Страницы

30.01.2012

Poeziya janrları


Lirik növün janrları

Azərbaycan ədəbiyyatında lirik əsərlər əsasən iki qrupa ayrılır:
1) məhəbbət lirikası
2) ictimai-siyasi lirika.
Yazılı ədəbiyyatda lirik növün əsas janrları bunlardır: qəzəl, qəsidə, qitə, rübai, tuyuq, mürəbbe, müxəmməs, təxmis, müsəddəs.
Qəzəl. Daha çox klassik ədəbiyyatın daha geniş yayılmış növü hesab edilir. Qəzəl daha çox məhəbbət mövzusuna həsr edilir. N.Gəncəvi, M. Füzuli, İ. Nəsimi, S. Şirvani və s. qəzəlin ən gözəl nümunələrinin yaratmışlar.
Qəsidə. Qəzəldən fərqli olaraq, qəsidə ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur.Qəsidə təntənəli, təmtəraqlı üslubda yazılır. Qəsidə, bir qayda olaraq, ictimai mətləbləri ifadə edir. Mövzu və məzmununa görə qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə və s. kimi növləri vardır..
Minacat. Qəsidənin bu növündə Allah təriflənir və şair ondan kömək diləyir.
Nət.
Nətdə Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs olunur.
Mədhiyyə. Mədhiyyədə hökmdarlar, yaxud böyük rütbə sahibləri təriflənir.
Fəxriyyə. Bu janrda şair öz qüdrətindən bəhs edir, özü haqqında fəxrlə danışır.
Azərbaycan ədəbiyyatında qəsidə və onun növlərinin ən mükəmməl nümunələrini X.Şirvani, M. Füzuli, S. Şirvani, M.Ə. Sabir və s. yaratmışdır.


Qitə. Ərəb sözü olan qitə parça, hissə deməkdir. Qitə də quruluşuna görə qəzələ oxşayır. Lakin qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Q. Bürhanəddinin, İ. Nəsiminin, M. Füzulinin və s. bəzi əsərləri qitə janrındadır.
Rübai. Cəmi dörd misradan ibarət olan və daha çox ictimai, fəlsəfi və əxlaqi məzmun daşıyan şeir janrıdır. Rübai əruz vəzninin həzəc bəhrində yazılır. Rübai deyəndə, bir qayda olaraq, böyük şərq klassiki Ömər Xəyyam (X əsr) yada düşür. Azərbaycan ədəbiyyatı tarixində Məhsəti Gəncəvi rübainin görkəmli nümayəndəsi kimi tanınır.
Tuyuq. Türk xalqları ədəbiyyatına məxsus bir janrdır. Tuyuq türkcə duymaq, duyğu sözlərindəndir. Cəmi dörd misradan ibarət olan, hikmətamiz məzmun daşıyan tuyuğun qafiyə sistemi rübaidəki kimidir. Rübaidən fərqli olaraq, tuyuq əruzun rəməl bəhrində yazılır. Tuyuq Azərbaycan ədəbiyyatında Q. Bürhanəddinin adı ilə bağlıdır.
Mürəbbe. Mürəbbe ərəbcə “dördlük” deməkdir. Hər bəndi dörd misradan ibarət olan mürəbbenin birinci bəndində bütün misralar qafıyələnir, qalan bəndlərin qafiyə quruluşu isə eynilə qoşmadakı kimi olur: aaaa, bbba,ccca.
Müxəmməs. Ərəbcə “beşlik” deməkdir. Müxəmməsin hər bəndi beş misradan, ibarət olur. Müxəmməs yazılı ədəbiyyatdan aşıq ədəbiyyatına da keçmişdir. M. P. Vaqifin “Görmədim”, Q. Zakirin “Eylər” şeirləri müxəmməsin mükəmməl nümunələridir.
Təxmis. Təxmis bəndlərdəki misraların sayına, qafıyə quruluşuna görə müxəmməsin eynidir. Əslində təxmis müxəmməsin bir növüdür. Səciyyəvi cəhəti ondadır ki, təxmisin hər bəndində axırıncı iki misra(4-5-ci misralar) başqa bir şairin hansısa qəzəlindən götürülür. Füzulinin Həbibinin bir qəzəli əsasında yazdığı təxmis çox məşhurdur.
Müsəddəs. Sözün mənası “altılıq” deməkdir. Hər bəndində altı misra olan şeir janrıdır. Həcmcə 6-10 bənddən ibarət olur. Qafiyə quruluşu, əsasən, belə olur: aaaaaa, bbbbaa, ccccaa. M. Ə. Sabirin “Səttarxan” şeiri Azərbaycan ədəbiyyatında müsəddəsin gözəl nümunəsidir.
Şifahi ədəbiyyatda lirik növün əsas növləri bunlardır: qoşma, təcnis, gəraylı.
Qoşma. Aşıq şeirinin hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət olan janrına qoşma deyilir. Qoşma aşıq poeziyasından yazılı ədəbiyyata keçmiş, M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir, S.Vurğun, S.Rüstəm, M.Rahim, H.Arif, B.Vahabzadə və başqa şairlərimiz bu janrda bir sıra əsərlər yazmışlar. Qoşmanın məzmunca dörd əsas növü vardır:
1. Gözəlləmə
2. Ustadnamə
3. Qıfılbənd
4. Vücudnamə
Gözəlləmə gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalara deyilir.
Ustadnamə dinləyiciyə öyüd-nəsihət vermək məqsədi daşıyan hikmətamiz qoşmalara deyilir.
Qıfılbənd tapmaca məzmunlu qoşmalara deyilir. Bəzən bağlama adlanan qıfılbənddən aşıqlar, adətən, deyişmələr zamanı istifadə edirlər.
Vücudnamə insanın ayn-ayrı yaş mərhələlərinin xüsusiyyətlərini əks etdirən qoşmalara deyilir.
Gəraylı. Aşıq şeirinin hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3-5 bəndlik nümunəsi gəraylı adlanır. Gəraylının qafıyə quruluşu belədir: I bənddə: abcb. sonrakı məndlərdə: cccb, dddb.
Təcnis. Əksər cəhətlərdən qoşma ilə eyniyyət təşkil edən, amma qoşmadan fərqli olaraq, qafiyələri cinas sözlər (yəni şəkilcə eyni, mənaca müxtəlif sözlər) əsasında qurulan aşıq şeiri təcnis adlanır. Təcnisin formaca müxtəlif növləri vardır: dodaqdəymaz təcnis, ayaqlı təcniz (yaxud müstəzad təcnis), cığalı təcnis. 

azerbaijans.com

Комментариев нет:

Отправить комментарий