Страницы

30.01.2012

"Bozqırdan uçuruma"nın təqdimatı


Yanvar ayının 28-də "Əli və Nino" kitab mağazasında Dilqəm Əhmədin ilk kitabı "Bozqırdan uçuruma"nın təqdimatı keçirilib. Təqdimatda Sosial İnformasiya Agentliyinin direktoru Taleh Şahsuvarlı, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimli,  «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Dr. Vuqar Zifəroğlu, Asif Ata Ocağının yükümlüsü İşıqlı Atalı, yazıçı Cəlil Cavanşir, tədqiqatçı jurnalist Lalə Mehralı, kitabın redaktoru Zaur Xudiyev və kitabsevərlər iştirak edib, kitab haqqında öz təəssüratlarını bölüşüblər.

Dilqəm Əhməd “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərliyə və soyuq, qarlı havada gələn şəxslərə təşəkkürünü bildirib, kitabda uşaqların problemlərinin qabartmasındakı əsas səbəbi göstərib: “Dünyada ən böyük qəddarlıq uşaqlıqdan arzuların boğulmasıdır. Uşaqlıqdan arzular boğulduğu təqdirdə eyni axarla gənclikdə də, cavanlıqda da, qocalıqda da uğursuzluq davam edir. Ümumiyyətlə bu kitabda uğursuzluq öz təsvirini tapıb, ona görə ki, cəmiyyətimizin bütün fərdləri hazırda uğursuzluq içərisindədir. Ədəbiyyat isə yalanı sevmədiyindən gerçəklikləri olduğu kimi əks etdirmək yazarların borcudur”. Gənc yazar yenicə çapdan çıxmış kitabından şeirlər oxuyub. Kitabını oxucular üçün imzalayıb.

Комментариев нет:

Отправить комментарий