Страницы

01.02.2012

Əlvida vida - ESSE


İlahə Nəsib




Deyirlər İnsan çox dözümlü bir məxluqdu. Bu böyüklərimizin dilində hər zaman işlənən bir cümlədi. İnsan həm itkiyə, həm də ayrılıqlara dözməlidi. Bəlkə də bu bəzilərinə kimlərisə artıq əzabla yükləmək üsuludu ? Bimirəm... Mən isə heç vidalaşmağı belə bacarmıram.Sanki vida kəlməsi mənim böğazıma bir ilan kimi dolanıb. Söyləsəm boğulacam.
Əslində hər vida yeni bir başlanğıca təməl daşı da ola bilər.


Səndən məni xatırlamanı belə istəmirəm. Sadəcə qəlbimizdə bu sevginin təmizliyini və saflığını yaşadaq. Bəzən bu belə yetir.Bəzən də sual dolu nəzərlərlə gözlərini yollara dikirsən ...özünə niyə sualını verirsən. Məni belə bu sual cığırına yönəldirsən. Suallar qarşısında aciz qalıram.Boynum bükülür , əllərim əsir.

Əslində hər şey çox gözəl başlanmışdı. İkimizdə gənc idik, coşqunluğumuzun son həddində, qanımızın qaynadığı bir anda görüşdük, sevdik. Gecələr boyu bir-birimizi düşünməkdən yuxusuz qaldıq, ən gözəl həyəcanları yaşadıq. Zamanı belə susdura bildik. Həyatın ən gözəl anlarını birgə yaşadıq. İncikliklərin də ən gözəllərini biz yaşadıq. Çünki barışmaq da ayrı bir zövq verərdi bizə.

Sevdik, sevildik. Əhdə sadiq qalmayacağımızı bilə-bilə sevgi əhdi bağladıq. Günlərlə aylarla yalnız ikimiz varmış kimi yaşadıq. Nə bizə yan baxan gözlərə, nə qarşı çıxan böyüklərə, nə də dost sözünə aldandıq. Öz atəşimizdə yandıq, ən önəmlisi isə bir-birimizi anladıq. Bəlkə özümüzdən gizlin özümüzə də aldandıq. Sərin axşamlarda belə ən romantik anları yaşadıq. Ən gözəl çiçəkləri verdin mənə. Röyalarda belə yalnız ikimiz var idik. Gerçək sevgini daddıq bunu səndə bilirsən.
Bəs bu sevgini əbədi yaşatmaq üçün azmı ömür tükənib? Səncə sərf olunan sevginin ahını susdurmalıyıq? Bax yenə də suallar ....Nədən əlini çəkmir üzərimizdən? ....bəlkə də bitən deyil bu suallar ..sevgimiz kimi....

Biz birlikdə olmasaq da... gözəl başlayan, çox gözəl yaşanan bu eşqi eyni təmiz duyğularla bitirməliyik. İndi də ayrılığın ən gözəlini, ən acısını yenə biz yaşayırıq...bilirsənmi? bax hər addımda sual dolu nəzərlər bizə tuşlanır...

Mənim gözlərimdən belə sənin baxışlarının parıltısını görmək olar. Amma ağlama . Sil göz yaşlarını. Nədən göz yaşların mənimkilərlə yarışır? Sən mənim sadiq qocaman sevgilim deyilsənmi? Səni daim bu cür xatırlamaq istəyirəm. Artıq sil göz yaşlarını. Hava da qaralmaq üzərədir. Zaman belə bizim qəsdimizə dayanıb. Bizim üçün saatlarla sürünən səhər sanki hər şeyi bitirməyə tələsir. Yenə əvvəlki kimi olmağımızı istəmir. Demək ki, ayrılmağımızı istəyir. Son olaraq isə kiçik bir istəyim olacaq səndən. Arxana dönüb gözü yaşlı gözlərin ilə mənə baxma oldumu?Bax bu suallara belə cavab vernmək istəmirəm. Hər şey burdaca bitsin. Əlvida....vida...

Комментариев нет:

Отправить комментарий