Страницы

01.04.2012

Aşiq oldum...


Orxan Əyyuboğlu



Aşiq oldum... 
Heç kimsəyə aşiq oldum! 
Onu sevdim- 
amma sevilmədən sevdim onu -
sevgimə cavab gözləmədən.
Eşq elə belə olurmuş yəqin. 
Heç kəsi sevməmək ən doğrusu... 
Amma onu o qədər çox sevdim ki... 
Bir an ağlımdan çıxmadı, 
bir an tərk etmədi ruhumu. 
Kimi sevdiyimi bilmədən sevdim, 
kimə aşiq olduğumu anlamadan 
yaşadım bu eşqi.
Bəlkə, elə o da heç kəsdi? 
Amma aşiq oldum axı... 
Görmədiyim birinə , 
tanımadığım birinə vuruldum... 
heç kimsəyə aşiq oldum. 
Bumu eşq!?
Aşiqlik bumu!?...

Комментариев нет:

Отправить комментарий