Страницы

25.01.2012

Leyla Əliyevanın çəkdiyi rəsmlər – FOTOLAR


Yanvarın 17-də Londonun məşhur “Phillips de Pury & Company” müasir incəsənət, fotoqrafiya və dizayn sərgi qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Bakıya uçuş” adlı sərgi açılıb.
İşləri sərgilənən sənət adamları arasında təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya və video kimi istiqamətlər üzrə çalışan Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıqzadə, Əliyar Əlimirzəyev, Ənvər Əsgərov və başqaları var.
Müasir Azərbaycan incəsənətinin ən istedadlı sənətkarlarının əsərlərindən ibarət sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyevanın çəkdiyi rəsmlər də nümayiş olunur.
Sərginin açılışında Londonun bütün say-seçmə sənət adamları, incəsənət dünyasının elitası, dünya miqyaslı məşhurlar, media mənsubları iştirak ediblər.
ANN.Az AzərTAc-a istinadən Leyla xanım Əliyevanın fırçasının məhsulu olan əsərləri oxucularına təqdim edir.

Комментариев нет:

Отправить комментарий