Страницы

02.03.2012

Mirmehdi Ağaoğlunun yeni romanı çap olundu


Roman bir insanın insanlıqdan çıxmasından bəhs edir
 
“Qanun” nəşriyyatında Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən” romanı nəşr olunub.

“Ən yeni ədəbiyyat” seriyasında çap olunan kitabı nəşriyyat bu cür təqdim edir:

“İnsan mələklərdən də yuxarı qalxa, heyvandan da aşağı enə bilər.

Milyonlarla evə işıq da verə bilər atom, milyonları ölümə də göndərə bilər.

İçində yaxşılıq cövhəri daşıyan insan bu cövhəri əzib dünyanın ən murdar adamına da çevrilər.

Gülümsəməsi ilə ətrafındakıları məftun edən varlıq qəhqəhə çəkəndə ən vəhşi heyvanı da geridə qoyar.

Hər şey mühitdən asılıdır. Küləyi dişləyən adamın günahı sevmək idi, sevişmək idi.

Hərbi xidmətdə sevmək olardı, sevişmək yox. O, mələk kimi qarşısına çıxan qızı sevəcək və sevişəcəkdi. Bu, günah idi.

“Günah”ın cəzası isə dəhşətliydi.Bu cəza onu adamlıqdan çıxaracaq, bir zombiyə çevirəcəkdi.

Xatirələrin hamısı daşa dönəcək, arzuların hamısı öləziyəcək, içindəki insanlıq iksiri daş tozlarına qarışıb tərlə yuyulacaqdı.

Küləyi dişləyənin dişləri töküləcəkdi…”


Bu romanla Milli Kitab Mükafatına qatılan gənc yazıçı 5-ci yerə layiq görülmüşdü.

120 səhifəlik kitabın qiyməti 3 manatdır. 

Комментариев нет:

Отправить комментарий