Страницы

30.01.2012

Zühur zamanı


Cabir Albantürk

Zamana Sahibim gəlir, zamana şahidim gəlir,
Yalana qalibim gəlir, film konesdi, qardaşım
                                                          Hacı Baba Pünhan

Yaratdıqlarını yaxşı yola yönəldən, Mütləq Adil olan Rəhman Allahın  adıyla və bu iş üçün Seçdiklərinə səlavatıyla başladım, son Rəsulun (s) nəslindən  zühur edəcək son Qaimin (ə) intizarıyla...Aləmlərin Rəbbi olan Rəhim Allahın nazil etdiyi Kitablarda saleh bəndələrinə verdiyi vədəsinin  zamanı yetişməkdə, bitməkdə möhləti İsrail övladı, erməni adlı şeytan hizbinin...

Məkkə,Mədinə munafiqlər əlində, Kərbəla, Nəcəf fasiqlər işğalında...Tövbəlik deyil daha suçları...-doğrusunu Tanrı bilir-Qüdsün qurtuluşuyla, Xocalının xilasıyla başlayar Zühur...Artıq Tanrının yardımı, müdaxiləsi olmadan şeytani,işğalçı rejimlərin əzilən,məzlum xalqların gücü ilə devrilməsi, dəyişilməsi mümkünsüz.Əsrlərdi qırılır türk, müsəlman-son Xilaskar bu əsrdə qıracağ bu qurğunu...Qanlı tarix və xəstə liberalizmin sonu, mənəvi məfkurə və bəşəri dəyərlərin hakimiyyəti;dəlil-sübut, ağıl-məntiq və dinc inqilabın nəticəsi olaraq. Hələliksə Amerikanın Yusif Sərracı hakimiyyətdə...
Beynəlxalq, imperialist güclər bağırsaq qurdları kimi ölkələri, xalqları içlərindən sümürmək üçün öncə sovet, sosialist quruluşlarını, birliklərini dağıdaraq zərərsizləşdirmiş, indi də Böyük Orta doğu Projesi ilə milli, islami dövlətləri, hərəkatları çoban itləri kimi parçalayıb gəmirməkdədir. Amma onu bilsinlər ki, balığın başını və kürüsünü yeyən qınanmış qövmün bağışlanmaz əməlləri ucbatından Allahın bəlası kimi gələn beynəlxalq böhrandan batmaqda olan iqtisadiyyatlarını  qanlı cinayətləri və qansız siyasətləri ilə xilas etmək cəhdləri ancaq və ancaq Allahın qəzəbinə gəlmələrini tezləşdirəcəkdir. Şeytana sığınan din dəllallarına, islami qiyafəli dəccal yolaçanlarına, maşa rolundakı münafiq eşbaşqanlarına çox da güvənməsin Qara arxasında gizlənən AQ evdəkilər.
Bildiyimiz kimi dünyamızda dörd təqvim daha çox  işlənməkdədir:Günəş-şəmsi,Yupiter-astroloji,Ay-qəməri və Məsihi-miladi təqvimləri.Və yenə bildiyimiz kimi zühur edəcək Mehdi Sahib əz-zaman (ə) 14-cü məsum, 12-ci imam və 5 ən üstün bəşərin (Ali-əbanın) övladıdır.Hicri-şəmsi təqviminin rəqəmlərinin cəmi 14 (1+3+9+1), hicri-qəməri təqviminin rəqəmlərinin cəmi 12 (1+4+3+4) olanda, miladi təqvim də həm 14, həm 12 (2+12) olmaqla yanaşı, həm də yuxarıda qeyd etdiyim şəmsi və qəməri illəri özündə birləşdirəndə və astroloji təqvimin 5-ci (əjdaha) ili miladi təqviminin rəqəmlərinin cəmi olan 5 (2+0+1+2) ilə bərabərləşəndə, nəhayət,bu dörd fərqli və uyğunlaşmış təqvim illərinin kəsişdiyi, üst-üstə düşdüyü ərəfədə doğulacaq son dahiylə bəşəri bəşarət-Zühur zamanı yetişəcək,”Sonuncu dövr” başlayacaq dünyada. Birlərin paradından və ya 12-ci imamın böyük qeybindən   1111 il və 7-ci babası İmam Hüseynin şəhadətindən 1373 il (1+3+7+3=14)  sonra baş verəcək  kiçik zühurun ayını, gününü,saatını bilməlilər (qeybi qismən bilmək lütfünə layiq olanlar )biləcəklər “şəbi-yelda” deyilən bir mübarək gecədə...Və 40 il çəkəcək yetişmə dövrü-Dəccalın xürucunadək.                          
İslam peyğəmbərinin qeybdəki varisi,zühur edəcək 14-cü məsumun sonuncu səhabəsi olacaq bu dahi və övliya insan ən xəcil və ən ümidsiz bir məmləkətdə doğulacaq və Tanrı dünyanı oradan dirildəcək,dirçəldəcək inşəallah.Dünyanın dördüncü dərəcəli cadugər məskəni-şeytan oylağını İslam mədəniyyətinin paytaxtı elan edən və səmimi,savadlı insanların tapındığı  sonuncu dini, sonuncu peyğəmbəri,sonuncu kitabı təhqir edən “sivil” dünya bəhanələr bataqlığında.Hədislərdə söylənilmiş, sıralanmış əlamətlər, soraqlar həyatı sarmada,sona varmada...Artıq İsra surəsi Ayə 16-da bəyan olunan  halətdə ölkələr, dünyamız.
Zülmlə,qanla,dərdlə,yalanla dolmuş dünyada zülm etmədən,qan tökmədən qurulacaq bir ədalət,bir saədət səltənəti... Türk-İslam dünyasında yaranıb yayılacaq,ingilis məzhəbi ilə ABŞ məktəbi arasında qalaraq fikir bulanıqlığı, görüş dağınıqlığı yaşayan ümməti toparlayacaq köklü və çağdaş ahəngdar bir islamı cərəyan sayəsində. İslah olanlar qurtulacaq qəzayla gələn qədərdən,azarla gələn əcəldən,qınanmış intihardan,qiyamətə qalmaz qisasdan-islami qiyafədə,məqamda islamı siyasətə,rəyasətə calayıb gözdən salan X-lər  başda olmaqla dörd zümrədən savayı...
Zamanın sahibləriylə-İmam Mehdi (ə), İsa Məsih (ə),Xızır Nəbi (ə); zikr və cihad  əhli ilə, mələkləri,cinləri,ruhları,qəlbləri görən bəsirət əhli ilə bir sırada olmaq üçün bircə yol var: elm və eşq, kəşf və kərəm əhli olan ariflərin tutduğu tövbədən təslimə gedən bircə yol...Hardasan,sağ ikən tövbədən keçib Tanrı elçisinə, Tanrı əmrinə təslim olan can-dirilik  müridi saleh müxlisim,hardasan ?! Sizi  gözləyir,sizdən gözləyir gözlədiyiniz son Xilaskar  313 köməkçisinin  sonuncu seçilmişini – Nuh (ə), Xızır (ə), Zərdüşt(ə) vətənindən.
Türk-müsəlman doğulmaq bu dəyərsiz dünyada həm böyük müsibət, həm böyük şərəf.Bu məsləksiz məmləkətdə müsibətlə şərafəti birgə yaşamaqsa zor.Yaratdıqların nökər xislətləri,xain nəfsləri üzündən bir-birlərinə qarşı qənim kəsilməkdə.Şeytan nökərləri,nəfs qulları hər tərəfdən yeriməkdə üstümüzə.Məscidlərdə mömin,münafiq qarışıq...Yaxşılıqlar,pisliklər son həddinə çatmaqda  - insanların ən yaxşıları  və ən pisləri qiyamət qabağı doğulacaqmış.
Amma hərənin öz funksiyası olan üç ruhla-nəfslə dünyaya gəlmiş adi-ali insan Allah tərəfindən cismi tərk etməyən, bədəni çürüməyə qoymayan dördüncü ruhla-ilahi nurla nurlanmalıdır ki, bu nemət cox az bədnənin nəsibi olur bu dəyərsiz dünyada...Xalis niyyət-sadiq qəlb, düzgün əqidə-doğru sünnət, ramazan ayı-oruc ağız, cümə günü-sübh namazı, dördüncü səcdə-dua halı Allaha yaxınlıq timsalı, bəndənin qurtuluş amalı.  Bəli,ibadətlərin ən üstün  olanları;  halal ruzi qazanmağ, elm öyrənmək,nəfslə mücadilə, zülmlə  barışmamaq və qurtuluş intizarıdır.
Allah –təala hamımızı  Xilaskarın zühuruna və Din gününə hazır olanlardan, Aqibətimizin və axirətimizin xeyirli olması yolunda çalışanlardan etsin. Tanrı türkün, müsəlmanın dünya talesizliyini Qiyamət rüsvayçılığına çevrilmək aqibətindən qorusun. Amin. Ötənləri unutma, bu gününü itirmə, sabahına sahib ol! Allahım,haqqa çağıranlardan,haqqa yönələnlərdən,haqqa sığınanlardan yardımını əsirgəmə.Bütün hallarda şükr olsun şəriksiz olan Allaha,salavat və salam olsun 124 min elçiyə,14 məsuma və övliyalara.

Gözləyirik zühuru səbrü-intizar ilən,
Mehdi, Xızır bərabər, enər İsa nur ilən.

Комментариев нет:

Отправить комментарий