Страницы

08.04.2012

Bir sualın səmasında


Cabir Albantürk


Kişi mənliyi


Haqqımızı asdıran,
Ruhumuzu azdıran,
Kökümüzü qazdıran 
Yad yalanın qurbanı.
Yad əllərdə yoğrulub
Yad süfrədə  yallanan, 
Düşməninə hallanan  
Başsız başçı badına
Bakıda, Xocalıda
Qurban gedən millətim!
Hazır dayan cahada

Oyanıb, təpərlənib
Sına özünü, varsan,
hələ ölməmisənsə...
Közcə işartı görsən –
Gecə yatmazdan qabaq,
Səhər yuxudan durub
Körpə çöhrəsinə bax
Uluların ruhuna,
Yurda baxırmış kimi,
Sabahının ahına
Dərdə baxırmış kimi...
Anan, bacın, sevgilin
Sevgi sezsin üzündə;
Sevgi qeyrət imzalı,
Sevgi zəfərdi sonda.


Bir sualın səmasında


Həqiqət nə üçün arxadan gəlir?!
Bu da bir sualdı, qınama baxtı,
Hələ suallar var qında bəslənir.
Hazır cavablar var sualı yoxdu,
Hazır suallar var cavab istəmir.


Həqiqət nə üçün arxadan gəlir?!
Arxadan gəlməyə öyrəşib çoxu,
Arxadan gələnlər arxayın gəlir.
Millət cibə dönüb, ciblərə baxır,
Ona haqq carçısı ərköyün gəlir...


Həqiqət nə üçün arxadan gəlir?!
Bu dünya cavabmı sual gözləyən?!
Heysiz həqiqətdən həya utandı...
Sual var,kölgəsi min hal gizləyən,
Cavab  var,bəlkəsi  suala təndi...


Həqiqət nə üçün arxadan gəlir?!
Həqiqət hər anın harayındadı,
Ədalət hökmüdü arxadan gələn:
Ünvansız cəsarət qolayındakı
Şükürlü bugündə şər gönüqalın...

Комментариев нет:

Отправить комментарий