Страницы

30.01.2012

“Mənə yağışdan danışma, yağ!”


Viktor Hüqonun maraqlı aforizmləri

Bağışlamaq yaxşı adamların intiqamıdır.

Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın, əsl qadındır.

Orduları dayandırmaq olar. Amma fikirləri əsla.

Ölmək nədir ki? Yaşamaq qorxuludur.

Gözəllik bir cürdür, çirkinlik isə müxtəlif.

Zəka arvadımdır. Fantaziyam məşuqəmdir. Yaddaşım isə uşağımdır.

Zorakılıq adam edər, bolluq isə heyvan.

Doğrudan da xoşbəxt olmaq üçün xoşbəxtliyə sahib olmaq bəs eləmir. Onu qazanmaq da lazımdır.

Kasıblıq insanın dırnaqarası dostlarını uzaqlaşdırır.

Yaxşı olmaq asandır, çətini adil olmaqdır.

Bir şey olmağı yox, birisi olmağa çalışın.

Qadını gözəl eləyən Allahdır, sevimli eləyən isə şeytandır.

İnsanlarda əskik olan güc yox, iradədir.

Düşüncəyə dalan adam işsiz deyil. Biri var görünən iş, biri də var görünməyən.

Zamanı gəlmiş fikir dünyadakı bütün qüvvələrdən üstündür.

Yumşaq olma, əzilərsən, sərt olma, qırılarsan.

Mənə yağışdan danışma, yağ!

Ruhunu itirən adam dünyalar qazansa da xeyri yoxdur.

Hamı ölür. Amma hamı yaşamır.

Diqqət ağlın ən böyük uşağıdır.

Günel ƏSGƏRZADƏ                  kulis.az

Комментариев нет:

Отправить комментарий