Страницы

27.02.2012

CANIM VƏTƏN!

Afaq Şıxlı

Övladları dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!
Gözü yolda,
qulaqları bircə Zəfər harayında
qalan Vətən!
Aqrıların necə böyük,
Yaraların necə dərin!
Hanı sənin igidlərin,
hanı sənin ərənlərin!

Ağlasığmaz bu dərdlərin,
dəhşətlərin,
vəhşətlərin
öhtəsindən necə gəldin,
Anam mənim?
Müdrik anam!

Talesizim!
Hər bir şəhid balanın da öz yeri var ürəyində,
sızıldayır sızım-sızım!
Bilirəm mən...
Canım Vətən!
Anasını qorumayan oğulları doğan Vətən!
Kədərini ağartmayıb sinəsində boğan Vətən!
Övladları dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!

Комментариев нет:

Отправить комментарий