşdırdığı kitabında, Anglo-Sakson irqçilərinin özlərini yəhudilərlə qaynaşdırmalarını izah edərkən, bir də bu düşüncəyə bağlı olaraq inkişaf etdirilən maraqlı bir nəzəriyyəni izah edir. İngilis din adamı John Wilson tərəfindən inkişaf etdirilən nəzəriyyə, Anglo-Saksonların- yəni Amerikalı və İngilislərin özlərini yəhudilərlə qaynaşdırma səylərinə, konkret və orqanik bir əsas təşkil etmə sınağından ibarət idi. "Anglo-İsrail" hərəkatini başladan bu nəzəriyyə ilə, Anglo-Saksonlar, əslində özlərinin də "yəhudi" olduğunu isbat etməklə (!) məşğul olurdular.
 Anglo-İsrail hərəkəti, 1837-də İngiltərədə başladı. John Wilson adlı 'nonconformist' (müstəqil protestant) bir rahib, Köhnə Əhddə izah edilən və Jacobun (Hz. Yaqub), oğulu Cozefə (Hz. Yusuf) əbədi olaraq zəfərlə dolu vəd etdiyi hekayəni dəyişik bir şəkildə şərh etdi: Wilson, Cozefin zəfərlə müjdələnilmiş soyunun İngilislər olduğunu qarşıya qoydu. Ona görə, İngilislər açıqca Cozefin soyundan gəlirdilər. Belə ki; İsrailoğullarının on qəbiləsi, Asurlular tərəfindən miladdan öncə 8-ci əsrdə İsraildən sürtülmüşlər idi. Daha sonra bu qəbilələr itmiş və aqibətləri tarixin dərinliklərinə basdırılmışdı. Amma, Wilsona görə, İsrailin 'On İtkin Qəbiləsi artıq tapılmışdı: Bu 'itkin' yəhudilər, İngiltərənin Anglo-Saksonları idi... Hərçənd İngilislərin fiziki xüsusiyyətlərinin Yəhudilərə uyğun gəlmədiyi şəklində bir etiraz gələ bilərdi, amma Wilson və şagirdləri buna qarşı da ustaca bir şərh gətirirdilər: Yəhudilər orijinal olaraq əslində eyni İngilislər kimi sarışın insanlar idilər. Çünki Müqəddəs Kitab, Davidin (Hz. Davud) 'qırmızı saçlı' olduğunu söyləyirdi! Qısacası, Anglo-Saksonlar da gerçək bir Yəhudi idilər; yəni Tanrının seçilmiş irqindən idilər...
 İngilis irqçilərinin ortaya atdığı bu nəzəriyyə sürətlə mənimsənildi. Qısa müddət sonra İngiltərədə Anglo-İsrail Birliyi təşkilatı quruldu. Daha sonra British-Israel Association (Britanya-İsrail Birliyi) adını alan təşkilat, ölkə içində bir çox sempatizan yığdı. Təşkilat, 1890-dan 1915-ə qədər nəşr olunan Our Race, Its Origin and Its Destiny (İrqimiz, Mənşəyi və Gələcəyi) adlı bir həftəlik qəzet çıxardı. Qəzetdə, İngiliscə danışan xalqların da "yəhudi" olduğuyla əlaqədar "dəlil"lər təqdim edilir, Köhnə Əhddən seçilmiş irq düşüncəsini dəstəkləyən keçidlər köçürülürdü. Qəzetin yazıçıları, Təhrif olunmuş Tövrat ayələrinə söykənərək, İngiltərə və Amerikanın gələcəyi ilə əlaqədar təxminlər də edirdilər.
 Anglo-İsrail hərəkati, 1870-lərdə Amerikaya da sıçradı. 1884-cü ildə, İngilis Anglo-İsrail hərəkatının missionerlərindən olan Edward Hine adlı bir rahib Amerikaya göndərildi və böyük bir təbliğat kampaniyası açdı. Beləcə, "bizlər də Yəhudiyik" şüarı Amerikan irqçilərinin də ağızında gəzməyə başladı. (Anglo-İsrail hərəkəti bu gün də həm İngiltərədə, həm də Amerikada bəzi dini qruplar tərəfindən davam etdirilməkdədir).
 Şübhəsiz nə İngilislər, nə də Amerikalılar, "seçilmiş irq" deyillər idi. Anglo-İsrail hərəkatının və bənzəri "Yəhudiləşmə" axınlarının əsl təsiri də cəmiyyəti "seçilmiş irq" olduqlarına inandırmaq olmadı. Əhəmiyyətli olan bu "Yəhudiləşmə" hərəkətlərinin, İngilis və Amerikalıların ictimai şüuru üzərindəki təsiridir. Çünki bu cəmiyyətlərdə haqqında danışılan "yəhudiləşmə" hərəkətlərinin nəticəsində, Yəhudilərə qarşı eşidilən fövqəladə simpatiya və "Yəhudilərin Fələstinə dönmə haqqı"na olan inanc daha da gücləndi. İngiltərə və Amerikadakı bu ictimai təsir, bu iki ölkənin Yəhudilərin Vəd edilmiş Torpaqlara dönmə səyi olan Sionizmi niyə böyük bir istəklə dəstəklədiklərinə də aydınlıq gətirir. Yəhudiləri "seçilmiş xalq" olaraq görmə vərdişinə sahib bu iki ölkədən bir çox adam, 20-ci əsrdə Sionizmə böyük dəstək verərək "Xristian Sionistlər" sifətini qazanmışdır.

http://profliqa.blogspot.com/                (Ardı var)

Комментариев нет:

Отправить комментарий