Страницы

27.03.2012

Səbəblər səbəbsiz olur…

Günay Ümid


Bir ömur yetmэdi,  ya zamana sığa bilmədik, yada zaman bizə sığmadı…Bura Azərbaycandı deyib üstünə çox şeyi yüklədik, məsələn nakam sevgilərimizi, adına qürur deyib gecələr yorğan altda carəsiz uşaq kimi göz yaşlarını sildiyimiz hislərimizi.
Elə bilmə məndədi günah, küçələrin ayağına düşdüyüm günü xatırla məsələn, hasarın üstünə qoyduğum məktubları xatırla, birdə məhəllə arvadlarının qeybətli pıçıltılarından çəkinib hər dəfə bir yalan uydurduğumu.

Bizim məhlə arvadlarının dilinə düşmə, yayın istisində güya, sərinləmək üçün hərəsi əlində bir kətil məhləyə düşürdülər .Sonrada başlayırdı qeybət, - kimin qızı hara getdi, kimin oğlu maşın aldı, kimin əri içib bu gün arvadını döydü-… Elə zəngin olurki qeybət  siyahıları. Onların “radar”-ına düşməmək üçün gərək, hər gün bir bəhanə uyduraydın məhəllədən çıxanda. Hələ bu azmış kimi gərək, onlara bir bəhanəylə də  eşitdirəydin uydurdugun bəhanəni.
Hər şey yadımdadı. Məsələn, yaxşı xatırlayıram ayrıldığımız günü, amma səbəbini xatırlamıram, sadəcə özümü inandırmaq ücün uydurduqlarım var… Ayrılıqlarda aciz olur səbəblər də, lap cəsarət kimi aciz.Ele olmasaydı ayrılıqlar da olmazdı.
Amma yenə de çətin oldu sonralar səni başqasıyla görəndə mənə... Çətin oldu ta ki, övladların dünyaya gələnədək.
Bilirəm, sənədə çətin oldu mən aile quranda.Bunu elə biruzə verirdin ki…
Unutmamışam, məni izləməyini ve xəlvət bir yerdə qolumdan tutub “mən səni unuda bilmirəm” deməyini.
Illər ötdü gözlərimizin, saçlarımızın qarasından, uzun yollar addım-addım qovmuşdu hərəmizi bir yana.Xatirəmdə partiretin də parçalanmışdi, yamamışdım parçalanmış görüntünü xəyallarımla.
Haçansa, səni birdə görəcəyimi bilirdim.
Gəlişin, lap məhlə arvadlarının qeybətləri kimi pıçıltılı oldu.Bütün yolu itirə-itirə gəldiyini də duyulurdu gözlərinin bozundan, dərinin qırışından, belinin bükülməyindən, taqətsiz duruşundan.
Həmişə bir səbəb olub, cəsarətinin səsini kəsməyə.Bu dəfəsə ruhunun parça-parça tərk etdiyi yerlər kəsirdi cəsarətinin səsini.

Комментариев нет:

Отправить комментарий