Страницы

01.02.2012

Ərdoğan məşhur amerikan yazıçını danladı


“Gəlsən nə olacaq, gəlməsən nə olacaq?”

Kulis.az Haberturk.com saytına istinadən xəbər verir ki, Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan bu ölkəyə gəlməkdən imtina edən məşhur Amerika yazıçısı Pol Osterə cavab verib.
“Gəlsən nə olacaq, gəlməsən nə olacaq? Sanki sənə çox ehtiyacımız var. Bu cənab Türkiyəyə gəlmir, amma axırıncı səyahəti İsrailə olub. Bəs niyə o bir dəfə də olsun ərəblərə zülm edən İsraili tənqid etmir?”
Pol Oster “Hürriyət” qəzetinə verdiyi müsahibədə jurnalistləri həbsdə saxladığına görə Türkiyə hökümətinə etiraz etdiyini bildirib. Buna görə də o, ilk olaraq Türkiyədə çap olunan sonuncu romanının təqdimetməsinə gəlməkdən imtina edib.

Комментариев нет:

Отправить комментарий