Страницы

27.03.2012

Zəncirdən qırılmış İran burjuaziyası


Vüqar Xəzaralı

Və yaxud qeyrətə gəlmiş ermənilər

Bu ilin Novruz bayramı günü Ermənistanın paytaxtı Yerevanın gecə klublarının birində partlayış baş verdi. Ən maraqlısı odur ki, bu gücə klubunda adətən iranlı turistlər əylənirmiş. Bu işin bir neçə maraqlı tərəfi var. Və yaxud başqa cürə desək, bu işdə bir neçə maraqlı tərəf ola bilər. Amma bütün qeosiyasi ehtimalları qırağa qoysaq, demək olar ki, bu işdə ən maraqlı tərəf Azərbaycandır. Ermənilər bunu etməyi ağlabatan deyil. Ermənistan niyə öz müttəfiqini özündən diksindirsin ki? Hansısa dini fanatikin bunu etməsi də ağlabatan deyil. 
Bununla mollalar özlərini ifşa etmiş olarlar. Axı onların siyasətinin nəticəsində İran burjuaziyası Yerevanın gecə klublarında "pozğunluq" edirmiş. Burada maraqlı tərəfi axtarmaq gərəkdir. Bu işdə maraqlı tərəf ancaq Azərbaycan ola bilər. Amma Şimali Azərbaycan yox, çünki bizimkilərdən orada heç kim yoxdur, Şimali Azərbaycan Ermənistan ilə savaş vəziyyətindədir. Cənubi Azərbaycan burjuaziyası(yəni millətçiləri) isə Ermənistanı topsuz-tüfəngsiz işğal edib. Əlbəttə terrorda insanlar yaralandı, hətta ölədə bilərdi, amma bu savaşın tərkib hissəsidir, həmdə artıq 20 ildən artıq davam edən savaşın. Və bu savaşda birinci addımı erməni terrorçuları atıb. Bakı metrosunda , Bakı- Qazax, Gəncə -Bakı avtobuslarında, Mahacqala-Bakı qatarında olan partlayışları, neft Akademiyasını yada salaq. Xocalını lap qoyaq qırağa. Necə deyərlər "nə tökərsən aşına, o da çıxar qaşığına". Əlbəttə ki, burada maraqlı tərəf kimi müəyyən Qərb və İsrail çevrələri də ola bilər.Hətta Rusiya izini də hesabdan silmək olmaz. Axı Rusiya İran və Ermənistanla müttəfiq olsa da, hər halda Ermənistanda İran onun rəqibidir, və Rusiya hakimiyyətinin son addımları(Suriyaya və İrana qarşı yeni sanksiyalara qoşulmağa marağ göstərməsi), buna dəlalət edə bilər. Əlbəttə ki, bu təsadüf də ola bilər. Bəlkə bu sadəcə məişət səviyyəsində( barlarda tez-tez qız üstündə dalaşırlar)bir insident də ola bilər. Amma hər halda bu təsadüf olsa belə, bunun üçün yaranan şərait heç də təsadüf deyil. Dini fanatizmin hakim olduğu ölkənin vətəndaşlarının Yerevanın gecə barlarında nə iti azıb?! Bu ki, İran rejiminin din siyasətinin tamamilə iflasa uğradığının bariz nümunəsidir! Təsəvvür edin ki, İranda və Ermənistanda iqtisadi böhran şəraitində, varlı iranlı burjualar, həm də kasıblaşan ermənilərin gözü qarşısında, Yeravanda erməni qızları ilə əylənir. Buna heç biqeyrət də dözməz. İstənilən halda Ermənistanın mürtəce iqtidarı və onun çeşidli xarici havadarları, yəqin ki, ayaqlarının altından torpağın qaçdığını hiss etdilər. Cənubi Azərbaycan burjuaziyasının Ermənistanda və eləcə də Gürcüstanda öz iqtisadi maraqları var. Əgər bunun əleyhinə olan varsa, bu da kasıb ermənilərin özüdür, bular isə ermənilərin əksəriyyətini təşkil edir. O biri tərəfdən iran mollalarının zibilin ölkədən qırağa çıxarmaq siyasəti iflasa uğradı. Onlar deyirdi, ki, gedin başqa yerdə min oyundan çıxın ancaq iranda əgər belə işlər görsəniz sizi asacağıq. Buna görə də iran burjuaziyası xaricə gedən kimi zəncirdən qırılmış quduz itlərə oxşayırlar. Ermənistan rəhbərliyi isə hesab edirdi ki, əgər varlı iranlılar başqa yerdə pul xərcləyə bilmirlərsə, iranda olmaz, uzağa getməyə isə iran burjuaziyası qorxur, onda gəlsinlər Ermənistanada xərcləsinlər. Amma alınmadı, çünki Ermənistanın özündə sosial vəziyyət çox ağırdı, kasıb ermənilər, iranlı burjuaziyanın kef eləməsinə dözə bilmədi, ona görə də barı partlatdılar. Ancaq ən maraqlısı odur ki, eyni ilə, və bundan qat-qat çətin vəziyyət xarici turistlərin Azərbaycanda Avroviziya müsabiqəsi günlərində olduğunu ehtimal etmək olar. Görək bizim dözümümüz, ermənilərin dözümündən çox olacaq, ya?!

Комментариев нет:

Отправить комментарий