Страницы

02.03.2012

Putin: "İrana hücum olsa, etnik azərbaycanlılar Bakıya axacaq"

"İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Bu, təxminən 20 milyon nəfər edir"


Rusiyanın baş naziri və martın 4-də prezident seçilməyə ən real namizəd Vladimir Putin nüfuzlu xarici kütləvi-informasiya vasitələrinin baş redaktorlarına müsahibə verib. Putinə ABŞ və raket əleyhinə müdafiə sistemi, Suriyadakı vəziyyət, İranın nüvə proqramı kimi gündəmdə olan məsələlərə dair suallar verilib.

Fransanın "Le Mond" qəzetinin baş redaktoru Silviya Kaufmanın "İran hücuma məruz qalarsa, Rusiyanın reaksiyası necə olacaq?" sualına cavabında Vladimir Putin bildirib ki, Rusiya İrana hərbi müdaxilə və güc tətbiq edilməsinin qəti əleyhinədir və bunun üçün onun kifayət qədər tutarlı səbəbləri var. 
"İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Bu, təxminən 20 milyon nəfər edir. Sözsüz ki, bu, Azərbaycana böyük qaçqın kütləsinə səbəb ola bilər. Bizim Azərbaycanla keçmiş SSRİ respublikası kimi xüsusi əlaqələrimiz var. Bizdə Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Və sözsüz ki, bu, bizim üçün sosial-iqtisadi və siyasi cəhətdən mənfi nəticələrə gətirib çıxara bilər" - deyə, Vladimir Putin bildirib.


publika.az

Комментариев нет:

Отправить комментарий