Страницы

02.03.2012

Şok: Prezident qanunu təsdiqlədi - cinayətkarlar axtalanacaq

Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev 14 yaşından kiçik uşaqlara cinsi təcavüz edənlərin kimyəvi yolla xədim edilməsi – axtalanması barədə qanunu təsdiqləyib. Fevralın 7-də Dumada, 22-də isə Federasiya Şurasında qəbul edilən qanun uşaqlara cinsi təcavüz edənlərin kimyəvi  kastrasiya ilə axtalanmasını və ömürlük həbs cəzasına məhkum olunmasını nəzərdə tutur. Belə cinayətlər törədənlərin cəzalandılması üçün həbsdən bir il sonra onlar Səhiyyə Nazirliyi əməkdaşlarının müşahidəsi altında axtalanacaqlar. Bu cəza 14 yaşından kiçik uşaqlara təcavüz ediləcəyi hallarda veriləcək.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğunun yaydığı statistik məlumata görə, ölkədə keçən il 10 minə yaxın uşağa qarşı cinayət törədilib. Bunlardan 1000-i cinsi istismarla bağlıdır. Son 10 ildə Rusiyada uşaqların cinsi istsimarı 3-4 dəfə, 2005-ci illə müqayisədə 20 dəfə artıb.
Xatırladaq ki, bu cür cəzalar Kanada, İngiltərə, Fransa, Almaniya, Danimarka, İsrail, Norveç, İsveç, Polşa və ABŞ-ın bəzi ştatlarında tətbiq edilir.

Комментариев нет:

Отправить комментарий