Страницы

29.02.2012

Həyat mənasızmı?


Rövşən Yerfi

Tanrım dünyada heç nəyi təsadüfi və ya əbəs yerə yaratmayıb. Gördüyümüz və görə bilmədiyimiz hər şeyi, canlı-cansız bütün varlıqları zərurətdən yaradıb. Sadəcə olanları dərk etməyə çox vaxt  zəkamız çatmır. Ona görə də anlaya bilməməyimizdən bəzən həyatı mənasız hesab edirik. Dərk etmək üçün aləmi öyrənməyə cəhd edəndə isə Tanrı qüdrəti qarşısında  cılızlığımızı görüb sustalırıq. Bəlkə də, bu səbəbdən Tanrı alimin mürəkkəbini şəhid qanı ilə bir tutur...   

Yaradanım aləmdə hər şeyi qoşa, bir-biri ilə bağlı yaradıb. Pis-yaxşı, zəif-güclü, qısa-uzun, nazik-yoğun, yaş-quru, isti-soyuq, müsbət-mənfi...Biri o birisiz mövcud deyil. Həyat belə yaranıb. Həyatda mənasız heç nə yoxdur. Hər pisin və yaxşının , xoşbəxtin və bədbəxtin Tanrını qüdrətinə işarət eyləyən mənası, məramı var. O heç qaraçıları da nahaqdan yaratmayıb...
Təəssüf  ki, insanların böyük bir hissəsi əmlak, var-dövlət toplamaqdan gözləri doymayıb cismini və ruhunu maddiyat qarşısında güzəştə gedənlərdir. Axirəti seçənlər dünya malına uymayanlardır. Müvəqqəti həyatla axirət arasında seçim edə bilməyənlər isə ömrü boyu maddiyyatın amansız məngənəsində çapalayırlar.
Şübhəsiz, imtahan günü Tanrının sevimliləri - həyat adlı sınaqda maddiyata  əyilənlər yox, əzablara dözüb ona əmanət verilmiş ruhunun təmizliyini qoruyanlar olacaq... Əmanəti aldığımız sayaq sahibinə qaytarmaq. Bu imiş həyatımızın mənası...

Комментариев нет:

Отправить комментарий