Страницы

02.03.2012

Sözə güllə atdılar

Ziba Xəlil

Mərhum jurnalist  Elmar Hüseynova

Doğru söz acı olur,
Həqiqətsə  kəsici.
Söz var ürək  yandırır.
Söz də var kəsəriylə
Cəmiyyəti  qandırır.
Söz  yaşam səsi olur,
Canlı  insan nəfəsi.
Söz  var həyat qurtarır,
 Xilas edir  bir kəsi.
Söz  var-göz yaşı olur.
Söz var-baş daşı olur.

Sözlər də insan kimi
Sadə, qəliz, mürəkkəb,
 Sözlər də naşı olur.
Sözlərin də rəngi var-
 Ağı, bozu, qarası.
Nədən deyib atalar-
“Qılınc yarası gedər,
 Sağalmaz söz yarası.”
Sözə hər zaman hörmət,
Sözdən qorxanlar olub.
Ya itaət, ya nifrət.
Hər  zaman düz  söz olub.
Düzün deyəni  boğub
Xalqa  qan qusdurdular.
Gücdən qorxmayan sözü
 Zor ilə susdurdular.
Tarix-tarix  sözləri   
Alıb,  verib, satdılar.
Haqq  səsin kəsmək üçün
Sözə  güllə  atdılar.

Комментариев нет:

Отправить комментарий