Страницы

01.01.2012

”JALƏ” İÇMƏ - ÖLDÜRƏR

Müxbirimiz laborator şəraitdə bu şirələrin tərkibini yoxlatdırıb; ortaya qorxunc nəticə çıxıb

Azərbaycan bazarında təhlükəli ərzaq məhsullarının açıq satışda olması heç kimə sirr deyil. Belə məhsullar sırasına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən Qəbələ Konserv Zavodunun istehsal etdiyi “Jalə” şirələri də daxildir. Bu şirə kifayət qədər reklam edilsə də, satışı çox zəifdir. İnsanlar “Jalə”ni alıb süfrəsinə qoymağa ehtiyat edirlər. Çünki onun tərkibi haqda indiyədək mətbuatda müxtəlif neqativ məlumatlar dərc olunub.

Həm də bu şirəni içəndə onun nə qədər keyfiyyətsiz olduğu tamından hiss olunur. Heç şübhəsiz milyonlarla manat sərmayə hesabına başa gələn bu məhsulun satışının yaxşı getməməsi hörmətli Kəmaləddin Heydərovu müxtəlif variantları yoxlamağa vadar edib. Belə ki, Novruz bayramı ərəfəsində K.Heydərovun oğlu Taleh Heydərovun dəvəti ilə Azərbaycana gələn  “Kurtlar vadisi pusu” serialının qəhrəmanlarının dilindən bunun anonsu verilmişdi. Xatırlayırsınızsa serial qəhrəmanları Qəbələdə tikilən istirahət kompleksində olmuş, ora haqda müsbət fikirlər söyləmişdilər. Hətta filmin qəhrəmanı Necatı Şaşmaz jurnalistlərlə söhbətində Qəbələ rayonunu çox bəyəndiyini bildirərək buranın böyük turizm potensialı olduğunu vurğulamışdı. Burada qış turizm mərkəzlərinin yaradılması üçün şəraitin olduğunu deyən məşhur aktyor xarici turistləri Qəbələyə çağırmışdı: “Biz Qəbələdə tam bir cənnətin içinə düşdük. Qəbələ cənnətin özüdür”.
“Azadlıq” qəzeti bu barədə ötən sayında bildirib ki, filmin növbəti seriyalarında Polat Alemdar seriya boyu bir neçə məqamda “Jalə” şirəsi içəcək. Və üstəlik “Kaspian Fiş”in kürüsünü tərifləyəcək.
Şirə haqqında gəzən söz-söhbətləri 100 dəfə eşitməkdənsə bir dəfə yoxlamaq qərarına gəldik. Jurnalist fəndindən istifadə edərək bir neçə gün öncə Respublika Sanitariya və Epidemiologiya şöbələrindən birinə yollandıq. Səbəb “Jalə” şirəsinin tərkibinin yoxlanması idi. Şirənin tərkibinin yoxlanması 3 gün çəkdi. Cavabda isə məlum oldu ki, sözügedən şirə skalyoz və bağırsaq çöpləri əmələ gətirir. Hətta Qəbələ sakinləri bildirir ki, şirəni istehsal edən zavoda tonlarla kraxmal gətirilir. Bunu şirənin tərkibinə qatılması ilə izah edirlər. Tamamilə keyfiyyətsiz istehsal edilən bu şirələrdən kəskin qoxu gəlməsi dəfələrlə vurğulanıb və heç kimə sirr deyil. “Jalə” şirələri heç də telekanallarda verilən reklamda deyildiyi kimi, yüz faiz təbii deyil. Əldə etdiyimiz məlumata görə, şirənin hazırlanması üçün konsentrat - meyvə tamı verən maddələr İsraildən gətirilir. Bu proseslərdən keçib ərsəyə gələn “Jalə” xərçəng və digər ciddi xəstəliklərin yaranmasına yol açır. Sözügedən şirənin istehsalı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğundan müvafiq qurumlar məsələnin üstünü açıb-ağartmırlar.
Tərkibi kimyəvi məhsullarla zəngin olduğu şübhə doğurmayan “Jalə” doğrudan da xoşagəlməz qoxu verir. Deyilənə görə, bir çox restoranları, şadlıq evlərini toylarda məhz “Jalə” şirələri verməyə məcbur edirlər. Hətta şirə içilmədiyi üçün restoranlar böyük ziyana düşür. Restoranlar təklif edilən şirəni qəbul etmədiyi halda FHN-in müvafiq idarələri həmin obyektlərdə yersiz yoxlamalar aparır.
Qeyd edək ki, Qəbələ Konserv Zavodunda təkcə “Jalə” deyil, “Zolotoy sad” əmtəə nişanlı şirə də istehsal edilir. Onların da keyfiyyətindən danışmağa dəyməz. Məsələ ondadır ki, şirələr təbii meyvədən hazırlanmır. Yəni reklamda iddia olunduğu kimi, bu şirələrin “damla-damla toplanması” imkansızdır. Çünki qışda-yazda şaftalı, gilənar, nar və digər yerli meyvələr tapılmır. Xaricdən baha qiymətə gələn meyvə ilə isə bu qədər şirə istehsal etmək qeyri-mümkündür, daha doğrusu, sərfəli deyil. Nəzərə alsaq ki, şirənin 1 litrinin maksimum qiyməti 1 manatdır və ölkə bazarlarında bu qiymətə meyvə yoxdur, deməli, “Jalə” heç də təbii deyil.


musavat.com

Комментариев нет:

Отправить комментарий