Страницы

01.01.2012

Vısotski haqqında film qalmaqala səbəb oldu


Rusiyada məşhur bard Vladimir Vısotskiyə həsr olunmuiş sonuncu film qalmaqal doğurmaqda davam edir
Kultaz.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sənətkarın ömür-gün yoldaşı Marina Vladi  “Vısotski. Sağ ol ki, sağsan” filmindən bir parçanı izləyib və bəyənməyib. O bildirib ki, filmi internetdə görüb.
Vladi deyib: “Mən bu günədək bu barədə danışmaq istəmirdim, çünki hesab edirəm ki, film Vısotskinin xatirəsinə, onmun sənətinə, bizim birgə həyatımıza təhqirdir. Film onun böyük oğlunun köməyilə ərsəyə gəlib. Artıq bunun özü məni təəccübləndirdi. Və mən gördüm ki, oğlu aktyorun Vısotskiyə oxşaması üçün Volodya üçün hazırladığım silikon maskanın üzü köçürməsi ilə necə lovğalanır. Bu biabırçı olmaqla yanaşı həm də dəhşətli haldır. Bu, heç bir etikaya sığmayan əxlaqsızlıqdır. Əgər mən dindar olsam, deyərdim ki, bu günahdır. Mən məyusluq və hüzn içindəyəm”.

Bundan başqa, Rusiyanın bir sıra mədəniyyət xadimləri də filmi “mədəni irsə zərbə” adlandırıblar və deyiblər ki, filmdə məqsəd aktyorun sənətini göstərmək deyil, qalmaqal yaratmaqdır.
Qeyd edək ki, film ekrana dekabrın birində çıxıb və 26 gün ərzində Ukraynada və Ryusiyada ən gəlirli filmə çevrilib. Filmin prodüseri və ssenaristi – müğənninin oğlu Nikita Vısotskidir.
Sorğulara görə, film Rusiyada populyarlığına görə Ceyms Kameronun “Avatar”ını da geridə qoyub.

Комментариев нет:

Отправить комментарий