Страницы

29.02.2012

Ürəkaçan bir məsələ


Toğrul Allahverdili Moskvadan yazır

Azərbaycan xalqı ümummilli məsələlərdə çox asanlıqla bir araya gəlməyi bacarır

Biz həm Qarabağ problemində, həm Xocalı məsələsində dünyaya hay salmağa çalışırdıq. Öz sərhədlərimizi aşıb dünya ictimaiyyətinin rəyini qazanmağa hər zaman cəhd edirdik. Amma arzuedilən effekt alınmırdı. Bu dəfə həm əvvəldən başladılan təbliğat kampaniyası, həm qardaş Türkiyədə keçirilən aksiyalar, həm dünyada baş tutan tədbirlər, bu prosesin Bakıda prezidentin və muxalifət liderlərinin iştirakı ilə yuz minlik ümumxalq mitinqi ilə tamamlanması o demək idi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə çox asanlıqla bir araya gəlməyi bacarır. 

Bütün umu-küsülər, siyasi maraqlar da bu zaman aradan qalxır. Xalqın sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün təbəqələrinin bir araya gəlməsi ürəkaçan bir məsələdir. Məncə, bu Azərbaycanın ən yaxın siyasi tarixində analoqu olmayan bir hadisə idi. Bundan çoxları dərs almalıdır. Düşmənlərimiz də anlamalıdır ki, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etmək üçün yumruq kimi birləşməyə qadirdir.
Çoxdandı azərbaycanlılar bir yerdə bir cərgədə belə ürəklə addımlamırdılar. Çoxdandı bu şəkildə bir yerə toplaşmırdılar. Yol boyu çox nəsnə düşüncəyə çevrilirdi. Hər şey Xocalıyla başladı əslində. Və hər şey Xocalıyla davam edir. Gər Dünya Birliyi bu tarixi olayı etiraf etsə Qarabağ probleminin həllinə xeyli yaxınlaşarıq.
Tələbələr də vardı yürüşçülərin arasında. Aradabir kimdənsə eşitdikləri cümləni göydə tutub şüara çevirirdilər. “Vətəndən pay olmaz, Vətəndən pay olmaz” . “Qarabağ bizimdi, bizim olacaq”. Bütün çabaları, hərəkətləri bir fikri yaradırdı. Bu uşaqların liderə ehtiyacları var.
Öndə prezident addımlayırdı. Boyu hamıdan uca başqan gedirdi 100 000 adamın önündə. Səmimi idi çoxluq. Bu çoxluğun “Arxasınca aparan”a ehtiyacı var. Bu, toplumun yürüşdəki halından, görkəmindən yağırdı. Və dövlət başçısının arxasınca gedən insan axını bəlkə anın sentimentallığından doğan bir güclü təəssürat yaradırdı, bir hissi quş kimi uçururdu . “Siz gedin cenab prezident biz sizin arxanizca gelirik...”



togrul.allahverdili@mail.ru

Комментариев нет:

Отправить комментарий