Страницы

24.02.2012

Facebook-da Holokostu- yəhudi soyqırımını inkar etmək olmazmış...

“Facebook” sosial şəbəkəsinin foto və mesaj siyasəti ilə bağlı mətbuata maraqlı xəbərlər sızıb. Türkiyənin “Hürriyət” qəzetinin “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, bu məlumatları mətbuata “Facebook”la anlaşması olan “oDesk” şirkətinin sabiq işçisi verib.

Sabiq işçi şirkətdə saata 1 dollar müqabilində işlədildiyini və haqsızlıqlarla üzləşdiyini iddia edib.

Qaydalara görə, Atatürkü vizual və yazılı şəkildə təhqir etmək, "Kürdüstan"ın xəritəsini yaymaq, PKK-ya dəstək verən mesajlar qadağan edilən fayllar sırasındadır. 
Qadağan edilən fayllar sırasına aşağıdakılar daxildir:


- Holokostu-yəhudi soyqırımını inkar etmək  
- Atatürkü vizual və yazılı şəkildə təhqir etmək
- “Kürdüstan” xəritələri (Türkiyə)
- Türk bayrağının yandırılması
- PKK-ya dəstək
- Abdullah Öcalanla bağlı məlumatlar
 

Комментариев нет:

Отправить комментарий