Страницы

24.02.2012

Müstəntiq vətəndaşın pulunu qaytarmır

DGK İstintaq İdarəsinin müstəntiqi Rövşən Nuriyev Dövlət Nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin qardaşı oğludur 

Son günlər Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq İdarəsi ilə bağlı maraqlı açıqlamalar verilir. Həmin sırada vətəndaşların incidilməsindən tutmuş, onların aldadılmasına qədər bir çox məqamlar mövcuddur. Dünən əldə etdiyimiz məlumat isə bu məsələ ilə bağlı daha bir qalmaqalın baş verdiyini göstərir. 



TİA.AZ-a daxil olan məlumatda bildirilir ki, ötən ilin avqust ayında İrandan Azərbaycana qayıdarkən Həsən adlı vətəndaşımız Beləsuvar gömrük postunda guya üstündə psixotrop maddə olması səbəbi ilə saxlanılıb.

Materiallar Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq idarəsinə göndərilib. Mənbə bildirir ki, bir müddət sonra Həsən adlı şəxs DGK-nin İstintaq İdarəsinə çağrılıb. İdarənin müstəntiqi Rövşən Nuriyev Həsəni həbs olunacağı ilə hədələyərək ondan 25 min dollar pul tələb edib. Və bildirib ki, əgər bu pulu versə, məsələ elə idarədə bitəcək, verməsə işi məhkəməyə göndərəcəklər. Xəstə olduğunu bildirən Həsən müstəntiqdən vaxt istəyib. Və bir neçə gündən sonra 25 min dollar pulu Rövşən Nuriyevə çatdırıb. Ancaq bir müddətdən sonra Həsəni məhkəməyə çağırıb 2 il şərti iş veriblər. 

Məsələni belə görən Həsən müstəntiqlə görüşüb pulunu geri istəyir. Uzun çək-çevirdən sonra Rövşən Nuriyev axır ki, pulun 3500 dollarını qaytarır. Həsən isə neçə aydır ki, pulun qalan hissəsini tələb etsə də, müstəntiq pulun qalan hissəsini qaytarmır. Əksinə Həsənə hədə-qorxu gəlir ki, işi təzələyə bilərəm. 

Mənbə onu da bildirdi ki, Rövşən Nuriyev Azərbaycan Respublikası Prezident Administarsiyasının Dövlət Nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevin qardaşı oğludur. Rövşən Nuriyev düz 3 dəfə belə məsələlərə görə DGK sədri Aydın Əliyev tərəfindən töhmət alıb, ancaq əmisinə görə onu işdən azad etməyiblər. 

Mənbə bildirdi ki, zərərçəkən Həsən adlı şəxs pulunu geri almaq üçün ölkə başçısına müraciət etməyə hazırlaşır. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Комментариев нет:

Отправить комментарий