Страницы

02.03.2012

Qubada ən çox torpaq alışı yəhudilərə məxsusdur

"QUBADAKI OLAYIN ARXASINDA YƏHUDİ DİASPORASININ OLMASI İSTİSNA EDİLMİR"

Qubanın İcra başçısı Rauf Həbibovun qubalılarla bağlı məlum çıxışından sonra bu gün rayon sakinləri kütləvi aksiya keçiriblər. Demək olar ki, bugünkü aksiya kütləviliyinə və təşkilatçılığına görə, son bir neçə ildə keçirilən aksiyaların ən mükəmməli hesab oluna bilər. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə suallarımızı cavablandırıb.  

- Zərdüşt bəy, sizcə Qubada keçirilən etiraz aksiyası icra başçısının qubalıların əleyhinə danışdığı ifadələrə görədir, yoxsa illərdir xalqın içində yığılan sosial etirazların nəticəsidir?
- Azərbaycandakı icra başçılarının əksəriyyəti öz vəzifələrinə layiq olmayan adamlardır. Onlar yalnız bir neçə xüsusiyyətlərinə görə icra başçısı təyin edilirlər. İlk öncə təyin ediləcək icra başçısı hansısa oliqarx məmurun yaxın adamlarından biri hesab edilməlidir. Digər tərəfdən isə vəzifəyə gətiriləcək icra başçısı şəhərin abadlığı və təmiri üçün ayrılan pulların oğurlanmasında yaxşı məharətə malik olmalıdır. Bu iki əsas xüsusiyyətə görə icra başçıları təyin edilir. Qalan məsələlərdə xüsusilə mərifət, qanacaq və xalqa qarşı ehtiram o qədərdə əhəmiyyət kəsb etmir. Ona görə də, istənilən rayonda belə  bir etiraz dalğası baş verə bilər. Lakin Qubada baş verən etiraz dalğasının nəyə görə baş verməsinə əminliyim var. Hamıya çox gözəl məlumdur ki, Qubanın icra başçısı Rauf Həbibov nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamlarından biridir. Ziya Məmmədovu vurmaq və onun yerində oturdulması üçün Qubada olan lazımı adamlara lazımı ismarıc Bakıdan göndərilib ki, möhkəm durun. Onlar da camaatı əmin ediblər ki, möhkəm durun qorxmayın, Bakıda bizim arxamızda duran adamlar var. Ona görə də camaat çıxıb öz etirazını bildirir. Bu günə qədər qubalıları təhqir edən yüzlərlə sözlər deyilib. Lakin heç kəs etiraz etməyib. Məqsəd Rauf Həbibov deyil. Çünki Rauf Həbibovun özü heç kimdir. Məqsəd Ziya Məmmədovu yerində oturtmaq və ya onu rüsvay etməkdir. Digər tərəfdən bu aksiyalar hakimiyyətin müqəddəsliyinin sarsıdılması deməkdir. Bu o deməkdir ki, Heydər Əliyevin vaxtında sarsılmaz və yenilməz görünən hakimiyyət, İlham Əliyevin uğursuz kadr siyasəti nəticəsində sarsılmaq üzrədir. Xalqda da belə bir təsəvvür yaranır ki, hansısa yuxarıdan təyin edilən bir adamı istefa təzyiqi və ya mitinq ilə çıxarmaq olar. 1989-cu ildə Xalq Cəbhəsi Heydər Əliyevin tapşırığı ilə birinci katibi devirdilər. Həmin dövrdəki bu proseslər məhz rayonlardan başlamışdır. Bu taktika hazırkı hakimiyyət üçün də işə düşə bilər. Belə proseslərin axırı yuxarı məqamlarda oturan adamlar üçün ağlamalı nəticəyə səbəb ola bilər. 

- Qubanın icra başçısının çıxışında konkret olaraq torpaq satışından söhbət gedir. Bəlli olduğu kimi, Qubada son vaxtlar ən çox torpaq alışı yəhudilərə məxsusdur. Bunu nəzərə alaraq söyləmək olarmı ki, Qubadakı kütləvi etiraz aksiyası yəhudi diasporası tərəfindən təşkil edilib?    
- Baş verən kütləvi aksiyaların yəhudi diasporası tərəfindən həyata keçirilməsi istisna edilmir. Ümumiyyətlə, son dövrlərdə yəhudilərin, xüsusilə İsrailin Azərbaycanın daxili siyasətinə təsiri artıq tamamilə aydın şəkildə sezilir.     

Комментариев нет:

Отправить комментарий