Страницы

29.02.2012

Palçıqlı yol


Fəridə Babayeva

Bu hadisə baş verən zaman mənim 11-12 yaşım olardı.Yay fəslinin ortaları idi.Mən öz ailəmlə birlikdə nənəmgilə, yəni Əli-Bayramlı şəhərinə istirahətə getmişdim.Orada xeyli qaldıq. Yayın gəlişi ilə bura o qədər gözəl olmuşdu ki, insan getmək istəmirdi. Yaşıllıq hər tərəfi bürümüşdü. Ağaclar bar vermişdi. Sanki füsunkar təbiət öz yaraşığını biz insanlara göstərmək istəyirdi. Həqiqətən o qədər heyranedici idi ki, təbiət bacarıqlı bir rəssamın illər boyu əlləşib- vuruşub, böyük bir əzmlə çəkdiyi sehirli bir rəsm əsərinə bənzəyirdi. 

Bəs bu gözəllik insana yaşamaq gücü verməzmi? Elə buna görə də biz, yəni mən və dostlarım birlikdə həm ətrafı seyrə çıxmağı və çoxdandır ki, görmədiyimiz bibimizi ziyarət etməyi düşündük.Bizim bu istəyimiz nə qədər çox olsa da, önümüzdə bir balaca çətinlik var idi.Buna səbəb nənəmgilin evinin yaxınlığındakı Kür çayının güclü yağış nəticəsində daşması idi. Çünki nə vaxt bol yağıntı olsa, bu qüdrətli çay dolub-daşar və hər yanı su basardı. Nə isə gələk əsas məsələyə. Biz bütün bunlara baxmayaraq, valideynlərimizdən çətinliklə izn alıb yola düşdük. Gedərkən aramızda bəzi münaqişələr yarandı.Bibimgilə iki yol vasitəsilə getmək olurdu. Mən və əmimqızı Rəvanə palçıqsız, təhlükəsiz bir yolla getmək istədik. Lakin bacım və digər uşaqlar -əmimoğlu və əmimqızları isə olduqca çətin , bir o qədərdə palçıqlı bir yolla getməyi arzuladılar.Hərə öz istədiyi kimi etdi. Mən Rəvanə ilə quru yoldan, digərləri isə olduqca sürüşkən olan yolla getdilər.Beləcə yola düşdük. Mən və Rəvanə yolla çox rahat bir şəkildə getdik, lakin digərləri üçün belə olmadı.Çünki biz yolla gedərkən bacımgil gedən tərəfdən səslər gəlməyə başladı. Bu səslər qorxunc bir hayqırış deyil, əksinə şən və olduqca gur olan gülüş səsləri idi. Biz əvvəlcə onların niyə belə güldüklərini anlamadıq., amma uşaqların yanına gedib çatanda istər-istəməz bizdə gülməyə başladıq.Çünki, gərçəkdəndə gülməli bir hadisə idi. Sən demə onlar yolla gedərkən əmimoğlu Xəyal palçıqlı yolu görən kimi qızlara gülərək: “Siz buradan yuxuda keçərsiniz. Hətta yuxuda belə keçə bilməzsiniz. Amma mən buranı gözüyumulu keçərəm”- demiş və gülməyə başlayıbmış. Qızlar buna çox hirsləniblərmiş. Ancaq Xəyal yenə gülüb onları lağa qoyurmuş.
Həqiqətən də  uşaqlardan biri oranı gözübağlı və olduqca asan bir şəkildə keçmişdi. Daha doğrusu keçə bilməmişdi. Xeyir bu keçən qızlar deyilmiş onlar çox asanlıqla bu palçiqqlı yolu keçmişdilər. Lakin bircə nəfər buranı keçə bilməmiş, gözübağlı şəkildə, yəni başdan ayağa palçıq şəkilində gedə bilmişdir. Bəs bu kim idi? Əlbəttə ki, qəızlara gülən və onlara inanmayan üzü-güzü palçığa bulaşan Xəyal idi.
Заповеди жизни

Комментариев нет:

Отправить комментарий